Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüsü Hüseynəli oğlu Hacıyev (26 sentyabr 1897, Şuşa – 18 may 1931, Ağdaş rayonu) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq ədliyyə ko

Hüsü Hacıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Hüsü Hacıyev

Hüsü Hüseynəli oğlu Hacıyev (26 sentyabr 1897, Şuşa – 18 may 1931, Ağdaş rayonu) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru (1928–1930), Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi (1930–1931).

Hüsü Hacıyev
Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi
1930 – 18 may 1931
SonrakıBəşir Səfərov
Azərbaycan SSR xalq ədliyyə komissarı — Azərbaycan SSR prokuroru
1928 – 1930
ƏvvəlkiBöyükağa Talıblı
SonrakıKərim Əbdülov
Şəxsi məlumatlar
Doğum tarixi 26 sentyabr 1897(1897-09-26)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 18 may 1931(1931-05-18) (33 yaşında)
Vəfat yeri
  • Ağdaş rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1919–1931)
Təhsili
  • Şuşa real məktəbi (1910–1918)
Fəaliyyəti inqilabçı, dövlət xadimi

Həyatı

Hüsü Hüseynəli oğlu Hacıyev 26 sentyabr 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1910-cu ildən Şuşa real məktəbində oxumuş və 1918-ci ildən inqilabi fəaliyyətə qoşularaq məktəblilərin inqilabi hərəkatında iştirak etmişdir. 1919-cu ildən bolşeviklər partiyasının üzvü olmuş, Qarabağda bolşevik ədəbiyyatı yayaraq müsavatçılara qarşı mübarizə aparmışdır.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Qarabağ İnqilab Komitəsinin üzvü olan Hüsü Hacıyev 1920-ci ilin iyun ayında Şuşada əks-inqilabi qiyam zamanı Şuşa həbsxanasına salınmışdır. Qısa müddət sonra o, həbsdən azad edilmiş və Qarabağ Fövqəladə Komissiyasının təyin edilmişdir. 1921-ci ildən etibarən Qubadlı, Kürdüstan, Ağdam və Quba qəza icraiyyə komitələrinin sədri, eləcə də Azərbaycan K(b)P Qaryagin Qəza Komitəsinin katibi olmuşdur. 1930-cu ilədək Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru vəzifəsində işləmiş, qısa müddət sonra isə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışmağa başlamışdır.

Hüsü Hacıyev Azərbaycan K(b)P Mərkəzi Komitəsinin, Azərbaycan SSR və ZSFSR mərkəzi icraiyyə komitələrinin üzvü olmuşdur.

18 may 1931-ci ildə Kür çayının daşaraq Ağdaş rayonundakı bəndi yarmasına görə hadisə yerinə gedən Hüsü Hacıyev rayonunun Qaxay–Xirəzi kəndləri istiqamətində 10 nəfərlik dəstə tərəfindən hücuma məruz qalmış və yanındakı milis işçisi ilə birlikdə qətlə yetirilmişdir. I Fəxri Xiyabanda dəfn edilmişdir. Bərdədə abidəsi, Şuşada isə büstü qoyulmuş, Bakıda maşınqayırma zavoduna, Bakı və Ağdaşda küçələrə və s. adı verilmişdir.

Hüsü Hacıyev Azərbaycanın ilk riyaziyyatçı qadın alimi Maya Hacıyevanın böyük qardaşıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüsü Hacıyev haqqında məlumat. Hüsü Hacıyev nədir? Hüsü Hacıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qara kotan

  • Fevral 27, 2026

    Müharibənin apofeozu

  • Fevral 27, 2026

    XIII İnnokenti

  • Fevral 27, 2026

    Lufthansa

  • Fevral 24, 2026

    Edinburq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst