Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərçivan — Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Ərçivan

  • Ana Səhifə
  • Vikipediya
  • Ərçivan

Ərçivan — Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Ərçivan
38°30′10″ şm. e. 48°50′02″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Astara rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 8.084 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0716
Xəritəni göstər/gizlə
Ərçivan xəritədə
Ərçivan
Ərçivan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərçivan Astara rayonunun Ərçivan inzibati ərazi vahidində kənddir. Ərçivan çayının sahilində, Lənkəran ovalığındadır. Ədəbiyyatlarda Ərçivan şəklində təqdim edilir. Tədqiqatçıların bir qrupu bu toponimi Talış dilindəki ərç (dəyirman) və van (məskən, ev, yaşayış yeri) komponentlərindən ibarət "dəyirman yeri" mənalı, digər qrupu isə türk dillərində arca (ardıc ağacı) və van (məkan, yer) komponentlərindən düzəlmiş "ardıc ağacı bitən yer" mənasında söz kimi qəbul edirlər. Əslində oykonim "arci" və "van" sözlərindən düzəlib, "dağlıların yaşadığı yer" deməkdir.

Mündəricat

Etimologiyası

Ərçivan Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ərçivan çayının sahilində, Lənkəran ovalığındadır. Toponimi tədqiqatçılar müxtəlif cur izah edirlər:

  • 1. Arçon (ərəçləri) toponiminin dəyişilmiş variantı olub, "mışarçəkənlər yeri" deməkdir;
  • 2. Talış dilindəki ərc (dəyirman) və van (məskən, ev, yaşayış yeri) sözlərindən (-i bitişdirici saitdir) ibarət olub, "dəyirman yeri" mənasını bildirir;
  • 3. Türk dillərindəki arca (ardıc ağacı) və məkan bildirən van sözlərindən əmələ gəlib, "ardıc ağacı bitən yer" mənasındadır.

Coğrafi adın tərkibindəki topokomponentlərdən ərç "dəyirman", "i" birləşdirici sait, van isə "məskən", "yaşayış yeri" sözlərindən ibarətdir (Dəyirman yerində salınan kənd).

Tarixi

Ərçivan qəsəbəsində 1499-cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidi Şah İsmayıl Xətai tərəfindən ziyarət edilmişdir. Kənddə XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Hacı Teymur və Hacı Canbaxış məscidləri diqqəti cəlb edir.[mənbə göstərilməlidir]

Mədəniyyəti

"Yanar Bulaq"

Ərçivan qəsəbəsini və bu yerlərə gələn yerli və xarici qonaqların diqqətini cəlb edən "Yanar Bulaq" abidəsidir. Çox maraqlı bir görüntüdən ibarətdir bu bulaq. Kibriti axan suya yaxınlaşdırdıqda alovlanıb yanmaqa başlayır. Mütəxəssislər bunu suyun tərkibində kükürd maddəsinin olması ilə izah edirlər. Dini ziyarətgah kimi qazandaş ocağı bu yerlərdə dini inanc kimi yerli əhali tərəfindən böyük hörmət və ehtiramla ziyarət edilir. Qəsəbədə hamımıza tanış olan ulduz filmi 1964-cü ildə lentə alınıb. Filmdə lentə alınan iki mərtəbəli unikal layihəli tikili bu günə qədər Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi tərəfindən mühafizə olunaraq ümumi dövlət reyesterinə salınmışdır.[mənbə göstərilməlidir]

Görməli yerləri

Tarixi abidə olan Ləm
Kərbəlayi Həmid hamamı
  • Orta əsrə aid olan Qazandaş(Gəzəndaş) türbəsi
  • Ləm1906-cı il
  • Yanarbulaq
  • Kərbəlayi Həmid abdulla hamamı 1806-cı il
  • Məhəmməd Hənəfiyyə məscidi XIX əsr

Coğrafiyası və iqlimi

Ərçivan kəndinin yaşıl düzənlikləri

Qəsəbənin iqlimi yayı quraq və isti rütubətli, qışı isə mülayim keçir. Talış sıra dağlarının yamaclarında və düzənlik ərazidə yerləşir. Qəsəbə Hirkan meşələri boyunca yerləşmişdir. Qəsəbənin ərazisindən Ərçivan çayı axaraq Xəzər dənizinə tökülür. Qəsəbə əhalisinin əsas məşğuliyyəti tərəvəzçilik, çəltikçilik, sitrus meyvəçilik, arıçılıq, heyvandarlıqdan ibarətdir. Ələt-Astara yolu Ərçivan qəsəbəsinin ərazisindən keçir.[mənbə göstərilməlidir]

Əhalisi

2014-cü ilin məlumatına görə qəsəbədə 9,200 nəfər yaşayır. Əhalisi əsasən talışlar və qismən azərbaycanlılardan ibarətdir. Qəsəbədə şiə müsəlmanlar üstünlük təşkil edir.

Tanınmış şəxslər

  • Novruzəli Məmmədov (1942–2009) — professor.
  • Əflatun Nemətzadə (1944–) — şair və yazıçı.
  • Samirə Allahverdiyeva (1979–) — müğənnisi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərçivan haqqında məlumat. Ərçivan nədir? Ərçivan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Filip Skleyter

  • Fevral 27, 2026

    Sergey Ojeqov

  • Fevral 27, 2026

    Yörüklər

  • Fevral 24, 2026

    4 iyul

  • Fevral 27, 2026

    Ağin

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst