Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xrisanf Vasilyev 1872-ci ildən 1884-cü ilə qədər Rusiya Rəssamlıq Akademiyasında memarlıq üzrə təhsil alıb. 1880-ci illərin əvvəllərində Zaqafqaziya dəmiryolu x

Xrisanf Vasilyev

  • Ana Səhifə
  • Vikipediya
  • Xrisanf Vasilyev

Xrisanf Vasilyev — Bakıda tikilmiş Bakı Dəmir Yolu Vağzalının və Tağıyevin Teatrının memarı.

Xrisanf Vasilyev
rus. Васильев Хрисанф Константинович
Şəxsi məlumatlar
Doğum tarixi 1851 (174–175 yaş)
Vəfat tarixi XX əsr
Vətəndaşlığı
  •  Rusiya imperiyası
Təhsili Rusiya Rəssamlıq Akademiyası
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı, Sankt-Peterburq, Odessa
Əsas tikililəri Bakı Dəmir Yolu Vağzalı
Tağıyevin Teatrı

Haqqında

Xrisanf Vasilyev 1872-ci ildən 1884-cü ilə qədər Rusiya Rəssamlıq Akademiyasında memarlıq üzrə təhsil alıb. 1880-ci illərin əvvəllərində Zaqafqaziya dəmiryolu xəttinin Bakı-Tiflis hissəsində memar kimi xidmət edib. Bakıda fəaliyyət göstərdiyi müddət ərzində Bakı Dəmir Yolu Vağzalının binasının, Tağıyevin Teatrının binasının və Bakı İctimai Məclisinin yay binasının memarı olub.

1882-ci ildə onun eskizi ilə məşhur rus zərgəri Sazikov tərəfindən İmperator III Aleksandr və İmperatriça Mariya Fyodorovnanın tacqoyma mərasimi zamanı, duz çörəyin təqdim edilməsi üçün gümüş boşqab və duzqabı düzəldilmişdir.

1883-cü ildə Fyodor Dostoyevski dünyasını dəyişdikdən 2 il sonra onun qəbrinin üzərində memar Xrisanf Vasilyevin layihəsi və heykəltaraş N.Laveretskinin ortaq işi olan abidə qoyuldu.

1882-ci ildə o, Odessa şəhər duması tərəfindən Odessada Aleksandr Puşkinin büstü olan fəvvarənin quraşdırılması üçün elan edilmiş müsabiqəyə qatılır. Və onun layihəsi müsabiqədə qalib gəlir. Nəticədə Odessa şəhərində onun layihəsinə əsasən Puşkinin büstü olan fəvvarə quraşdırılır. 1899-cu ildə isə o, Aleksandrovsk litseyinin bağında quraşdırılmış Aleksandr Puşkinə həsr edilmiş heykəlin memarlığını edir.

XX əsrin əvvəllərində isə onun tərəfindən Alupka, Perekop, Qurzuf və Yançokrakda kilsələr tikilib.

Həmçinin bax

  • Anton Kandinov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xrisanf Vasilyev haqqında məlumat. Xrisanf Vasilyev nədir? Xrisanf Vasilyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Naukan yupikləri

  • Fevral 27, 2026

    Yanıq

  • Fevral 27, 2026

    Anuştəkinlilər sülaləsi

  • Fevral 27, 2026

    Usta

  • Fevral 27, 2026

    Akuta

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst