Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsrail-Fələstin münaqişəsi İsrail və Fələstin arasında baş verən münaqişədir. Bu münaqişə keçmiş Fələstin mandatlığı ərazisində torpaq və öz müqəddəratını təyin

İsrail-Fələstin münaqişəsi

  • Ana Səhifə
  • Vikipediya
  • İsrail-Fələstin münaqişəsi

İsrail-Fələstin münaqişəsi İsrail və Fələstin arasında baş verən münaqişədir. Bu münaqişə keçmiş Fələstin mandatlığı ərazisində torpaq və öz müqəddəratını təyin etmə ilə bağlı davam edən hərbi və siyasi münaqişədir. Münaqişənin əsas aspektləri arasında İordan çayının qərb sahili və Qəzza zolağının İsrail tərəfindən işğalı, Qüdsün statusu, İsrail yaşayış məntəqələri, sərhədlər, təhlükəsizlik, su hüquqları, icazə rejimi, Fələstinin hərəkət azadlığı və Fələstinin qayıtma hüququ var.

Xəritədə İsrail, İordan çayının qərb sahili, Qəzza zolağı və Qolan təpələri
İşğal olunmuş Fələstin əraziləri

Münaqişənin mənşəyi Avropada sionizmin yüksəlişi və bunun nəticəsində 1882-ci ildə yəhudilərin Osmanlı Fələstininə ilk gəlişindən qaynaqlanır. Yerli ərəb əhalisi, ilk növbədə, ərazi köçürmələri və sahibsiz qalma qorxusundan getdikcə daha çox sionizmə qarşı çıxmağa başladılar. Sionist hərəkat 1917-ci ildə İngiltərə tərəfindən verilən və Fələstində “yəhudi vətəni”nin yaradılmasını dəstəkləyəcəyini vəd edən Balfur bəyannaməsində imperiya gücünün dəstəyini qazandı. Birinci Dünya müharibəsi əsnasında keçmiş Osmanlı bölgəsinin İngiltərə tərəfindən işğalından sonra Məcburi Fələstin İngilis mandatı olaraq quruldu. Yəhudi immiqrasiyasının artması yəhudilər və ərəblər arasında icmalararası münaqişəyə çevrilən gərginliyə səbəb oldu.

1936-cı ildə müstəqillik və ingilislər tərəfindən yatırılan sionizmə İngilis dəstəyinə son qoyulmasını tələb edən ərəb üsyanı başladı. Nəhayət, gərginlik BMT-nin 1947-ci ildə vətəndaş müharibəsinə səbəb olan bölmə planını qəbul etməsinə səbəb oldu.

Sonrakı 1948-ci il Fələstin müharibəsi zamanı Fələstin ərəb əhalisinin yarıdan çoxu qaçdı və ya İsrail qüvvələri tərəfindən qovuldu. Müharibənin sonuna qədər keçmiş mandat ərazilərinin çoxunda İsrail quruldu. Qəzza zolağı və İordan çayının qərb sahili müvafiq olaraq Misir və İordaniyanın nəzarətində idi.

1967-ci ildəki Altıgünlük müharibə zamanı bəri İsrail İordan çayının qərb sahilini və birgə Fələstin əraziləri kimi tanınan Qəzza zolağını işğal edir. Fələstinlilərin İsrailə və onun işğalına qarşı iki üsyanı 1987 və 2000-ci illərdə baş verdi. Müasir tarixin ən uzun hərbi işğalı sayılan İsrail işğalı zamanı Israil orada qeyri-qanuni yaşayış məskənləri tikdi, işğalı altında olan fələstinlilərə qarşı İsrail aparteidi adlı institutlaşmış ayrı-seçkilik sistemini qurdu. İsrail fələstinlilərin insan haqlarını pozduğuna görə beynəlxalq qınaqla qarşılandı.

Beynəlxalq ictimaiyyət, ABŞ və İsrail istisna olmaqla, 1980-ci illərdən bəri münaqişənin 1967-ci il sərhədləri boyunca iki dövlət həlli və fələstinli qaçqınlar üçün ədalətli qətnamə əsasında həlli ilə bağlı konsensusdadır. ABŞ və İsrail bunun əvəzində münaqişəni beynəlxalq hüquq əsasında həll etməkdənsə, ikitərəfli danışıqlara üstünlük verib. Son illərdə iki dövlətli həllə ictimai dəstək azalıb, İsrail siyasəti münaqişənin daimi həllini axtarmaqdansa, işğalı saxlamaqda maraqlı olduğunu əks etdirir. 2007-ci ildə İsrail Qəzza zolağının blokadasını gücləndirdi və onu İordan çayının qərb sahilindən təcrid etmək siyasətini rəsmiləşdirdi. O vaxtdan bəri İsrail Qəzza ilə münasibətlərini işğalçı dövlət statusu baxımından deyil, müharibə qanunları əsasında qurdu. 2024-cü ilin iyul ayında Beynəlxalq Ədalət Məhkəməsi Fələstin ərazilərinin bir siyasi vahid təşkil etdiyini və İsrailin İordan çayının qərb sahili və Qəzza zolağının qanunsuz işğalını davam etdirdiyini təyin edərək, bu mövqeyi rədd etdi. Məhkəmə həmçinin İsrailin siyasətinin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiyanı pozduğunu müəyyən edib. 2006-cı ildən bəri Həmas və İsrail arasında beş müharibə olub, ən sonuncusu 2023-cü ildə başlayıb və hələ də davam edir.

Həmçinin bax

  • Qəzza-İsrail münaqişəsi
  • Ərəb–İsrail münaqişəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsrail-Fələstin münaqişəsi haqqında məlumat. İsrail-Fələstin münaqişəsi nədir? İsrail-Fələstin münaqişəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şuşa Bəyannaməsi

  • Fevral 27, 2026

    Vurğu

  • Fevral 27, 2026

    Söz azadlığı

  • Fevral 27, 2026

    Oman körfəzi

  • Fevral 27, 2026

    Toğrul bəy

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst