Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İvan İvanoviç Meşşaninov (rus. Иван Иванович Мещанинов; 24 noyabr (6 dekabr) 1883, Ufa – 16 yanvar 1967[…], Leninqrad) — arxeoloq və dilçi, 1932-ci ildə SSRİ El

İvan Meşaninov

  • Ana Səhifə
  • Vikipediya
  • İvan Meşaninov

İvan İvanoviç Meşşaninov (rus. Иван Иванович Мещанинов; 24 noyabr (6 dekabr) 1883, Ufa – 16 yanvar 1967[…], Leninqrad) — arxeoloq və dilçi, 1932-ci ildə SSRİ Elmlər Akademiyasının akademiki, 1936–1937-ci illərdə 1936–1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, 1945-ci ildə isə AEA-nın fəxri akademiki, Sosialist Əməyi Qəhrəmanı (1945).

İvan Meşşaninov
Doğum tarixi 24 noyabr (6 dekabr) 1883(1883-12-06)
Doğum yeri
  • Ufa, Ufa quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 16 yanvar 1967(1967-01-16)[…] (83 yaşında)
Vəfat yeri
  • Leninqrad, RSFSR, SSRİ
Dəfn yeri
  • Serafimovskoye qəbiristanlığı[d]
Elm sahələri dilçilik, arxeologiya
Elmi adı
  • SSRİ Elmlər Akademiyasının akademiki[d] (1932)
İş yerləri
  • Moskva Dövlət Universitetinin Filologiya fakültəsi[d],
  • Leninqrad Şərq İnstitutu[d],
  • N.N. Mikluxo-Maklay Etnologiya və Antropologiya İnstitutu[d]
Təhsili
  • Sankt-Peterburq Arxeologiya İnstitutu[d],
  • Sankt-Peterburq İmperator Universiteti[d]
Elmi rəhbəri Nikolay Marr
Üzvlüyü
  • Rusiya Elmlər Akademiyası (1932),
  • Azərbaycan SSR Elmlər Akademiyası (1945),
  • Qazaxıstan Elmlər Akademiyası (1946)
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1945
"Lenin" ordeni — 1943 "Lenin" ordeni — 1945 "Qırmızı əmək bayrağı" ordeni — 1963
1-ci dərəcəli "Stalin" mükafatı — 1943 1-ci dərəcəli "Stalin" mükafatı — 1946
İmza

Mündəricat

Həyatı

İvan İvanoviç Meşşaninov 1883-cü il dekabrın 6-da hazırkı Başqırdıstanın Ufa şəhərində anadan olmuşdur. 1932-ci ildə SSRİ EA-nın akademiki, 1945-ci ildə Azərbaycanda akademiya yaradılanda o, Azərbaycan SSR EA-nın fəxri üzvü seçilmişdi, Azərbaycan alimləri ilə, o cümlədən Heydər Hüseynovla şəxsən tanış idi. İ. İ. Meşşaninov Qara dənizin şimal sahillərində və Cənubi Qafqazda arxeoloji qazıntılara rəhbərlik etmişdir. 1926–1927-ci illərdə Xocalı (Qarabağ) və Qızılvəngdə (Naxçıvan), 1933-cü ildə Örənqalada (Beyləqan) arxeoloji qazıntılar aparmış, Mil düzündə küp qəbirlər, Daşkəsəndə tsiklop tikililər aşkar etmişdir. Azərbaycanın qədim tarixinə, arxeologiyasına dair bir sıra əsərin müəllifidir. İ. İ. Meşşaninovun elmi kadrların hazırlanmasında da mühüm xidmətləri olmuşdur. Görkəmli Azərbaycan alimlərindən Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, İshaq Cəfərzadə, Saleh Qazıyev və başqaları onun yetirmələri olmuşlar. O, 1936–1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru olmuşdur. Akademik İ. İ. Meşşaninov Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni və medallarla təltif olunmuş, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1967-ci il 16 yanvar tarixində keçmiş Leninqradda (indiki Sankt-Peterburqda) vəfat etmişdir.

Mükafatları

İki dəfə "Stalin" mükafatı laureatı adına layiq görülmüşdü.

"Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.

1945-ci ildə peşəkar arxeoloq və dilçiyə "Sosialist Əməyi Qəhrəmanı" adı verilmişdi.

Əsərləri

  • Эламские древности, П., 1917;
  • Халдоведение. История древнего Вана, Баку, 1927;
  • Введение в яфетидологию, Л., 1929;
  • Язык Ванской клинописи, Л., 1935;
  • Новое учение о языке. Стадиальная типология, Л., 1936;
  • Общее языкознание, Л., 1940;
  • Члены предложения и части речи, М. — Л., 1945;
  • Глагол, Л., 1949;
  • Грамматический строй урартского языка, ч. 1–2, Л., 1958–1962;
  • Структура предложения, М. — Л., 1963;
  • Эргативная конструкция в языках различных типов, Л., 1967.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İvan Meşaninov haqqında məlumat. İvan Meşaninov nədir? İvan Meşaninov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fərrux Yasar

  • Fevral 27, 2026

    Suriya Konstitusiyası

  • Fevral 25, 2026

    Cəfər Cabbarlı

  • Fevral 27, 2026

    Nət

  • Fevral 27, 2026

    Novruz Təmrəzov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst