Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Umay — Qədim türk mifologiyasında ev, heyvandarlıq, yaxşılıq İlahəsi. Omay (Imay, Ubay, Humay) Xanım olaraq da bilinir. Ana Tanrı və həyat ilahəsi yaxşılıqlar,

Umay

  • Ana Səhifə
  • Vikipediya
  • Umay

Umay — Qədim türk mifologiyasında ev, heyvandarlıq, yaxşılıq İlahəsi. Omay (Imay, Ubay, Humay) Xanım olaraq da bilinir. Ana Tanrı və həyat ilahəsi yaxşılıqlar, doğulacaq uşaqları təyin edər. Üç buynuzlu və ağ paltarlıdır. Yerə qədər uzanan ağ, gümüşdən saçları vardır. Görünüşü orta yaşlıdır. Quş qılığına bürünəbilir və qanatlıdır. Həyat ağacının sahibidir. Uşaqları qoruyar. Yer üzünə bərəkət paylayar. Ətrafına işıq saçar. Bəzən qəzəblənərək insanları qorxudar. Uşağı olmayanlar ona qurban həsr edərlər. Səmada yaşayır, bəzən Yer üzünə enir. Yanında bir buğu (ceyran) və ya zərif bir maral ilə bətimlənir. Hamilə qadınları və bala heyvanları qoruyar. Umacı (Omacı, Hommu, Humu, Umu, ımı və ya monqollara Omısı) kimi xəyali varlıqlar özü tərəfindən göndərilir. Lakin bunlara qorxuducu mənalar yüklənir. Uşaqları qorumadığı evlərdə sıxlıqla uşaq ölümləri yaşanar və bu təqdirdə ona Kara Umay deyə xitab edilər. Bəzən Humay olaraq da adlandırırlar və Hüma Quşu ilə bütöv mənalar ehtiva edər. Taskıl Umay (Kel Umay) olaraq adlandırıldığı da olar. Ancaq uzun saçları olduğu diqqətə alındığında bu vəziyyətin zaman-zaman büründüyü bir görünüş olduğu deyilə bilər. Ayrıca, özünə ithafən verilən Taskıl Umay şəklindəki bir dağın varlığı da bilinməkdədir. Mavi və ağ quş qılığına girə bilər. Amma xanım adlı yaradıcı ruh ilə də əlaqəlidir.

Umay
Mifologiya Türk mifologiyası
Yer Səma
Cinsi qadın[d]
Atası Göy Tanrı
Qardaşı və bacısı Kuyaş[d], Erlik Xan, Ülgən[d], Ay Ata
Xakas qadını Hümay ana ilə bağlı ayin edir.

Mündəricat

Etimologiya

(Um/Om) kökündən törəmişdir. Ümid etmək, diləmək, qorxutmaq kökündən gəlir. Eten (plasenta) mənasını da saxlayır. Qoruyucu, şəfqətli deməkdir. Umaç, hədəf deməkdir. Omay sözcüyü seçmə, seçkin mənasına da gəlir. Umay monqolcada rəhm mənası da daşıyır. Tunguzcada Omo / Umu kökü yumurta buraxma mənası daşıyır. Köhnə Türkçede Uma / umat / ubat yandırmaq, Tunguzcada Omah / Umah və Yakutça Umay yanvar mənası daşıyır və odla olan əlaqəsini də ortaya qoyar.

Umay ana uşaqların da himayəçisi idi. "Ural-batır", "Akbuzat" və başqa eposlarda xtırlanır.

Türklərdə bir ilahə olaraq Humay qəbul edilmişdi. Onu qadın kimi təsəvvür edirdilər və sanırdılar ki, bu xeyirxah ilahə Göy Tanrının zövcəsidir. Umayın göydə yaşadığı güman edilirdi. Hesab edilirdi ki, Umay insanlara şüa saçır. Bu şüa insanın bədəninə daxil olur və ölənədək orada qalır. Bu, bir enercidir. Qədim türklər Humaya ev heyvanlarından qurban kəsməzdilər. Onun üçün ət və süd yeməkləri bişirərdilər. Qədim türk dövlətlərinin süqutu ilə Humay ilahə də transformasiyaya uğradı və indi Altay türklərində doğan qadınların və çağaların hamisi statusunda qalıb. Düşünürlər ki, Humay ana olmasa, pis ruhlar gedib ana bətnində belə uşağa zərər vura bilər.

Umay və ağac

Mirəli Seyidovun sözlərinə görə, hətta bəzi abidələr göstərir ki, türk xalqları ağacı doğum və uşaqların hamisi olan ilahə ilə birgə təsəvvür etmişlər. Bu mifoloji baxımdan təbii haldır. Dünya ağacı bütün dünyanın, eləcə də yaradıcısı, hamisi sayılırmış. Belə inam hökm sürürdüsə, deməli, uşaqları himayə edən ilahə, yəni Umay təbii olaraq ağacla qoşa yad edilməli idi: "Məşhur türkoloq Radlovun türk xalqlarından topladığı ağız ədəbiyyatı materialları ona belə bir fikir yürütməyə imkan vermişdir ki, türk xalqlarının şifahi ədəbiyyatında ilahə Umayla ağac həmişə qoşa xatırlanmışdır və bu hal 19-cu əsrin sonu – XX əsrin əvvəllərinə qədər davam etmişdir. Alimin Sibir və Altay türklərindən topladığı materiallarda deyilir: Biz ilkin atamız Ülgendən törədiyimiz zaman bu iki çayın ağacı da Umay ilə bərabər göydən enmişdir."

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Umay haqqında məlumat. Umay nədir? Umay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sərgi

  • Fevral 27, 2026

    Feofil (imperator)

  • Fevral 27, 2026

    Mixail Bulqakov

  • Fevral 26, 2026

    Manas

  • Fevral 27, 2026

    Burbonlu Lüdovik

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst