Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mikelancelo Antonioni (29 sentyabr 1912[…], Ferrara, İtaliya[…] – 30 iyul 2007[…], Roma[…]) — italyan kinorejissoru.

Mikelancelo Antonioni

  • Ana Səhifə
  • Vikipediya
  • Mikelancelo Antonioni

Mikelancelo Antonioni (29 sentyabr 1912[…], Ferrara, İtaliya[…] – 30 iyul 2007[…], Roma[…]) — italyan kinorejissoru.

Mikelancelo Antonioni
it. Michelangelo Antonioni
Doğum tarixi 29 sentyabr 1912
Doğum yeri Ferrara, İtaliya krallığı
Vəfat tarixi 30 iyul 2007 (94 yaşında)
Vəfat yeri Roma, İtaliya İtaliya
Milliyyəti İtalyan
Fəaliyyəti Rejissor
Fəaliyyət illəri 1950–2007
Təhsili
  • Boloniya Universiteti (8520–1935),
  • Eksperimental Kinematoqrafiya Mərkəzi[d] (1940–1942)
Mükafatları Gold Medal of the Italian Order of Merit for Culture and Art "İncəsənət və ədəbiyyat" ordeni "Fəxri legion" ordeninin cəngavər dərəcəsi "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı
Qızıl Şir — 1964 Qızıl ayı
IMDb ID0000774
michelangeloantonioni.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mikelancelo Antonioni 30-cu illərdə kino tənqidçisi və ssenarist kimi fəaliyyətə başlamış, "Bianco e nero" və "Cinema jurnallarında işləyən antifaşist əhvali-ruhiyyəli gənc kinematoqrafçılar qrupuna daxil olmuşdur.

Yaradıcılığı

“Po çayı sahilində yaşayan adamlar” (1947) Antonioninin rejissor debütüdür. İnsanın tənhalığı, cəmiyyətin amansızlığı Antonioni filmlərinin əsas mövzusudur. “Süpürgəçilər” (1948), “Mövhumat”, “Eybəcərlər evi” və s. sənədli filmlər çəkmişdir. “Bir sevginin tarixçəsi” (1950) Antonioninin ilk bədii filmidir. “Rəfiqələr” (1955) “Qışqırıq” (1957), “Macəra” (1960), “Gecə” (1960), “Tutqunluq”(1961), “Qırmızı səhra” (1964), "Şəkilböyütmə" (1966), "Zabriski Poynt" (1970), “Peşəsi reportyordur” (1975), "Qadınların eyniləşməsi" (1982) Antonioninin məşhur filmləridir. Rəqəmli texnologiyadan istifadə edərək yeni bədii effektlərə nail olmağa can atmış və 1980-ci ildə “Ober valdın sirri” adlı televiziya filmi çəkmişdir. Sevdiyi mövzulara qayıdaraq, rejissor “Qadınların eyniləşməsi” (1982) filmini yaratdıqdan sonra 1960-cı illərdəki estetik duyumunun tükəndiyini hiss edir. Ağır xəstəlik keçirdikdən sonra yalnız 1997-ci ildə V.Venderslə birlikdə “Buludlar arxasında”, 2004-cü ildə isə “Eros” filmlərini çəkmişdir. Mikelancelo Antonioni film çəkilişləri üçün 1976-ci ildə 10 günlük Azərbaycanda olub.

Mükafatları

Antonioninin filmləri yüksək rejissorluq sənəti nümunələridir. Bir çox filmi Beynəlxalq kino festivallarında mükafatlar almışdır. O, "Şəkilböyütmə" filminə görə Kann kinofestivalının baş mükafatına layiq görülmüşdür. 1997-ci ildə isə kino fəaliyyətinə görə “Oskar” mükafatına layiq görülmüşdür.
, ,

Filmoqrafiya

  • "Po çayı sahilində yaşayan adamlar" (1947)
  • "Süpürgəçilər" (1948)
  • "Müvhumat"
  • "Eybəcərlər evi"
  • "Bir sevginin tarixçəsi" (1950) / Cronaca di un amore
  • "Rəfiqələr" (1955)
  • "Qışqırıq" (1957) / Il grido
  • "Macəra" (1960) / L’avventura
  • "Gecə" (1960) / La notte
  • "Tutqunluq" (1961) / L’eclisse
  • "Qırmızı səhra" (1964) / Il deserto rosso
  • "Şəkilböyütmə" (1966) / Blowup
  • "Zabriski Poynt" (1970) / Zabriskie Point
  • "Peşəsi reportyordur" (1975)
  • "Ober valdın sirri" (1980)
  • "Qadınların eyniləşməsi" (1982)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mikelancelo Antonioni haqqında məlumat. Mikelancelo Antonioni nədir? Mikelancelo Antonioni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    26 iyul

  • Fevral 24, 2026

    İnterreks

  • Fevral 23, 2026

    V Murad

  • Fevral 24, 2026

    Mardin

  • Fevral 24, 2026

    Davud

Trend Mahnılar
  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst