Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rumeli Hasarı (Boğazkəsən Qala olaraq da tanınır) — İstanbulun Sarıyer rayonunda Boğaziçi yerləşdiyi səmtə adını verən qala. Fateh Sultan Mehmet tərəfindən İsta

Rumeli Hasarı

  • Ana Səhifə
  • Vikipediya
  • Rumeli Hasarı

Rumeli Hasarı (Boğazkəsən Qala olaraq da tanınır) — İstanbulun Sarıyer rayonunda Boğaziçi yerləşdiyi səmtə adını verən qala. Fateh Sultan Mehmet tərəfindən İstanbulun fəthindən əvvəl boğazın şimalından gələn təcavüzləri əngəlləmək üçün Anadolu yaxasındakı Anadolu Qalanın tam qarşısına inşa etdirilib. Bura boğazın ən dar nöqtəsidir. Məkanda uzun illərdir ki, Rumeli Qala Konsertləri keçirilir.

Rumeli Hasarı
Rumeli Hisarı
Ölkə  Türkiyə
Şəhər İstanbul
Yerləşir İstanbul, Sarıyer
Aidiyyəti Konstantinopolun fəthi
Sifarişçi II Mehmed
Tikilmə tarixi 1452
Sahəsi 60.000 m2
41°05′05″ şm. e. 29°03′22″ ş. u.HGYO
Xəritə
Rumeli Hasarı (İstanbul)
Nöqtə
Rumeli Hasarı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sarıyer, İstanbulda yerləşən Rumeli Hasarı 30 hektar sahəni əhatə edir. Anadolu Hasarının qarşısında İstanbul Boğazının 600 metrlik ən dar və axıntılı hissəsində inşa edilmiş bir qaladır. 90 gün kimi qısa bir müddətdə tamamlanan qalan üç böyük qülləsi, dünyanın ən böyük qala bürcünə malikdir.

Rumeli Hasarının adı Fateh vəqfiyələrində Kulle Cedit-ə; Nəşri tarixində Yenicə Qala; Kamalpaşazadə, Aşıkpaşazadə və Nişançı tarixlərində Boğazkəsən Hasar kimi keçir.

Tikintisi

Hasarın inşaatına 15 Aprel 1452-ci ildə başlanmışdır. İş bölümü aparılaraq hər hissənin tikintisi bir paşanın nəzarətinə verilmiş, dəniz tərəfinə düşən hissənin tikintisini də Fatih Sultan Mehmet şəxsən öz üzərinə götürmüşdür. Dənizdən baxanda sağ tərəfdəki qüllənin tikintisinə Saruca Paşa, sol tərəf tikintisinə Zağanos Paşa, sahildəki qüllənin inşasına da Xəlil Paşa nəzarət etmişdir. Buralardakı qüllələr də bu paşa adını daşıyırlar. Qalan inşası 31 Avqust 1452-ci ildə tamamlanmışdır.

Hasarın tikintisində istifadə olunan taxtalar İznik və Qara dəniz Ereğ-sindən, daşlar və əhəng Anadolunun müxtəlif yerlərindən və spoliler (yığım parça daş) ətrafdakı xarab Bizans quruluşlarından təmin edilmişdir. Memar Ə.H.Ayverdiyə görə hasarın tikintisində təxminən 300 usta, 700-800 fəhlə, 200 arabaçı, qayıqçı, transportyor və digər tayfa çalışmışdır. 60,000 kvadratmetr sahəni əhatə edən əsərin kargir həcmi təxminən 57,700 kubmetrdir.

Rumeli Hasarının Saruca Paşa, Xəlil Paşa və Zağanos Paşa adlarında üç böyük və Kiçik Zağanos Paşa ilə 13 ədəd irili-xırdalı bürcü yerləşir. Zəmin qatları ilə birlikdə Saruca Paşa və Xəlil Paşa qüllələri 9 mərtəbəli, Zağanos Paşa Qülləsi isə 8 mərtəbəlidir. Saruca Paşa Qülləsinin diametri 23,30 metr, divar qalınlığı 7 metr, hündürlüyü isə 28 metrdir. Zağanos Paşa Qülləsinin diametri 26,70 metr, divar qalınlığı 5,70 metr, hündürlüyü isə 21 metrdir. Xəlil Paşa Qülləsinin diametri 23,30 metr, divar qalınlığı 6,5 metr və hündürlüyü də 22 metrdir.

Rumeli Hasarı 1509-cu il Böyük İstanbul Zəlzələsində böyük zərər görmüş ancaq dərhal bərpa olunmuşdur. 1746-cı ildə çıxan yanğında taxta hissəsi xarab olub. Qala təkrar III Səlim (1789-1807) dövründə bərpa olunmuşdur. Qalan qüllələrini örtən taxta kornet yıxılanda, qala içi kiçik taxta evlərlə dolmuşdur. 1953-cü ildə prezident Cəlal Bayarın tapşırığı ilə üç Türk xanım memar Cahit Tamer, Selma Əmilər və Uca Eyüboğlu Anhegger qalanın bərpası üçün lazımi işlərə başlanmışlar, qala içindəki taxta evlər ümumiləşdirilərək dağıdılmış və bərpası həyata keçirilmişdir.

Bugünkü durumu

Rumeli Hasarı bu gün muzey və açıq hava teatrı kimi istifadə edilir. Qalada açıq muzey fəaliyyət göstərir. Toplar, mərmilər və Körfəzi bağladığı deyilən zəncirin bir parçasından ibarət əsərlər bağçada nümayiş etdirilir.

Rumeli Hasarı həmçinin İstanbulun Sarıyer rayonundakı bir səmtdir. Hər ilin yaz dövründə konsertlərin başladığı məkan olaraq da istifadə olunur. Həmçinin çox sayda balıq restoranı mövcuddur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rumeli Hasarı haqqında məlumat. Rumeli Hasarı nədir? Rumeli Hasarı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xərçəng (xəstəlik)

  • Fevral 27, 2026

    Ehsan Yarşater

  • Fevral 27, 2026

    Kəkilli uzunqanadlar

  • Fevral 27, 2026

    Qalstuk

  • Fevral 26, 2026

    Köln

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst