Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Buğa-Teymur xanın ölümündən sonra Duva xan onun yerinə Cığatay xanlığı hakimi məqamına gəlmişdir. Kaydu xanın yarlığı ilə Cığatay ulusunun başına keçən Duva xan

Duva xan

  • Ana Səhifə
  • Vikipediya
  • Duva xan

Duva xan (1282 – 1307) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi.

Duva xan
Şəxsi məlumatlar
Doğum tarixi 1282(1282)
Vəfat tarixi 1307(1307) (24–25 yaşında)
Fəaliyyəti hökmdar[d]
Uşaqları
  • Künçək xan,
  • Kebek xan,
  • Tarmaşirin xan
Ailəsi Cığataylılar

Həyatı

Buğa-Teymur xanın ölümündən sonra Duva xan onun yerinə Cığatay xanlığı hakimi məqamına gəlmişdir. Kaydu xanın yarlığı ilə Cığatay ulusunun başına keçən Duva xan, Barak xanın oğullarındandır. Onun səltənəti boyunca Cığatay xanlığı üst-üstə gələn təxribat, yağma və qətli-amların meydana gətirdiyi yaraları müalicə etməyə çalışmışdır. Duva xan harap şəhərləri təmir edərkən Əndican adında yeni bir şəhər qurmuşdur. Hər nə qədər bu imar-inşaat işləri Məsud bəy tərəfindən edilmiş və Kaydu xana bağlı olaraq yürütülmüşsə də, nəticə etibariylə öz xanlıq sahəsi Duva xan ilə hüzura kavuşmuştur. 1272-ci ildə Buxaranın təxribi sırasında yıxılan yerlər təkrar canlanmış, Abaqa zamanında təxrib edilən Məsudiyə mədrəsəsi yenidən inşa edilmişdir. Kubilay qaan bu dönəmdə Kaydu və Duva arasındakı ittifaqa qarşı ciddi bir təərrüzü gözə almamışdır. Bu durumdan istifadə edən Duva xan, Xorasan hüdudunu əmniyətə almış hətta Qəznə daxil Hindistana qədər olan bölgələri xanlığı sınırlarına daxil etmişdir. Ancaq Kubilayın törəmələrindən Olcaytu Teymur Qağanın diqqəti Kaydu ilə Duva arasındakı ittifaqa yönəlmişdir. Olcaytu Teymur Qağan ilə Kaydu arasında başlayan müharibələrdə Kaydu həyatını itirmişdir.

Duva xan, Kaydu ilə Olcaytu Teymur Qağan arasındakı mücadiləyə qatılmamış və bu şəkildə yaxşı bir siyasət izləmişdir. Atasının ölümündən sonra Kaydunun yerinə keçən oğlu Çapar xan atasının dirəniş-dirayətini göstərə bilməmiş, şəhərləri idarə edən Məsud Yalavacın nəvəsi Satılmış Yalavac da 1303-cü ildə vəfat etmiş, onun yerinə Məsud Yalavacın üçüncü oğlu Sevinc bəy, Çapar xanın yarlığı ilə şəhərlərin idarəsinə təyin edilmişdir. Sevinc bəy, atası və babası kimi mərkəzi Kokand şəhəri olaraq dəğil, Qaşğar olaraq təyin etmişdir.

1303-cü ildə Duva xan ilə Çapar xan arasında başlayan hüzursuzluq sonrasında çarpışmalar meydana gəlmişdir. Bu durumdan yararlanmaq istəyən Olcaytu Teymur Qağanın orduları, Çapar xan üzərinə yürümüşdülər. Duva xan ilə Çapar xan arasındakı çarpışmalar, 1304-cü ildə savaşa dönüşmüş, Çapar xanın qüvvələri Cığatay ölkəsinə girmişdilər. Eyni zamanda Olcaytu Teymur Qağanın orduları isə Çapar xanın ölkəsini istila etməyə başlamışdılar. 1305-ci ildə çox üstün qüvvələr ilə Ögedeylilərin yurduna girən Qağanlıq orduları Kaydu xanın qurduğu bu güclü eli tamamilə təxrib edib, xaraba qoymuşdular. 1305-ci 1306-cı ilə bağlayan aylarda dağılan Ögedey tayfalarının bir qismi qağanın ordularına boyun əymiş, geri qalanlar isə Çapar xan başda olmaq üzrə Duva xana sığınmaq məcburiyətində qalmışdılar. Duva xan, köç edənləri Ceyhun çayını keçirərək Şimali Əfqanıstana yerləşdirmişdir. Beləcə Kaydu xanın ulusu tamamən dağılmıştır. Teymur xanın orduları, Ögedey ulusunu yox etməklə qalmamış, ayrıca Cığatay xanlığının mərkəzi durumunda olan İli çayı hövzəsi ilə Yeddi-Su və Talas hövzələrini də tamamilə yağmalamışdılar. Duva xan, qağanın orduları ilə mücadilə etmiş və daha irəli hərəkata davam etmələrini önləmişsə də, qısa bir müddət sonra vəfat etmişdir.

Həmçinin bax

  • Cığatay xanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Duva xan haqqında məlumat. Duva xan nədir? Duva xan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Simulyasiya

  • Fevral 27, 2026

    Arterial hipertenziya

  • Fevral 27, 2026

    Aminturşuların sorulması

  • Fevral 27, 2026

    Araqonlu İzabella

  • Fevral 28, 2026

    Kiri Buba

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst