Kurqan — qəbir üzərində inşa edilən, adətən bir insan cəsədi ilə yanaşı qəbir qabları, silahlar və atların da dəfn edilməsi ilə səciyyələnən tumulus tipli torpaq təpəsi. Əvvəlcə Qara dəniz-Xəzər çöllərində istifadə edilən kurqanlar e.ə. III minillikdə Mərkəzi Asiyanın böyük hissəsinə, eləcə də Şərqi, Cənub-Şərqi, Qərbi və Şimali Avropaya yayılmışdır.

Ən erkən kurqanlar e.ə. IV minilliyə aid olub Qafqazda meydana çıxmışdır və bəzi tədqiqatçılar onları hind-avropalılarla əlaqələndirirlər. Kurqanlar eneolit, tunc, dəmir, antik dövr və orta əsrlərdə inşa edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kurqan haqqında məlumat. Kurqan nədir? Kurqan nə deməkdir?