Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nadir Xuduş oğlu Abbasov — Azərbaycan Kommunist Partiyası Ağcabədi, Salyan və Ağdam rayon komitələrinin birinci katibi.

Nadir Abbasov

  • Ana Səhifə
  • Vikipediya
  • Nadir Abbasov

Nadir Xuduş oğlu Abbasov — Azərbaycan Kommunist Partiyası Ağcabədi, Salyan və Ağdam rayon komitələrinin birinci katibi.

Nadir Abbasov
Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon Komitəsinin birinci katibi
1978 – 28 may 1987
ƏvvəlkiVahid İsmayılov
SonrakıAydın Alıyev
Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin birinci katibi
1970 – 1978
SonrakıAslan Hüseynov
Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi
1965 – 1970
ƏvvəlkiXosrov Ağayev
SonrakıHəsən Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1925(1925-01-02)
Doğum yeri
  • Gəncə, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi bilinmir
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1948–1991)
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1976
"Lenin" ordeni — 1976 "Lenin" ordeni — 1973 "Oktyabr inqilabı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1966 "Qırmızı əmək bayrağı" ordeni — 1981

Həyatı

1925-ci ildə Gəncə qəzasında qulluqçu ailəsində anadan olmuşdur, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnsititunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Sosialist Əməyi Qəhrəmanıdır (1976).

Əmək fəaliyyətinə 1942-ci ildə başlamışdır. 1944–1949-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1950-ci ildən rayon komsomol komitəsinin katibi, Kirovabad (indiki Gəncə) vilayət komsomol komitəsinin şöbə müdiri, şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1935–1955-ci illərdə partiya məktəbinin müdavimi, 1956-cı ildən Kirovabad toxulçuluq kombinatının, Nizami adına sovxozun partiya komitəsinin katibi, Kirovabad Şəhər Partiya Komitəsinin şöbə müdiri olmuşdur. 1962–1970-ci illərdə Gədəbəy, Qasım İsmayılov (indiki Goranboy)istehsalat idarələrinin partiya təşkilatçısı, Azərbaycan KP MK inspektoru, Azərbaycan KP Qasım İsmayılov RK-nın, Ağdam RK-nın birinci katibi vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Salyan RK-nın birinci katibi, 1978-ci ildən isə Azərbaycan KP Ağcabədi RK-nın birinci katibi olmuşdur.

Azərbaycan SSR Ali Soveti mandat komissiyasının və Azərbaycan KP MK üzvü olmuşdur.

Yeddinci, səkkizinci, doqquzuncu, onuncu və on birinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Arbatan seçki dairəsi).

Prezident təqaüdçüsü olmuşdur (2002).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nadir Abbasov haqqında məlumat. Nadir Abbasov nədir? Nadir Abbasov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Firuzabad

  • Fevral 27, 2026

    III Dara

  • Fevral 27, 2026

    Toxunulmaz ehtiyat

  • Fevral 27, 2026

    III Juan

  • Fevral 27, 2026

    Şeybanilər sülaləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst