Keşişverən — İrəvan xanlığının Vedibasar mahalında, İrəvan quberniyasının İrəvan qəzasında, Sonra Vedi (Ararat) rayonunda indiki Ararat mərzində kənd.
| Kənd | |
| Keşişverən | |
|---|---|
| 39°51′11″ şm. e. 44°59′06″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | [[Vedibasar mahalı]] |
| Rayon | [[Vedi rayonu]] |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1831 |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 1.850 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Keşişverən | |
Tarixi
Rayon mərkəzindən 34 km məsafədə, dərədə, Çanaxçı çayının sağ axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponimi
Toponim türk dilində "yaşayış məntəqəsi, qəsəbə" mənasında işlənən keş sözü ilə qədim türk dilində "xarablıq, uçulmuş divar" mənasında işlənən örən sözünün sinonimi olan viran sözünün birləşməsindən əmələ gəlmişdir. "Veran", "viran" sözünün dialekt variantıdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.1728-ci ilə aid arxiv mənbəyində "Keşiş vİranı" kimidir. Əsli Keşiş viranəsi. (170, 15). Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilərək Urtsalanc qoyulmuşdur.
Əhalisi
1948-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Keşişverən haqqında məlumat. Keşişverən nədir? Keşişverən nə deməkdir?
