Aladağ — Adana ilinin ilçəsi.
| Aladağ | |
|---|---|
| Aladağ | |
| |
| 37°32′47″ şm. e. 35°23′55″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 4 iyul 1987 |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 850 m, 967 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | 01720, 01722 |
| Nəqliyyat kodu | 01 |
| Digər | |
| aladag.bel.tr | |
![]() Aladağ | |
Şərqində Kozan ilçəsi, cənubunda İmamoğlu və Qaraisalı ilçələri, qərbində Pozantı ilçəsi və şimalında Niğdə ilə Kayseri illəri vardır. Ərazisi 1.347 km² olub əhalisi 2008-ci il əhalinin siyahıyaalınma məlumatına görə 18.249 nəfərdir.
İlçənin inzibati mərkəzi Aladağ qəsəbəsidir. Əvvələr Karsantı adı ilə Qaraisalı ilçəsinə bağlı bir bucaq olan ilçə, 1987-ci ildə ilçə olmuşdur. İlçənin şimal hissəsində Tavr Dağlarının Aladağlar adı ilə tanın qismi mövcuddur. İlçə də adını bu dağlardan almaqdadır. İlçə coğrafi baxımdan dağlıq bir ərazidə olduğundan kənd təsərrüfatında məhsuldarlıq aşağıdır. İlçə, 6360 saylı qanunla Böyükşəhər ilçə bələdiyyəsi statusuna malik olmuş, 31 məhəlləsi vardır.
Turizm baxımın ən məşhur yerləri; Akören Kilisəsi, Meydan Qalası, Ağacakisə Abidə Ağac, Simit Şəlaləsi, Eğner, Kapuzbaşı Şəlaləsi, Mazılıq Örən Qalası, Posyağbasan Qalası, Sandıqlı su ve Acı sudur.
Etimologiyası
Aladağın keçmiş adı Karaköy olub 1973-cü ildə Karsantı olaraq dəyişdirilmişdir. Bura 1987-ci ildə ilçə mərkəzi olduqda bugünkü adı verilmişdir. Bu ad da Tavr Dağlarının Aladağlar adı ilə tanınan bölümündən götürülmüşdür. Antik dövrlərdə Kiçik Asiyada danışılan Luvi dilindən gəldiyi düşünülən Karsantı adı, Osmanlı İmperiyası qeydiyyatlarında Karsandı olaraq qeyd edilmişdir. Ayrıca Karaköy adından da bəhs edilməkdədir.
Tarixi
Qədim bir yaşayış yeri olduğu bilinən Aladağ, Xet, Roma və Bizans hakimiyyətlərinin ardından Səlcuqlular zamanında da yaşayış yeri olaraq istifadə edilmişdir. 1360-cı illərdə şəhər Ramazanoğulları Bəyliyinə, Yavuz Sultan Səlim zamanında da Osmanlı Dövlətinə daxil edilmişdir. 1973-cü ildə şəhərdə bələdiyyə qurulmuşdur. 1987-ci ildə eyniadlı ilçənin mərkəzi olmuşdur.
Əhalisi
| İl | Ümumi | Şəhər | Kənd |
|---|---|---|---|
| 1990 | 23.207 | 4.990 | 18.217 |
| 2000 | 23.579 | 6.674 | 16.905 |
| 2007 | 17.506 | 3.938 | 13.568 |
| 2008 | 18.249 | 4.556 | 13.693 |
| 2009 | 17.494 | 4.269 | 13.225 |
| 2010 | 17.169 | 4.139 | 13.030 |
| 2011 | 17.074 | 4.129 | 12.945 |
| 2012 | 16.951 | 4.224 | 12.727 |
| 2013 | 17.221 | 17.221 | məlumat yoxdur |
| 2014 | 17.113 | 17.113 | məlumat yoxdur |
| 2015 | 16.823 | 16.823 | məlumat yoxdur |
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aladağ haqqında məlumat. Aladağ nədir? Aladağ nə deməkdir?

