Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məsud Əli oğlu Vəliyev (5 oktyabr 1928, Mahmudlu, Zəngəzur qəzası – 23 iyun 1973, Bakı) — Azərbaycan yazıçısı. Filologiya elmləri doktoru.

Məsud Əlioğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Məsud Əlioğlu

Məsud Əli oğlu Vəliyev (5 oktyabr 1928, Mahmudlu, Zəngəzur qəzası – 23 iyun 1973, Bakı) — Azərbaycan yazıçısı. Filologiya elmləri doktoru.

Məsud Əlioğlu
Vəliyev Məsud Əli oğlu
Digər adı Məsud Vəliyev
Doğum tarixi 5 oktyabr 1928(1928-10-05)
Doğum yeri
  • Mahmudlu, Zəngəzur qəzası, Ermənistan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 23 iyun 1973(1973-06-23) (44 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Uşağı
  • Afaq Məsud
Atası Əli Vəliyev
Elm sahələri nəsr, ədəbiyyat, ədəbi tənqid
Elmi dərəcələri
  • filologiya elmləri namizədi[d],
  • filologiya elmləri doktoru
İş yeri
  • Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Təhsili
  • BDU Filologiya fakültəsi

Mündəricat

Həyatı

Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb. 27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.

1950–1960-cı illərdə Azərbaycan ədəbi tənqidinin aparıcı nümayəndələrindən biri olmuş, həm də görkəmli bir ədəbiyyatşünas kimi də şöhrət qazanmışdır. 1960-cı illərin əvvəllərinə kimi o, yalnız Məsud Vəliyev kimi tanınıb, sonra Məsud Əlioğlu kimi də imzasını məşhurlaşdırıb.

100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M. F. Axundov, N. Vəzirov, S. S. Axundov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə, M. Ə. Sabir, M. Hadi, H. Cavid, Y. V. Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir.

Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir.

Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-cü ilin 23 iyun ayında Bakı şəhərində vəfat edib.

Ailəsi

O, xalq yazıçısı Əli Vəliyevin oğlu, yazıçı Afaq Məsudun atasıdır.

Xatirəsi

25 sentyabr 2018-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron Akt zalında Məsud Əlioğlunun 90 illik yubileynə həsr edilmiş elmi sessiya keçirilib.

Kitabları

  • C. Məmmədquluzadənin dramaturgiyası. Bakı, Azərnəşr, 1954
  • S. S. Axundov. Bakı, Azərnəşr, 1956
  • Məfkurə dostları. Bakı, Azərnəşr, 1961
  • Rəsul Rza. Bakı, Azərnəşr, 1960
  • Ədəbiyyatda yeni insan. Bakı, Azərnəşr, 1964
  • Məslək qardaşları. Bakı, Azərnəşr, 1966
  • Tənqidçinin düşüncələri. Bakı, Azərnəşr, 1968
  • Ədəbi fraqmentlər. Bakı, Azərnəşr, 1974
  • H. Cavidin romantizmi. Bakı, Azərnəşr, 1975
  • Amal və sənət. Bakı, Yazıçı, 1980
  • Məhəbbət və qəhrəmanlıq. Bakı, Yazıçı, 1979
  • Darıxan adamlar (iki cilddə). Bakı, "Elm və təhsil", 2009
  • Darıxan adamlar (seçilmiş əsərləri). Bakı, "Təhsil", 2018, 792 səh. ISBN 978-9952-518-05-4

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məsud Əlioğlu haqqında məlumat. Məsud Əlioğlu nədir? Məsud Əlioğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sacilər

  • Fevral 27, 2026

    Əhsənüt-təvarix

  • Fevral 23, 2026

    8 oktyabr

  • Fevral 27, 2026

    Soltan Əzizov

  • Fevral 27, 2026

    Vəzir

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst