Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ömər Seyfəddin (1884–1920) — türk ədəbiyyatının tanınmış hekayə yazıçısı. Kiçik həcmli hekayələri ilə ədəbiyyatda güclü iz buraxmışdır. Ədəbiyyata türkçülük anl

Ömər Seyfəddin

  • Ana Səhifə
  • Vikipediya
  • Ömər Seyfəddin

Ömər Seyfəddin (1884–1920) — türk ədəbiyyatının tanınmış hekayə yazıçısı. Kiçik həcmli hekayələri ilə ədəbiyyatda güclü iz buraxmışdır. Ədəbiyyata türkçülük anlayışı gətirənlərdən hesab edilir. Qısa həyatı zəngin yaradıclığı ilə seçilmişdir.

Ömər Seyfəddin
Ömər Şəfki bəy oğlu Seyfəddin
Doğum tarixi 1884
Vəfat tarixi 1920 (36 yaşında) (35–36 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Zəncirliquyu qəbiristanlığı
Milliyyəti türk
Atası Ömər Şəfki bəy
Anası Fatimə xanım
Təhsili
  • Quləli Hərbi Liseyi,
  • Türkiyə Quru Qoşunları məktəbi
Fəaliyyəti yazıçı, romançı, müəllim, zabit
Əsərlərinin dili Osmanlı türkcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat

Ömər Seyfəddin 1884-cü ildə anadan olmuşdur. Öz yaşıdlarından fərqli olaraq о, məktəbə 4 yaşında getmiş və məktəbdə fəallığı ilə seçilmişdir. Ailələrinin İstanbula köçməsi səbəbindən Ömər Seyfəddin təhsilini Məktəbi-Osmaniyyədə davam etdirmişdir. О, təhsilini Ədirnədə tamamlamışdır. Ömər Seyfəddin daha sonra Məktəbihərbiyyə də təhsil almış, ədəbiyyata da bu dövrlərdə şeir yazmaqla gəlmişdir. О, hərbi təhsilini Türkiyənin müxtəlif şəhərlərində davam etdirmiş, 1906-cı ildə İzmir jandarm məktəbinə müəllim təyin edilmişdir. Ömər Seyfəddin bir neçə müddət Bolqarıstanda müxtəlif vəzifələrdə çalışmışdır. Balkanlarda gedən anti-türk hərəkatını müşahidə etmiş, onlara qarşı mübarizənin iştirakçısı olmuşdur.

Ömər Seyfəddin 1910-cu ildə əsgərlikdən azad olunmuşdur. Bundan sonra isə Gənc qələmlər birliyində çalışmışdır.

Ömər Seyfəddinin ilk mənzuməsi Məcmuəyi-ədəbiyyədə nəşr olunsa da, əsl ədəbi fəaliyyətə Gənc qələmlər məcmuəsində çap etdirdiyi məqalələrlə başlamışdır. Qısa vaxtda о, Ziya Göyalpla birlikdə bu təşkilatın nəzdində Türkçü Ədəbiyyat Cəbhəsi yaratmışdır. 1912-ci ildə Balkan müharibəsi başladığı üçün Ömər Seyfəddin yenidən orduya çağırılmışdır. О, Yunanıstanla aparılan döyüşlərin birində əsir düşmüş və Nafliyon qəsəbəsində bir il əsirlik həyatı keçirmişdir. Əsirlik həyatı başa çatdıqdan sonra Ömər Seyfəddin İstanbula qayıtmış və Türk sözü məcmuəsində baş mühərrir işləmişdir.

Ömər Seyfəddin mühərrir olduğu məcmuədə Balkan müharibəsində və əsirlikdə şahidi olduğu hadisələri özündə əks etdirən bir çox əsərlər çap etdirmişdir. Görkəmli yazıçı Türk sözü məcmuəsində çalışmaqla yanaşı, eyni zamanda müəllimlik də etmişdir. Onun İstanbul Kişi Müəllim məktəbində müəllimlik fəaliyyəti xüsusi diqqət cəlb edir.

Ömər Seyfəddin yaradıcılığının 1913-cü il dövrü onun sənətinin yeni mərhələsi kimi xarakterizə olunur. Bu mərhələdə onun hekayələri ilə yanaşı, həm də sadə dil uğrunda mübarizəsini özündə əks etdirən çoxsaylı yazıları maraq doğurur. Ömər Seyfəddinin rəhbərlik etdiyi Bilgi dərnəyi adlı ədəbi qurum Türk dilinin saflığı uğrunda mübarizə aparır, Sərvəti fünunçulara qarşı kəskin etiraz edirdi. Yaranmış ədəbi təşkilat Türk dilini korlayanları, xüsusilə Sərvəti-fünunçuları ədəbiyyat zalımları adlandırır, bütün sağlam qüvvələri Türk dilinin düşmənləri hesab etdikləri bu zalımlarla mübarizəyə səsləyirdi.

Ömər Seyfəddin ömrünün sonlarında qəzetçilik fəaliyyəti ilə daha çox məşğul olmuşdur. О, Böyük məcmuə və Zaman qəzeti kimi nüfuzlu mətbu orqanlarında çalışmışdır. Ömər Seyfəddin yaradıcılığının ən məhsuldar dövründə amansız xəstəliklə üzləşmiş və 1920-ci ildə 36 yaşında vəfat etmişdir.

Həmçinin bax

  • Türkiyə ədəbiyyatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ömər Seyfəddin haqqında məlumat. Ömər Seyfəddin nədir? Ömər Seyfəddin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Quruluşçu operator

  • Fevral 28, 2026

    Baldırğan

  • Fevral 27, 2026

    Sünəni-İbn Macə

  • Fevral 27, 2026

    Boksçu

  • Fevral 27, 2026

    Sankt Peterburq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst