Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Windows Phone (WP) — smartfonlar üçün Microsoft tərəfindən Windows Mobile və Zune-un əvəzinə yaradılmış mobil əməliyyat sistemləri ailəsi idi və artıq fəaliyyət

Windows Phone

  • Ana Səhifə
  • Vikipediya
  • Windows Phone

Windows Phone (WP) — smartfonlar üçün Microsoft tərəfindən Windows Mobile və Zune-un əvəzinə yaradılmış mobil əməliyyat sistemləri ailəsi idi və artıq fəaliyyəti dayandırılıb. Windows Phone Metro dizayn dilindən ilhamlanaraq yeni bir istifadəçi interfeysi təqdim edirdi. Windows Mobile-dan fərqli olaraq, WP ilk növbədə istehsal bazarına deyil, istehlak bazarına yönəlmişdi.

Windows Phone
Loqonun şəkli
İstehsalçı Microsoft
Yazılma dili C++, C, C#
Son versiya
  • 8.10.15148.160
Yenilənmə üsulu Wi-Fi
Dəstəklənən platformalar ARM[d]
Lisenziya istifadəçi razılaşması[d]
Əvvəlki Windows Mobile
Veb-saytı microsoft.com/windowspho…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Windows Phone 7 ilk dəfə 2010-cu ilin oktyabr ayında təqdim edildi. 2012-ci ildə WP 8 çıxdı və WP 7-nin Windows CE əsaslı kerneli dəyişdirilərək (xüsusilə Windows 8-dən olan komponentlərlə) PC-lərdə istifadə olunan Windows NT kerneli ilə əvəzlədi. Bu dəyişiklik səbəbindən əməliyyat sistemi əvvəlki WP 7 cihazlarına uyğun gəlmirdi, lakin tətbiqlərini hələ də dəstəkləyirdi. 2014-cü ildə Microsoft WP 8.1 yeniləməsini çıxardı. Həmçinin Cortana adlı ağıllı assistenti və Windows Runtime platformasını təqdim etdi. Bu platforma Windows PC-lər və WP-lər arasında platformlararası tətbiqləri yaratmağa imkan verdi.

2015-ci ildə Microsoft Windows 10 Mobile-ı təqdim etdi. Bu PC ilə inteqrasiya və birləşmə imkanı təqdim edən bir platforma idi. Cihazları xarici ekran və ya docking stansiyası kimi tanıtmaq mümkün idi. Bunun sayəsində interfeys PC kimi göstərilə bilirdi. Microsoft PC-lər üçün yeni əməliyyat sistemi olan Windows 10-a fokuslanmaq üçün Windows Phone-u dayandırdı. Ancaq texniki baxımdan WP davam etdi və seçilmiş WP 8.1 cihazlara yeniləmələr təqdim edirdi.

Microsoft platfoma üçün olan yatırımlarını Nokia ilə olan tərəfdaşlığı ilə daha da genişləndirdi. "Nokia"nın Lumia seriyası xüsusilə Lumia 520 2013-cü ildə Windows Phone cihaz satışlarının əksəriyyətini təşkil etdi. Microsoft Nokia-nın mobil cihaz bölümünü 7 milyard dollardan çox bir məbləğə alaraq öz tərkibinə daxil etdi. Bundan sonra Nokia-nın o zamankı CEO-su Stiven Elop da Microsoft-a qoşuldu və şirkətin mobil bölməsinin rəhbəri oldu.

Android və iPhone-lar hələ də ən üstün platformalar kimi qalırdı. Buna görə də mobil tətbiq proqramçılarının Windows Phone-a olan marağı azaldı. Microsoft 2016-cı ildə Microsoft Mobile-ın işçilərini işdən azad etdi və Nokia-nın alınması ilə əlaqədar olaraq 7.6 milyard ABŞ dolları zərər etdiyini açıqladı. Həmin dövrdə WP-nin bazar payı 1% -ə qədər düşdü. Bu səbəbdən Microsoft Android və iOS ilə inteqrasiyaya önəm verməyə başladı. Beləliklə 2017-ci ildə Windows 10 Mobile-ın aktiv inkişafını dayandırıldı.

Həmçinin bax

  • Windows 10 Mobile
  • Mobil əməliyyat sistemlərinin müqayisəsi
  • Microsoft Surface
  • П:  Telefonlar portalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Windows Phone haqqında məlumat. Windows Phone nədir? Windows Phone nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Prostat vəzi

  • Fevral 27, 2026

    Alfons Muxa

  • Fevral 27, 2026

    Mucuq

  • Fevral 27, 2026

    Tofiq Ağahüseynov

  • Fevral 27, 2026

    Hasəki Sultan

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst