Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qumluqdakı qadın (砂の女, Suna no onna?, azərb. Qum qadını‎) – Yaponiya yazıçısı Kobo Abe tərəfindən 1962-ci ildə nəşr olunmuş roman. Avanqard alleqoriya üslubunda

Qumluqdakı qadın

  • Ana Səhifə
  • Vikipediya
  • Qumluqdakı qadın

Qumluqdakı qadın (砂の女, Suna no onna?, azərb. Qum qadını‎) – Yaponiya yazıçısı Kobo Abe tərəfindən 1962-ci ildə nəşr olunmuş roman. Avanqard alleqoriya üslubunda olan bu roman İkinci dünya müharibəsindən sonra ən yaxşı Yaponiya romanlarından biri hesab olunur. Abenin ingilis dilinə tərcümə olunan ilk romanlarından biridir. 2021-ci ildə Nəriman Əbdülrəhmanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir.

Qumluqdakı qadın
Suna no onna (砂の女?, azərb. Qum qadını‎)
Müəllif Kobo Abe
Orijinalın dili yapon dili
Ölkə
  •  Yaponiya
Orijinalın nəşr ili 8 iyun 1962
Tərcüməçi Azərbaycan Nəriman Əbdülrəhmanlı
Nəşriyyat Shinchosha
Səhifə 218

Roman əsasında 1964-cü ildə rejissor Teşiqahara Hiroşi tərəfindən çəkilmiş film adaptasiyası Yaponiya kinematoqrafiyasının klassiklərindən hesab olunur. Filmin uğuru romanı və Yaponiya ədəbiyyatını ABŞ və İngiltərədə populyarlaşdırmışdır.

Mündəricat

Məzmun

Romanın baş qəhrəmanı Niki Cumpey adlı həvəskar entomoloqdur. Araşdırması üçün bir səhraya səyahət edən Niki sakinlərinin yaşamaq üçün daim qum çuxuru qazdığı qəribə kəndlə qarşılaşır. Kəndlilər tərəfindən qum çuxurlarının birində həbs edilən Niki bir dul qadınla kəndi təhdid edən qumları qazmağa məcbur edilir. Roman Nikinin qum çuxurundan qaçmaq cəhdlərindən və qadınla münasibətindən bəhs edir. Baş qəhrəman əvvəlcə müqavimət göstərsə də, şəhər həyatında yaşamadığı azadlığı qum çuxurunda əldə etdiyini kəşf edir və vaxt keçdikcə yeni şəxsiyyətini qəbul etməyə başlayır.

Analiz

Əsər Frans Kafkanın əsərləri ilə müqayisə olunur. Əsər qeyri-adi süjet xəttinə, qumun ətraflı təsvirinə və insan mövcudluğunun araşdırmasına görə qeyd olunur.

Müəllifin iki böyük marağı olan riyaziyyat və böcək toplama bu romanda geniş əksini tapmışdır. Kobo Abenin əsərlərində istifadə etdiyi "ovçunun ova çevrilməsi" konsepsiyası bu əsərdə də müşahidə olunur; Nikki böcək tutmaq üçün səyahətə çıxsa da, özü kəndlilər tərəfindən tutulur. Kobo Abenin əsərlərində yer verdiyi digər mövzu isə şəhər həyatının insan mövcudluğuna təsiri, "şəhər labirinti"ndə insanın itməsidir və bu əsərin axırında da baş qəhrəman şəhər həyatında əl çəkmək qərarına gəlir.

Ədəbiyyat

  • Lewell, John. Modern Japanese Novelists (ingiliscə). Kodansha America. 1993. 14. ISBN 4-7700-1649-2. İstifadə tarixi: 25 may 2022.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). Nyu-York: Kodansha. 1983. səh. 3. ISBN 0-87011-620-7. İstifadə tarixi: 24 may 2022.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qumluqdakı qadın haqqında məlumat. Qumluqdakı qadın nədir? Qumluqdakı qadın nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Qotlar

  • Fevral 27, 2026

    E.ə. 261

  • Fevral 27, 2026

    Rutaceae

  • Fevral 27, 2026

    Brekçiya

  • Fevral 27, 2026

    Qurban Səid

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst