Qovaq yarpaqyeyəni-(lat. Chrysomella populi L.) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ
| Qovaq yarpaqyeyəni | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Qovaq yarpaqyeyəni | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Xarici quruluşu

Bədəninin uzunluğu 10–12 mm-dir. Beli tünd-yaşıl rənglidir. Qanadları isə qırmızıya çalır. Abşeron şəraitində böcəklər və sürfələr müxtəlif növ qovaq və söyüd ağaclarının üzərində yaşayır. Onlar müxtəlif illərdə yaşıllıq bitkilərinə, o cümlədən qovaq bitkisinə 40-50% zərər verirlər Böcəklər qışlamadan aprel ayının əvvəlləri çıxırlar. Dişi fərdlər 10-15 gün qidalandıqdan sonra yumurta qoymağa başlayırlar. Yumurtaları sarı rənglidir. Uzunluğu 2–3 mm, eni isə 1–2 mm-dir. Yumurtaların inkişafı 6-7 gün çəkir. Bir dişi böcək 200-dən 350-yə qədər yumurta qoya bilir.
Həyat tərzi
Böcək, yumurtasını yarpağın alt tərəfinə topa şəklində qoyur. Hər bir topada 20-60 yumurta olur. Sürfələr yumurtalardan aprelin axırlarında çıxır. Onlar üç yaş dövrü keçirirlər. Sürfənin inkişafı 12-14 gün davam edir. Mayın ortalarında inkişafını başa vurmuş sürfələr puplaşmağa başlayırlar. 4-5 gündən sonra puplardan böcəklər çıxır. Onlar iyunun əvvəllərində yumurta qoymağa başlayırlar. Beləliklə qovaq yarpaqyeyni bir mövsüm ərzində iki, bəzi illərdə hava şəraiti yaxşı olanda 3 nəsil verə bilir. Qovaq yarpaqyeyəni başqa növlərdən fərqli olaraq yüksək yumurtaqoyma qabiliyyətinə malikdir.
Yayılması
Azərbaycanın Şamaxı- Quba, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Lənkəran zonalarında və Kür-Araz düzənliyində, Palearktikada, Keçmiş SSRİ-nin Avropa hissəsində, Qafqazda, Krımda, Qırğızıstanda, Orta Asiyada, İranda, Çində, Yaponiyada yayılmışdır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qovaq yarpaqyeyəni haqqında məlumat. Qovaq yarpaqyeyəni nədir? Qovaq yarpaqyeyəni nə deməkdir?