Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Katarovəng monastırı — Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi. Monastrın ad

Katarovəng monastırı

  • Ana Səhifə
  • Vikipediya
  • Katarovəng monastırı

Katarovəng monastırı — Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi. Monastrın adı mənbələrdə Qafqaz Albaniyasında IV əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir.

Katarovəng monastırı
Monastırın başkilsəsi ermənilər tərəfindən həyata keçirilmiş yenidənqurma işlərindən əvvəl
Ölkə  Azərbaycan
Şəhər Xocavənd rayonu
Yerləşir Çaylaqqala və Köhnə Tağlar kəndlərinin arası, Ziyarət dağının zirvəsi
Aidiyyəti Qafqaz Albaniyası
Üslubu Qafqaz Albaniyasının memarlığı
Vəziyyəti xarabalıqları qalır
39°31′35″ şm. e. 46°51′22″ ş. u.HGYO
Xəritə
Katarovəng monastırı (Azərbaycan)
Nöqtə
Katarovəng monastırı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monastır, dəniz səviyyəsindən 2150 metr hündürlükdə yerləşir. Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir.

Mündəricat

Tarixi

Moisey Kalankatlı “Alban ölkəsinin tarixi”ndə Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, xristianlığı təbliğ etməsi Massaget çarı Sanesanın xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər dənizi sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir. Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə müqəddəsin cəsədini götürərək Alban Katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Saneasan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır.

Qaçqın xristianlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətində sığınırlar. Ter Abbasın Alban Həvari Kilsəsinin katolikos taxtına seçilməsindən əvvəl qaçqınları izləyən massaget ordusu Saneasın rəhbərliyində Haband vilayətinə kimi irəliləyərək qaçqınların gizləndiyi Katarovəng monastırını oda verir.

V əsrdə yaşamış erməni tarixçisi Favstos Buzand eyni hadisələri təsvir edərkən, onları massagetlərin Ermənistana yürüşü ilə əlaqələndirir.

Müasir tarixi

2015-2016-cı illərdə abidədə ermənilər tərəfindən təmir işləri aparılmış, dam örtüyü tamamilə yeni və müasir materiallarla qurulmuşdur. İkinci Qarabağ müharibəsi zamanı Katarovəng monastırının yerləşdiyi ərazi işğaldan azad edilmişdir.

Memarlıq xüsusiyyətləri

Ş. Mkrtçyan Qarabağın xristian abidələrinə həsr edilmiş kitabında qeyd edir ki, qədim monastırın tikililərindən heç biri dövrümüzə çatmamışdır. Tədqiqatçının fikrincə hətta XVII əsrə aid kilsənin qədim tikililərin təməlində inşa edilməsini də demək çətindir.

Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. Kilsə divarlarının birnövlü hörgüsünü kiçik və dar pəncərə yerləri pozur.

Kilsənin qərbdə yerləşən yeganə qapısı yaxşı yonulmuş daşlardan hazırlanmış çərçivə və kitabəli plitə istisna olmaqla bütün dekor elementlərindən məhrumdur. Şimal divarı yarıya qədər yerin altındadır, cənub divarı isə çılpaq qaya üzərində tikilmişdir.

Ədəbiyyat

  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Katarovəng monastırı haqqında məlumat. Katarovəng monastırı nədir? Katarovəng monastırı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sedan

  • Fevral 27, 2026

    Mehr

  • Fevral 24, 2026

    Vladimir Fekete

  • Fevral 27, 2026

    Acaena

  • Fevral 16, 2026

    Arizona

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst