Vermikulit — mineral.
| Vermikulit | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Kateqoriya | Mineral |
| Formul (təkrarlanan vahid) | Mg0.7(Mg,Fe,Al)6(Si,Al)8O20(OH)4 * 8H2O |
| Strunz təsnifatı | VIII/E.08 – Anhang |
| Xüsusiyyətləri | |
| Kristalloqrafik sinqoniya | monoklinik sinqoniya[d] |
| Bərklik | 1,3 ± 0,2 |
| Sıxlıq | 2,55 ± 0,2 q/sm³ |
Tərkibi dəyişkəndir. Quruluşu montmorillonitin quruluşuna yaxındır. Monoklinik. Habitus: pulcuqvari, lövhəvari. Ayrılma {010} üzrə mükəmməl. Tuncu-sarı, qonur, yaşımtıl. Parıltı — tutqun. Lövhələri yumşaq və əyilən. Sərtliyi 1–1,5. Xüsusi çəki~2,3. Kəskin qızdırıldıqda (300° və 800–1000° C-də) əmələ gələn buxarın təsiri nəticəsində vermikulit quruluş təbəqəcikləri dağılır və köpür. Həmişə törəmədir, maqnezium-dəmirli mikaların hipergen və bəzən hidrotermal hidratlaşma prosesində əmələ gəlir. Yüksək odadavamlılıq, səsudma və aşağı istilikkeçirmə qabiliyyəti, yüksək məsaməlik xassələri ilə səciyyələnir. Texnoloji avadanlığın izolə edilməsində; tikintidə (beton, mala və b. doldurucu kimi); kənd təsərrüfatında (rütubət saxlayıcı, mineral gübrələrin qatışığı kimi, substrat kimi hidroponikada və b. sahələrdə istifadə edilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vermikulit haqqında məlumat. Vermikulit nədir? Vermikulit nə deməkdir?
