Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arnold Yohannes Vilhelm Zommerfeld (alm. Arnold Johannes Wilhelm Sommerfeld‎; 5 dekabr 1868[…], Köniqsberq – 26 aprel 1951[…], Münxen) – həm atom, həm də kvant

Arnold Zommerfeld

  • Ana Səhifə
  • Vikipediya
  • Arnold Zommerfeld

Arnold Yohannes Vilhelm Zommerfeld (alm. Arnold Johannes Wilhelm Sommerfeld‎; 5 dekabr 1868[…], Köniqsberq – 26 aprel 1951[…], Münxen) – həm atom, həm də kvant fizikası sahəsindəki inkişafın öncüllərindən olmuş, eyni zamanda nəzəri fizikanın yeni dövrü üçün çoxsaylı tələbələr yetişdirmiş və onlara mentorluq etmiş alman nəzəri fiziki.

Arnold Zommerfeld
alm. Arnold Sommerfeld‎
Doğum adı Arnold Johannes Wilhelm Sommerfeld
Doğum tarixi 5 dekabr 1868(1868-12-05)[…]
Doğum yeri
  • Köniqsberq, Prussiya
Vəfat tarixi 26 aprel 1951(1951-04-26)[…] (82 yaşında)
Vəfat yeri
  • Münxen, Yuxarı Bavariya, Bavariya, Almaniya Federativ Respublikası
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Elm sahəsi Spektroskopiya
İş yerləri
  • Münhen Lüdviq-Maksimilian Universiteti (1906–1947),
  • Göttingen Universiteti (1895–1897)
Təhsili
  • Köniqsberq Universiteti[d]
Elmi rəhbərləri Karl Lindeman
Tanınmış yetirmələri Laynus Polinq, Hans Bete
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1926),
  • ABŞ Milli Elmlər Akademiyası (1929),
  • Bavariya Elmlər Akademiyası[d],
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Macarıstan Elmlər Akademiyası,
  • Rusiya Elmlər Akademiyası (1929),
  • Prussiya Elmlər Akademiyası[d],
  • Göttingen Elmlər Akademiyası[d],
  • Rusiya Elmlər Akademiyası (1925),
  • Dei Linçei Akademiyası (1929)
Mükafatları Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni — 1931
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zommerfeld yeddi "Nobel" mükafatı laureatının doktorantura və postdoktorantura rəhbəri olmuş, həmçinin ən azı 30 digər tanınmış fizik və kimyaçının elmi fəaliyyətinə rəhbərlik etmişdir.

O, ikinci kvant ədədini (azimutal kvant ədədi) və üçüncü kvant ədədini (maqnit kvant ədədi) elmə daxil etmişdir. Zommerfeld, həmçinin incə quruluş sabitini təqdim etmiş və rentgen şüalarının dalğa nəzəriyyəsinin banisi olmuşdur.

Erkən həyatı və təhsili

Arnold Yohannes Vilhelm Zommerfeld 5 dekabr 1868-ci ildə Köniqsberqdə (indiki Kalininqrad, Rusiya), kökləri Prussiyaya dayanan bir ailədə anadan olmuşdur. Anası Sesili Mattias (1839–1902) potsdamlı bir inşaatçının qızı idi. Atası Frans Zommerfeld (1820–1906) Köniqsberqin nüfuzlu ailələrindən birinə mənsub həkim idi; Arnoldun babası 1822-ci ildə Prussiya krallığının xidmətində Saray Poçt Katibi kimi karyera qurmaq üçün əyalətdən buraya köçmüşdü. Zommerfeld ailəsinin mənsub olduğu Prussiya Evangelik Protestant Kilsəsində xaç suyuna çəkilmişdi və dindar olmasa da, xristian inancından heç vaxt imtina etməmişdi.

Zommerfeld Köniqsberq Universitetində riyaziyyat və fizika elmləri üzrə təhsil almışdır. Onun dissertasiya rəhbəri riyaziyyatçı Ferdinand fon Lindeman olmuşdur; o, həmçinin riyaziyyatçılar Adolf Hurvits və David Hilbert, habelə fizik Emil Vixertin mühazirələrindən bəhrələnmişdir. Tələbə korporasiyasındakı (Burschenschaft) iştirakı onun üzündə ömürlük duel çapığının qalmasına səbəb olmuşdur. O, 24 oktyabr 1891-ci ildə fəlsəfə doktoru (Ph.D.) dərəcəsini almışdır.

Doktorluq dərəcəsini aldıqdan sonra Zommerfeld müəllimlik diplomu üzərində işləmək üçün Köniqsberqdə qalmışdır. 1892-ci ildə dövlət imtahanını verdikdən sonra Köniqsberqdəki ehtiyat polkda birillik hərbi xidmətə başlamışdır. Məcburi hərbi xidmətini 1893-cü ilin sentyabrında başa vursa da, növbəti səkkiz il ərzində könüllü olaraq səkkiz həftəlik hərbi xidmətlərini davam etdirmişdir. Yuxarı burulmuş bığları, bədən quruluşu, Prussiyaya məxsus vüqarlı duruşu və üzündəki duel çapığı ilə o, qusar polkovniki təəssüratı bağışlayırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arnold Zommerfeld haqqında məlumat. Arnold Zommerfeld nədir? Arnold Zommerfeld nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fərvərdin

  • Fevral 25, 2026

    Tenor

  • Fevral 27, 2026

    Ununtrium

  • Fevral 24, 2026

    Muxtar Şaxanov

  • Fevral 27, 2026

    Çöküntülər (geologiya)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst