Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Meylisərvət Qadınəfəndi (21 oktyabr 1854, Batomi, Kutaisi quberniyası – 9 dekabr 1903, İstanbul) — 33. Osmanlı sultanı V Muradın dördüncü xanımı.

Meylisərvət Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Meylisərvət Qadınəfəndi

Meylisərvət Qadınəfəndi (21 oktyabr 1854, Batomi, Kutaisi quberniyası – 9 dekabr 1903, İstanbul) — 33. Osmanlı sultanı V Muradın dördüncü xanımı.

Meylisərvət Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 21 oktyabr 1854(1854-10-21)
Doğum yeri
  • Batomi, Kutaisi quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 9 dekabr 1903(1903-12-09) (49 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Həyat yoldaşı
  • V Murad
Uşağı
  • Fəhimə Sultan
Ailəsi Osmanlı xanədanı
Dini sünnilik, İslam

Həyatı

Meylisərvət xanım 1854-cü ildə Batumidə əslən çərkəz olan ailədə dünyaya gəldi. Böyük bacısı dövrün Roma səfirinin xanımı idi. Bu səbəblə iki bacı gənclik illərini İtaliyada keçirdi. Burada 8 il boyunca bir neçə dil öyrənən Meylisərvət xanım daha sonra bacısıyla İstanbula döndü.

Bacısı Sultan Əbdülməcidin qızı Rəfiyə Sultanla yaxın dost idi və Meylisərvətlə birlikdə bir neçə dəfə saraya qonaq çağırılmışdı. Buradakı saray həyatını sevən Meylisərvət xanım Rəfiyə Sultanın razılığı ilə onun sarayında qalmağa nail oldu. Bir neçə ay sonra bayram münasibətilə bacısının sarayına gələn Şahzadə Murad Meylisərvət xanımı görüb bəyəndi və bacısından istədi. Nəhayət 8 iyun 1874-cü ildə Dolmabağça sarayında cütlük evləndi və yeganə övladı olan Fəhimə Sultan 2 iyul 1875-ci ildə dünyaya gəldi. Ancaq saray ənənələrinə görə, vəliəhd şahzadənin yalnız 1 övladının olmasına icazə verilirdi. Şahzadə Muradın isə artıq bir oğlu və gizli saxlanılan bir qızı dünyaya gəlmişdi (Mehmed Səlahəddin Əfəndi və Xədicə Sultan). Bu səbəblə körpə saraydan uzaqda gizli saxlanıldı.

Bir il keçmədən əri Şahzadə Murad taxta çıxmış, Meylisərvət xanım da dördüncü qadınəfəndi olaraq saraya gəlmişdi. Ancaq ərinin 3 aylıq səltənətinin ardından bütün hərəmiylə birlikdə Çırağan sarayında gözaltına alındı.

1901-ci ildə qızı Fəhimə Sultan evlənərək Çırağan sarayından ömürlük alındı və Meylisərvət xanım qızını bir daha görə bilmədi. Saraydakı şənliklər əsnasında ağır xəstələndi və yatalaq xəstəliyinə tutuldu. Getdikcə nitqini itirən Meylisərvət xanım sonda qızını Sultan Murada tapşıraraq son nəfəsini verdi.

Övladları

  • Fəhimə Sultan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Meylisərvət Qadınəfəndi haqqında məlumat. Meylisərvət Qadınəfəndi nədir? Meylisərvət Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Laz dili

  • Fevral 27, 2026

    Yujno-Saxalinsk

  • Fevral 27, 2026

    Cəlairilər

  • Fevral 27, 2026

    Finikiya dili

  • Fevral 27, 2026

    Makrofaqlar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst