Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bağırsaqboşluqlular yalnız su və əksər hallarda dəniz həyat tərzi keçirirlər. Onların bəziləri sərbəst üzən, sayca çox olan bəzi formaları isə oturaq və dibə ya

Bağırsaqboşluqlular

  • Ana Səhifə
  • Vikipediya
  • Bağırsaqboşluqlular

Bağırsaqboşluqlular (lat. Coelenterata) — heyvanlar aləminə aid heyvan bölməsi.

Bağırsaqboşluqlular
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Bölmə:
Bağırsaqboşluqlular
Beynəlxalq elmi adı
  • Coelenterata Berthold Hatschek, 1888
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı
FW  

Mündəricat

Ümumi xarakteristika

Bağırsaqboşluqlular yalnız su və əksər hallarda dəniz həyat tərzi keçirirlər. Onların bəziləri sərbəst üzən, sayca çox olan bəzi formaları isə oturaq və dibə yapışan heyvanlardır. Onların oturaq formaları polip, sərbəst üzənləri isə meduzalardır. Bu tipə 9000-ə qədər növ daxildir. Tipin səciyyəvi əlaməti isə bağırsaq boşluğunda və bədənində dalayıcı hüceyrələrin olmasıdır.

Xarici quruluşu

Bağırsaqboşluqların quruluşu radial şüalı simmetriya ilə xarakterizə olunur. Bədəndə boylama istiqamətində bir əsas ox müəyyən edilir ki, onun da ətrafında radial qayda da müxtəlif orqanlar yerləşmişdir. Radial simmetriyanın sırası təkrarlanan orqanların sayından asılıdır. Oturaq həyat tərzi keçirirlər. Oturaq heyvanlarda bir qütb adətən yapışmağa xidmət edir.

Bədən quruluşu iki qatdan ibarətdir. İki rüşeym lövhəsi-ektoderma və endoderma formalaşır. Ektoderma və endoderma mezoqley qatı ilə ayrılmışdır. Bağırsaqboşluqların bədəni ən sadə halda bir tərəfi açıq kisəyə bənzəyir. Ektodemada olan dalayıcı hüceyrələr yalnız bu tipə aid canlılara aiddir.

Daxili quruluşu

Həzm sistemi — entoderma ilə döşənmiş kisənin boşluğunda qidanın həzm prosesi gedir, dəlik isə ağız rolunu oynayır. Ağız, adətən qidanı tutmağa xidmət edən bir və ya bir neçə qolcuqla əhatə olunmuşdur. Həzm olunmamış qida qalıqları bədəndən ağız dəliyi vasıtəsilə kənar edilir. Qolcuqlar arasında yerləşən tək dəlik həm ağız, həm də anus dəliyi rolunu onayır.
Tənəffüs — bütün bədən səthi ilə gedir.
Sinir sistemi — sinir hüceyrələri ektodermada bütün bədən boyu yayılmışdır. Qıcıqlanma və refleks qabiliyyəti vardır.
Çoxalması — qeyri-cinsi (tumurcuqlanma) və cinsi yolla çoxalır.

Azərbaycanda yayılması

Xəzər dənizində 5 növü yaşayır: Cordylophora caspia sahil zonasında 85 m qədər dərinlikdə yaşayır. Bougainvillia meqas növünün koloniyası şaxələdir və bir necə polopdən ibarətdir. Moerisia pallasi-nin iki cür koloniyası vardır,onların biri substratda, o birisi isə planktonda yaşayır. Moersia maeotica polipləri dənizin dibində oturaq həyat keçirirlər. Onlar həm koloniya və həm də sərbəst yaşayırlar. Blackfordia virginisa həm polip, həm də meduzoid formasına malikdir. Xəzərə 1962-ci ildə gəlmişdir.

Təsnifatı

Bağırsaqboşluqlar tipinə 3 sinif aiddir.

  • Hidroidlər (Hydrozoa)
  • Sifoid meduzaları (Scyphozoa)
  • Mərcan polipləri Anthozoa

Bağırsaqboşluqluların 2 qatı var.

  1. ektoderma
  2. endoderma

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bağırsaqboşluqlular haqqında məlumat. Bağırsaqboşluqlular nədir? Bağırsaqboşluqlular nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Brisben

  • Fevral 24, 2026

    Peloponnes

  • Fevral 27, 2026

    Viskonsin-Medison Universiteti

  • Fevral 27, 2026

    Bill Klinton

  • Fevral 27, 2026

    Paris Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst