Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Disneyland — məşhur tematik park 17 iyul 1955-ci ildə Los-Ancelesin cənubunda yerləşən Anahaym şəhərində (ABŞ, Kaliforniya ştatı) açılmışdır.

Disneyland

  • Ana Səhifə
  • Vikipediya
  • Disneyland

Disneyland — məşhur tematik park 17 iyul 1955-ci ildə Los-Ancelesin cənubunda yerləşən Anahaym şəhərində (ABŞ, Kaliforniya ştatı) açılmışdır.

Disneyland Park
Disneyland
Yatmış Gözəl Qalası
Yatmış Gözəl Qalası
Məlumatlar
Ölkə
  •  ABŞ
Yerləşməsi Anahaym, Kaliforniya ştatı, ABŞ
Koordinatları 33°48′32″ şm. e. 117°55′08″ q. u.HGYO
Yaradılıb 17 iyul 1955
Tabeçiliyi Volt Disney şirkəti
Ziyartəçi sayı
  • 17.337.000 nəf. (2024)
Saytı disneyland.disney.go.com
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Mənşəyi

Uşaqlar üçün əyləncə parkının yaradılması ideyası Volt Disney tərəfindən qızları ilə parkda gəzərkən yarandı. Uşaqlar karuseldə fırlanarkən ataları dükanda oturub gözləyirdi ki, qızları nə vaxt bezəcək. Bu gəzintilər zamanı Volt Disney həm uşaqların, həm də valideynlərin yaxşı vaxt keçirə biləcəyi park haqqında fikirləşdi.

Əyləncə parkı bütün ailə üçün istirahət yeri olmalıdır və onda Disney belə bir park yaratmaq qərarına gəldi. Lakin tarixçilərin dediyinə görə, İkinci dünya müharibəsi Disneyin ideyalarının gerçəkləşməsinə mane oldu. Yalnız 1954-cü ildə Anahaymda 32 hektarlıq portağallıqda Disneyland-in tikintisinə başlanıldı. Bu parkın hazırlanması və tikintisinə Disneyin özü birbaşa başçılıq edirdi. O elə bir yer yaratmaq istəyirdi ki, bütün yaşdan olan insanlar özünü orda uşaq kimi hiss edə bilsinlər.

Volt Disney şirkəti tərəfindən ilk Disneyland-in tikintisinə 17 mln dollar xərclənmişdir, lakin tezliklə bütün yatırımlar 10 dəfə daha çox gəlir gətirdi.

Açılış mərasimi

17 iyul 1955-ci ildə amerikan “multiplikasiya kralı” və uğurlu biznesmen Volt Disney uşaqlar və valideynləri üçün möhtəşəm əyləncə parkının təntənəli açılış mərasimini keçirdi. Bu tədbir ABC kanalı tərəfindən birbaşa yayımlandı, parkın açılış mərasimini ABŞ-nin gələcək prezidenti aktyor Ronald Reyqan aparmışdı.

Sehrbaz Volt Disneyin ən böyük arzusu 17 iyul 1955-ci ildə Disneyland Resort-un qonaqpərvər qapılarını açmaqla reallaşdı. Volt Disney parkın yaradılmasına ürəyini qoymuşdu. Rəssamın fantaziyası və parkın bütün yaradıcılarının entuziazmı Mikki-Maus və onun dostlarının yaşadığı cizgi filmlərinin və nağılların sehrli dünyasında öz əksini tapdı. Bu tamamilə orijinal və bənzəri olmayan, dörd əsas prinsip üzərində yaradılmış park idi: Volt Disneyin cizgi filmlərinin sehrli krallığını yenidən qurmaq, cürbəcür və yeni texniki tryukların əlavə olunması, ziyarətçilərdə elə təəssüratlar yaratmaq ki, sanki onlar cəngəlliklər arasında üzür, ya da qarşılarında ruhlar görürlər və ya dənizin dibində sualtı gəmidə oturublar.

Müasir Disneyland

Disneyland-in səmadan görünüşü, 2005-ci il

İlk əvvəl attraksionların sayı 16-a, giriş bileti isə 1 dollara bərabər idi. Hazırda olduğu kimi ziyarətçiləri girişdə Mikki Maus, Ağbəniz və Yatmış Gözəl qarşılayırdı. Daha sonralar onların sırasına Pinokkio və Vinni-Pux da qatıldı.

Disneyland tez bir zamanda ABŞ-nin görməli yerlərindən birinə və ailəvi istirahət üçün sevimli məkana çevrildi. Əbəs yerə Disneyland-i dünyanın ən xoşbəxt yeri saymırlar. Qonaqları Volt Disneyin səsi salamlayır: “Bizim bu xoşbəxt məkana Xoş Gəlmisiniz! Disneyland sizin ölkənizdir. Burada kamillik yenidən keçmişin ən əziz xatirələrini yaşayır, cavanlıq isə gələcəyin vədləri və çağırışlarından həzz alır. Disneyland Amerikanı yaratmış ideallara, arzu və real faktlara həsr olunub, ümid edirik ki, bu dünya üçün sevinc və ilham mənbəyi olacaq".

Disneyland-in müasir kompleksi əhəmiyyətli dərəcədə genişlənmiş və 200 hektarlıq sahəni əhatə edir. Park üç hissəyə bölünüb. Birinci zona – simvolu Yatmış Gözəlin Qəsri olan Disneyland Park-ının özüdür. İkinci zona – 2001-ci ildə açılmış Disney’s California Adventure Park tematik parkıdır, bu sahə Qızıl Ştatın tarixinə və mədəniyyətinə həsr olunmuşdur və simvolu Kaliforniya canlı təbiətinin rəmzi olan qrizli ayısının siluetini xatırladan süni Grizzly Peak dağıdır. Eyni anda Disney’s California Adventure ilə birlikdə üçüncü zona – Downtown Disney yaradıldı, kompleks bir çox attraksiondan, teatr, 12 zallı kinoteatr, mağaza, restoran, bar və oyun əşyalarında ibarətdir.

Grizzly Peak (Qrizli Zirvəsi) - Kaliforniyanın rəmzi

Disneyland Resort-un qonaqları Disney studiyasının sevimli animasiya və bədii filmlərinin əsl qəhrəmanları ilə ünsiyyətdə ola və fantastik attraksionlarda əylənə bilərlər. Park gündəlik paradlar və atəşfəşanlıq təşkil edir. Disneyland-in küçələrində orkestrin müşayiəti ilə Mikki-Maus və Donald Dak digər cizgi filmi qəhrəmanları ilə birlikdə gəzirlər. Parkda hər yerdə monorels, parovoz, fayton və ya funikulyor tapmaq olar. Funikulyordan parkın ərazisinə gözəl mənzərə açılır.Disneyland-in yaranmasından bu yana onu 500 milyon qonaq, o cümlədən kral ailəsi, prezidentlər və dövlətin digər rəsmiləri ziyarət edib. Disney parklar şəbəkəsi bu günlərdə də genişlənmişdir, Anahaym şəhərində yerləşən ilk Disneyland-dan başqa Florida ştatında (ABŞ) Disneyworld, Parisdə (Fransa) Avro-Disneyland, Tokio-Disneyland (Yaponiya) və Honqkonqda (Çin) Disneyland fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Disneyland haqqında məlumat. Disneyland nədir? Disneyland nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Tofiq Bəktaşi

  • Fevral 28, 2026

    Geologiya İnstitutu

  • Fevral 27, 2026

    PAL

  • Fevral 27, 2026

    Zərgərlik məmulatları

  • Fevral 27, 2026

    GRIN

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst