Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

O, qısa müddətə olsa da,''\"ləğv edilmiş Alban dövlətini bərpa etmişdi.\"'' [[Moisey Kalankatlı]] onun haqqında yazır:\n",{"template":{"target":{"wt":"sitatın ə

Qriqor Hammam

  • Ana Səhifə
  • Vikipediya
  • Qriqor Hammam

Qriqor Hammam – IV Xaçın knyazı, Albaniya knyazı, alim, yazıçı.

Qriqor Hammam
Գրիգոր Համամ
IV Xaçın knyazı
IX əsrin II yarısı –  
ƏvvəlkiAtrnerseh
SonrakıSmbat — Aşağı Xaçın hakimi
Vasak — Yuxarı Xaçın hakimi
Saak Sevada — Girdiman hakimi
Alban çarı
893 – 897
Şəki knyazı
893 – 897
Əvvəlkititul yaradıldı
SonrakıII Atrnerseh (oğlu)
Şəxsi məlumatlar
Doğum tarixi ?
Vəfat tarixi ?
Fəaliyyəti dilçi
Uşaqları Apuli, Smbat, Saak Sevada, II Atrnerseh, Vasak
Ailəsi Arranilər
Dini xristian

Mündəricat

Həyatı

Atrnersehin oğlu idi. Nə vaxt doğulduğu haqda məlumat yoxdur.

Hakimiyyəti

Arranın böyük bir hissəsini özünə tabe edən Qriqor, özündən əvvəlki Xaçın knyazlarından fərqli olaraq Kambisenanı da idarə etmişdi. O, qısa müddətə olsa da,"ləğv edilmiş Alban dövlətini bərpa etmişdi." Moisey Kalankatlı onun haqqında yazır:

"Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş Alban knyazlığını bərpa etdi, necə ki, Aşot Baqratuni bunu Ermənistanda etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin Hammam bu həyatin faniliyi eşqinə öz qardaşının qanının tökülməsinin banisi idi və Allaha qarşı olan öz böyük günahlarını yumaq üçün kilsələr tikdirdi, bütün kasıb və ehtiyacı olanlar üçün böyük işlər gördü."

— Kalankatlı, III, XXII

Sacilərlə münasibətlər

893-cü ildə Qriqor Hammam Sacilər sülaləsindən olan Azərbaycan əmiri Məhəmməd ibn Əbu Sac tərəfindən tutulmuş erməni katolikosu II Georqu böyük məbləğ qarşılığında azad edərək Ermənistana göndərmişdi.

Yaradıcılığı

Qriqor Hammam eyni zamanda "Suallar və Cavablar" (856–865) traktatının müəllifidir. Onun bir neçə dini-liturgiya xarakterli şeirləri də dövrümüzə çatmışdır. O, Frakiyalı Dionisiyanın qrammatikasının tərcüməsinin və bir neçə başqa əsərin müəllifidir. Qriqor Hammamın adının qeyd edildiyi iki kitabə dövrümüzə çatmışdır ki, onlardan da biri, Qeqarqunikdə 881-ci ilə aid kitabə (bu kitabədə o, özünü Qrqor Atrnersexyan adlandırır), digəri isə Gavurqalada arxeoloji qazıntılar zamanı R. M. Vahidov tərəfindən aşkarlanmış kitabədir. Həmçinin Qriqori Hammam tərəfindən yazılmış bir neçə akrostix şeir də məlumdur.

Ölümü və ailəsi

Səhl ibn Sunbatın nəvəsi olan Qriqorun beş oğlu olmuşdu. Qriqor Hammamın ölümündən sonra 890-cı illərin ortalarından onun oğulları Baqratuni sülaləsinin idarə etdiyi Ani çarlığından vassal asılılığını qəbul etmişdilər.

  • Apuli — Qardaşı Smbat tərəfindən öldürülmüşdü.
  • Smbat — Gəncəsər ətrafı əraziləri — əsas Xaçın torpaqlarını idarə etmişdir
  • Vasak — Yuxarı Xaçın hakimi olmuşdu.
  • II Atrnerseh — Şəki-Kambisena hakimi olmuşdu. Ərəb müəllifi Əl-Məsudi yazır ki, "mənim kitabımı yazdığım dövrdə şəkililərin knyazı Adərnərsə ibn Hamam olmuşdur.".

Həmçinin bax

П: "Qafqaz Albaniyası" portalı
  • Artsak
  • Xaçın knyazlığı
  • Qafqaz Albaniyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qriqor Hammam haqqında məlumat. Qriqor Hammam nədir? Qriqor Hammam nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vəzir

  • Fevral 28, 2026

    Plumbaginaceae

  • Fevral 27, 2026

    Yuri Lujkov

  • Fevral 27, 2026

    Almalı (Qax)

  • Fevral 27, 2026

    Qarabağlar nahiyəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst