Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bulqar (tatar. Bolğar, Болгар) — İdil bulqarları xanlığının partaxtı. Sonra Qızıl Orda nın böyük şəhərlərindən biri. İndi Tatarıstanın Çerdaklı stansiyasından (

Bulqar

  • Ana Səhifə
  • Vikipediya
  • Bulqar

Bulqar (tatar. Bolğar, Болгар) — İdil bulqarları xanlığının partaxtı. Sonra Qızıl Orda nın böyük şəhərlərindən biri. İndi Tatarıstanın Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir.

Mündəricat

Tarixi

Tarixin uzaq keçmişində Volqa çayının yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi. Bu gün qıpçaq türklərindən olan müasir çuvaşlar türk bulqarlarının xələfləridir. Beləliklə, onların bir hissəsi Asparux xanın başçılğı altında Dunay Bolqarıstanın əsasını qoydu.

Bulqar şəhərinin coğrafi yöndən uyğun bir yerdə salınmış olması, yəni Doğu Avropanın İdil-Oka, Klyazma, Kama kimi böyük nəhrlərin kəsişdiyi yerlərdə bulunması, qurudan isə doğrudan-doğruya karvan yolu ilə Orta Asiya ilə bağlı olması Doğu Avropa, Orta və Yaxın Şərq ölkələri ilə sıx ticarət münasibətləri saxlamasına şərait yaratmışdır.

Şəhərdəki Xan camisi XIII əsrin 2-ci yarısında inşa edilmişdir. Camidə 20 sütun mövcud idi; onun qübbəsinə yaxın səmtdə 24 metr yüksəklikdə böyük bir minarə tikilmişdi. Camini sonradan tikilmiş daha 3 kiçik minarəsi vardı. Bu cami Bülər şəhərindəki Saray camisinin bənzəri idi. Məscidin Bulqar dövlətinin ana camisi olduğu qəbul edilmişdir. XIV əsrin sonlarına doğru işğalçı rusların Bulqar ölkəsinə hücumları artır. 1431-ci ildə isə knyaz Fyodor Pestriyin hücumu bu şəhərin tamam məhvinə səbəb oldu.

Volqanın yuxarılarında mövcud olan möhtəşəm Bulqar şəhərindəki məşhur Xan məscidini Puşkin görmüşdür. (O Puqaçov üsyanının tarixini yazmaq üçün 1732-ci ildə bu torpaqlara səfər etmişdir) Məscidin Puşkin kimi bir çox səyyahların hələ uzaqdan gördüyü minarəsi 1841-ci ildə uçmuşdur. Onun dağıntıları üstündə böyük kilsə tikdilər. Kilsə daha əvvəldən məscidin də sahəsini əhatə edən Spassk monastırına daxil idi. Müxtəlif Puşkinin Puqaçov üsyanının tarixi üzərində işlərkən üsyan bürüyən yerləri gözləri ilə görüb öyrənmək üçün Orenburq vilayətinə yola düşməsini, tarixi Bulqar şəhərinə gəlməsini belə göstərir: böyük bir ərazi başdan-başa xarabalıq idi. Təkcə salamat qalan minarə çox-çox uzaqdan kədərli bir nişanə tək görünürdü. Sanki bu xarabalığa belə sahib olduğunu göstərmək üçün bu qalıqların üzərində tən ortada kilsə tikilmişdi. Adlı-sanlı müsəlman nəsillərinin sərdabələri Uspenski kilsəsinə çevrildi. 1732-ci ildə tikilmişUspenski kilsəsi bu möhtəşəm viranələr fonunda edam payası kimi göyə millənirdi. Qəbiristanlıqdakı məscidin minarəsi isə günümüzədək salamat qalmaqdadır. Yeni salınan kənd 1781–1935-ci illər arası Spassk Tatarskiy, indiki adı (kilsə adı olduğuna görə Sovet illərində dəyişdirildi) 1935-ci ildən Kuybışevdir. Smolnikov kitabında məscidin şəklini vermiş, buradakı uçuq divarlar və salamat qalmış bir-iki hücrə onun bir zamankı əzəmətini çatdırmaqdadır. Ruslarla məskunlaşdırılan məntəqə 1781-ci ildə böyüyüb yeni şəhərə çevrilmişdir. Məşhur saray şairi və əyanı Derjavin vaxtilə ilk tədqiqlərini Bulqar şəhərinin tarixinə həsr etmişdir. Çox maraqlıdır ki, Şərqdə hələ XII əsrdə ixtira olunmuş tüfəng rus salnamələrində "tyufık" kimi qeyd olunmaqla 1376-cı ildə ilk dəfə olaraq adı Bulqar şəhərinin müdafiəsində çəkilir. Bir metrlik lülədən ibarət olan və daş qəlpə, qırmalarla atəş açdığı göstərilir. Bulqar şəhərinə hücum edən ruslar bu döyüşdə ilk dəfə gördükləri bu silahı "Qrom puşaxu" ifadəsiylə təsvir etmişlər. Buradan da bu yeni silah puşka adı ilə Rusa daxil oldu.

Qalereya

  • Qara Türbə
    Qara Türbə
  • Şərq muzeyi
    Şərq muzeyi
  • Xan muzeyi
    Xan muzeyi
  • Muzey
    Muzey

Həmçinin bax

  • İdil bulqarları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bulqar haqqında məlumat. Bulqar nədir? Bulqar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arzu Əliyeva

  • Fevral 27, 2026

    Mövzu

  • Fevral 27, 2026

    Şlezviq-Holşteyn

  • Fevral 27, 2026

    Vidadi Həsənov

  • Fevral 27, 2026

    Krisia Todorova

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst