Old Trafford — İngiltərənin Mançester şəhərində yerləşən və "Mançester Yunayted" klubunun ev oyunlarını oynadığı 75,643 nəfərlik tutumu ilə Böyük Britaniyada 3-cü, Avropada isə 11-ci ən böyük stadiondur. Trafford şəhərinin Greater Mançester səmtində yerləşmişdir. Ser Bobbi Çarlton tərəfindən bu stadiona "Xəyalların Teatrı" ləqəbi verilmişdir. 1910-cu ildən bəri "Mançester Yunayted"in stadionudur. Amma İkinci dünya müharibəsi zamanı stadionun bombalanması səbəbiylə 1941-ci ildə 1949-a qədər "Mançester Yunayted" matçlarını "Mançester Siti" ilə birgə "Maine Road"da oynamaq məcburiyyətində qalmışdır.
| Old Trafford | |
|---|---|
| Old Trafford | |
| |
![]() | |
| Yeri | Trafford, Mançester, İngiltərə |
| Təməli qoyulub | 1909 |
| Açılış tarixi | 19 fevral 1910 |
| Memar | Arşibald Litç (1909) |
| Sahibi | Mançester Yunayted |
| Tamaşaçı tutumu | 75,643 |
| Ev sahibi komanda | Mançester Yunayted |
| Meydançanın ölçüləri | 105 x 68 m |
| Ot örtüyü | Desso GrassMaster |
| Rəsmi saytı | |


Stadiona ən çox azarkeş 1939-cu ildə FA kubokunun Vulverhempton Vonderers və Qrimsbi Taun klubları arasında keçirilən yarım-final oyununda qeydə alınmışdır ki, həmin oyunda stadiona 76,962 nəfər gəlmişdir. Gələcəkdə stadionun Cənub istiqamətində olan hissəsinə ikinci yarus əlavə olunaraq tutumun 95,000 nəfərə çatdırılması planlaşdırılır.
Old Trafford indiyə qədər FA kubokunun yarım-final oyunlarına, İngiltərə çempionatının oyunlarına, 1966-cı ildə Dünya, 1996-cı ildə Avropa çempionatının bir sıra oyunlarına, 2003-cü il Çempionlar Liqasının finalına, həmçinin 2 dəfə reqbi üzrə Dünya Kubokunun final oyunlarına ev sahibliyi etmişdir.
Rekordlar
Old Trafforda ən çox tamaşaçı 25 mart 1939-cu ildə Vulverhempton Vonderers və Qrimsbi Taun komandaları arasında baş tutan FA kuboku yarım final matçında qeydə alınmışdır. Old Traffordda 31 mart 2007-ci il tarixində baş tutan Mançester Yunayted - Blekburn Rovers qarşılaşmasında isə 76,098 tamaşaçı qeydə alınmışdır və bu rəqəm İngiltərə Premyer Liqasında rekord hesab olunur. Old Trafforda qeyri-rəsmi oyun zamanı qeydə alınan rekord isə 5 avqust 2011-ci il tarixində Mançester Yunayted və Nyu-York Kosmos klubları arasında baş tutan qarşılaşma zamanı olmuşdur. Bu zaman stadiondan oyunu 74,731 nəfər tamaşaçı izləmişdir. İkinci dünya müharibəsindən sonra ən az tamaşaçı isə 29 aprel 1950-ci ildə Mançester Yunaytedin Fulhemi 3-0 hesabı ilə məğlub etdiyi qarşılaşmada qeydə alınmışdır. Həmin matç zamanı stadionda 11,968 tamaşaçı olmuşdur.
Old Traffordda bir sezonda qeydə alınmış ortalama tamaşaçı sayına görə rekord isə 2006-07 sezonunda qeydə alınmışdır (75,826). Ümumi sayına görə ən çox tamaşaçının stadiona gəldiyi sezon isə 2008-09 sezonu olmuşdur. Həmin sezon Old Trafforda ümumilikdə 2,197,429 nəfər gəlmişdir.
Həmçinin bax
- Mançester Yunayted
- İngiltərə Premyer Liqası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Old Trafford haqqında məlumat. Old Trafford nədir? Old Trafford nə deməkdir?

