Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Hәkәm Əmr ibn Hişam (ərəb. أبو جهل‎; 570-ci illər, Məkkə – 13 mart 624) — Əbu Cəhl olaraq tanınan Məhəmməd peyğəmbərin әn qatı əleyhdarlarından biri. Qureyş

Əbu Cəhl

  • Ana Səhifə
  • Vikipediya
  • Əbu Cəhl

Əbu Hәkәm Əmr ibn Hişam (ərəb. أبو جهل‎; 570-ci illər, Məkkə – 13 mart 624) — Əbu Cəhl olaraq tanınan Məhəmməd peyğəmbərin әn qatı əleyhdarlarından biri. Qureyşilәrin Mәxzum qolundan olması bilinir. Məhəmməd peyğəmbərlə eyni ildə doğulmuşdur.

Əbu Cəhl
ərəb. عمرو بن هشام بن المغيرة المخزومي القرشي الكناني (أبو جهل)‎
Doğum tarixi 570-ci illər
Doğum yeri
  • Məkkə, Hicaz
Vəfat tarixi 13 mart 624(0624-03-13)
Uşağı
  • İkrimə ibn Əbu Cəhl
Fəaliyyəti siyasətçi

Bioqrafiya

Onun tam adı Əbu əl-Həkəm Əmr ibn Hişam ibn əl-Muğira ibn Abdullah ibn Umar əl-Qureyşidir. Bənu Məxzum nəslindəndir.

Peyğəmbərlik missiyası başlayandan sonra Məhəmmədə qarşı çıxır və Məkkənin ilk müsəlmanlarını təqib edir. Əbu Cəhl İslamın ilk şəhidi Əmmar ibn Yasirin anası Süməyyanı öldürən şəxsdir. Xüsusi qəddarlığına və barışmazlığına görə müsəlmanlar onu Əbu Cəhl (“cahilliyin atası”) adlandırırdılar [4].

Əbu Cəhl müsəlmanların boykot edilməsinin təşəbbüskarlarından biri olmuş və onun aradan qaldırılmasına çalışmışdır. Məhəmməd peyğəmbər Mədinəyə köçməzdən əvvəl o, nüfuzlu Məkkəliləri Məhəmməd peyğəmbərə sui-qəsd etmək üçün hər qəbilədən bir nümayəndə seçməyə dəvət edir.

Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra onlara qarşı düşmənçilik fəaliyyətini davam etdirir. 624-cü ildə Əbu Süfyanın karvanını qorumaq üçün hərbi dəstəyə başçılıq edir və Qüreyşlə müsəlmanlar arasında ilk böyük silahlı toqquşmaya girir (bax: Bədr döyüşü). Müsəlmanlar bütpərəstlərin ordusunu məğlub edir və Əbu Cəhl özü də bu döyüşdə həlak olur.

Müsəlmanlar Kolosint bitkisinə (lat. Citrullus colocynthis) “Əbu Cəhlin qarpızı” adını vermişlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbu Cəhl haqqında məlumat. Əbu Cəhl nədir? Əbu Cəhl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Porfiri Baxmetyev

  • Fevral 27, 2026

    Daşkəsən şəhəri

  • Fevral 27, 2026

    Dilin mənimsənilməsi

  • Fevral 27, 2026

    Faza keçidi

  • Fevral 27, 2026

    Məzdək

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst