Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Analgeziya (ağrıkəsən) təsirinə müxtəlif farmakoloji qrup preparatları malikdir. Bu, daha çox opioid reseptorlarla qarşılıqlı əlaqədə olan narkotik, opioid Anal

Analgetik maddələr

  • Ana Səhifə
  • Vikipediya
  • Analgetik maddələr

Analgetik maddələr – ağrı hissini aradan qaldıran və ya zəiflədən dərman preparatları.

Analgeziya (ağrıkəsən) təsirinə müxtəlif farmakoloji qrup preparatları malikdir. Bu, daha çox opioid reseptorlarla qarşılıqlı əlaqədə olan narkotik, opioid Analgetik maddələrdə təzahür edir. Analgetik maddələr anesteziologiyada, əsasən, ümumi anesteziya və cərrahiyə əməliyyatından sonrakı ağrını götürmək üçün istifadə edilir. Bu qrup Analgetik maddələrin əsas nümayəndələri morfin, fentanil (remifentanil), omnopon, promedol, trimeperidin, prosidol, butorfanol, moradol, stadol, nalbufin, tramadoldur. Analgetik aktivliyinə görə buprenorfin (tebain alkaloidinin yarımsintetik törəməsi) morfindən 20–50 dəfə üstündür və kiçik cərrahi əməliyyatlardan sonra intensiv ağrıları götürmək üçün təyin edilir. Opioid Analgetik maddələrin universal antaqonisti naksolondur; opioidlərin təsirini tez dayandırmaq və onları bütün opioid reseptorlardan xaric etmək üçün istifadə olunur. Qeyri-narkotik Analgetik maddələrə pirazolonun (amidopirin, analgin, antipirin, butadion), anilinin (antifebrin, parasetamol, fenasetin), salisil turşusunun törəmələri (asetilsalisil turşusu, natrium-salisilat, salisilamid) aiddir. Ağrı götürmə aktivliyinə görə onlar narkotik Analgetik maddələrdən xeyli geri qalır. Bundan əlavə onlar ancaq bəzi növ ağrılar (nevralgik, baş, diş və s.) zamanı effektlidir. Qeyri- narkotik Analgetik maddələrin yuxugətirici təsiri yoxdur, tənəffüs və öskürək mərkəzlərinə, şərti-reflektor fəaliyyətə təsir göstərmir, eyforiya törətmir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Analgetik maddələr haqqında məlumat. Analgetik maddələr nədir? Analgetik maddələr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pont

  • Fevral 25, 2026

    Mahmudlu

  • Fevral 23, 2026

    Bəlx

  • Fevral 27, 2026

    Patogen

  • Fevral 27, 2026

    Müqəddəs

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst