Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Osman Əmr ibn Bəhr ibn Məhbub əl-Cahiz əl-Kinani (ərəb. الجاحظ‎; 775, Bəsrə – dekabr 868 və ya yanvar 869, Bəsrə, Abbasilər xilafəti) — Şərqi Afrika əsilli

Əl-Cahiz

  • Ana Səhifə
  • Vikipediya
  • Əl-Cahiz

Əbu Osman Əmr ibn Bəhr ibn Məhbub əl-Cahiz əl-Kinani (ərəb. الجاحظ‎; 775, Bəsrə – dekabr 868 və ya yanvar 869, Bəsrə, Abbasilər xilafəti) — Şərqi Afrika əsilli bərbər yazıçısı və alimi. İslamda rasional cərəyan olan Mötəzilik və ədəbiyyatın ədəb cərəyanının nümayəndəsi. Abbasilərin sarayında xidmət edib. Öz dövrünün ən savadlı insanlarından biri kimi məşhurdur.

Əl-Cahiz
ərəb. عمرو بن بحر بن محبوب الكناني البصري‎
Doğum tarixi 775(0775)
Doğum yeri
  • Bəsrə, Bəsrə mühafəzəsi, İraq
Vəfat tarixi dekabr 868(0868-12) (92–93 yaşında) və ya yanvar 869(0869-01) (93–94 yaşında)
Vəfat yeri
  • Bəsrə, Abbasilər xilafəti
Elm sahələri islam etiqad məzhəbləri[d], islam fəlsəfəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Bəsrədə doğulduğu güman edilir. Gözləri parıltılı olduğu üçün ləqəbi "Cahiz"dir. Kiçik yaşların etibarən elm öyrənmişdir. Hicri 255-ci ilin Məhərrəm ayında (yanvar 869) Bəsrədə vəfat etmişdir.

Fəaliyyəti

100 çox traktatın və antologiyanın müəllifidir:

  • yumoristik novellalar toplusu Xəsislər barədə kitab;
  • natiqlik və stilistika üzrə Dəlillər haqqında kitab;
  • tarixi-siyasi Ərəblər və məvalilər haqda kitab və
  • Ərəblər və farslar haqqında kitab ;
Cahizin Heyvanlar haqqında kitabından bir səhifə
  • Kitab əl-Hayavan ("Heyvanlar kitabı") 350-den çox heyvan növünü şeir, lətifə və atalar sözləri ilə təsvir edən ensiklopedik əsər, kitabda təbii mühitin heyvanlar üzərindəki təsirindən danışır və bir təkamül haqqında nəzəriyyə yaratmışdı. Mühitin bir heyvanın yaşaması üçün təsirlərini incələmişdir. Bu kitabda Cahiz tarixdə ilk dəfə qida zəncirini təsvir etmişdir.

Ətraf mühitin determinizmi tərəfdarı olan Cahiz, ətraf mühitin toplumun irqi və etnik xüsusiyətlərinin formalaşmasına təsiri barədə də danışmışdı.

  • Fəzail ül Ətrak(Türklərin fəzilətləri). Türklərin İran dünyasının şimal şərqinə erkən gəlişinin tərəfdarları bu prosesin sübutu kimi Cahizin yazdığı həmin bu Risalə fi mənakib əl-ətrak va'ammat cunud əl -xilafə adlı türklərin fəzilətləri haqqında traktatını misal gətirirlər. Cahiz türklərin o dövrdə bir qədər mənfi obrazını və onlara qarşı bu münasibəti yumşaltmaq istəyirdi, onlara layıqli yer vermək, onları Xilafətdə ərəblərlə farsların arasında "üçüncü qüvvə" etmək istəyirdi. Cahiz öz məqsədini ta'lif əl-kulub və ittifaq əl-əsbab("ürəkləri barışdırmaq" və "əlaqələri bərkitmək") kimi təsvir edir. Öz traktatının bir yerində o türkləri və xorasanlıları, mahiyətinə görə, eyni xalq hesab edir, eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar.

Cahiz xüsusilə ədəb janrına çox gclü təsir etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Cahiz haqqında məlumat. Əl-Cahiz nədir? Əl-Cahiz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əli Əmirli

  • Fevral 27, 2026

    Qaysın Quliyev

  • Fevral 27, 2026

    Nankin sazişi

  • Fevral 25, 2026

    Qod Nisanov

  • Fevral 27, 2026

    Renium

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst