Psilomelan — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
| Psilomelan | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Kateqoriya | Mineral |
| Xüsusiyyətləri | |
| Kristalloqrafik sinqoniya | monoklinik sinqoniya[d] |
Xassələri
Rəng – qara; Mineralın cizgisinin rəngi – qara parlaq; Parıltı – yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,7-4,8; Sərtlik – 5-6-dək; Kövrəkdir; Ayrılma – müşahidə edilmir; Sınıqlar – qeyri-hamar, qabıqlı, oolitlərdə – qınvarı; Morfologiya – Mineral aqreqatları: sıx incədənəli, gizlikristallik, torpaqvari (vad), böyrək - və salxımvari kütlələr, sızma əmələgəlmələr, oolitlər, təbəqəvari dendritlər, konsentrik-qınaoxşar quruluşlu konkresiyalar, qaysaqlar.
Mənşəyi və yayılması
Əsasən ekzogen şəraitdə əmələ gəlir. Çökmə manqan filizləri üçün səciyyəvidir. Manqanla zəngin süxurların aşınma qabıqlarında və manqan yataqlarının oksidləşmə zonalarında tez-tez rast gəlir. Az miqdarda hidrotermal damarlarda, həmçinin sualtı eksqalyasion - çökmə prosesinin məhsulu kimi qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pirolüzit, braunit, qausmannit, siderit, hötit, lepidokrokit, kalsit, kvars. Mineralın tapıldığı yerlər: Çiaturi (Gürcüstan); Nikopol (Ukrayna); Gessen, Valdalqesqeym (Almaniya); Naqpur (Hindistan) və b. Psilomelana Azərbaycanın əsas manqan filizi obyektlərindən – Molla-Cəlil və Elvor yataqlarından əlavə Şahbuz, Ordubad, Kəlbəcər, Şəmkir, Qazax rayonlarında yerləşən bəzi filiz təzahürlərində də rast gəlinir.
Tətbiqi
Mühüm manqan filizidir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Psilomelan haqqında məlumat. Psilomelan nədir? Psilomelan nə deməkdir?
