Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Katafraktarilər (yun. Katafrakto - zirehli) — e.ə IV-cü əsrdə Yunanıstanda, e.ə V-ci əsr fars və midiyalı süvarilərinin təcrübəsindən istifadə edərək yaratdıqla

Katafraktlar

  • Ana Səhifə
  • Vikipediya
  • Katafraktlar

Katafraktarilər (yun. Katafrakto - zirehli) — e.ə IV-cü əsrdə Yunanıstanda, e.ə V-ci əsr fars və midiyalı süvarilərinin təcrübəsindən istifadə edərək yaratdıqları, sonralar öz inkişafını Makedoniyalı İskəndərin qoşununda tapan, ağır silahlanmış zirehli süvarilər. Torpaq əyanlarından komplektləşdirilirdi.

Mündəricat

Silahlanması

Uzun nizə, uzun qılınc və döyüş baltası ilə silahlanmışdılar. Müdafiə silahı, qarışıq materialdan dəmir, tunc, gön və sümükdən düzəldilmiş(piləkli ya da pullu) zirehdən, eləcə də zirehli dəbilqə, qalxan, qolçaq, kəmər, yaxalıq, qıçlıqdan ibarət idi. At xüsusi, gövdəni və başı örtmək üçün nəzərdə tutulmuş yorğanlı çanaq ilə müdafiə olunurdu.

Öyrədilməsi

Katafraktarilərin öyrədilməsi, qədim yunan sərkərdəsi, eyni zamanda məşhur tarixçisi Ksenofont tərəfindən tərtib olunmuş "Süvarilər üçün məsləhətlər" və "Süvari rəisləri üçün məsləhətlər" kimi təlimatlardan istifadə olunurdu.

Tətbiqi

Katafraktarilər vuruşmada sıx səflərlə vuruşurdular və rəqibin arxasına və cinahlarına sürətli və həlledici zərbələr endirmək üçün istifadə edilirdilər. 64 katafraktaridən ibarət il, hərəsi 16 nəfərdən ibarət dörd cərgəyə düzülürdülər.

Çatışmazlıqları

Sasani katafraktı, müasir rekonstruksiya

Qədim Dünyada üzəngili yəhər yox idi, və süvarilər birbaşa yorğanla örtülmüş at belinə atlanırdı. Üzəngi olmaması səbəbi ilə, süvarilər atın belində ayağa dura bilmirdilər, bu isə uzun yayla silahlanmış oxçuların at belindən ox atmasını imkansız edirdi. Eyni zamanda qılıncla və nizə ilə zərbə endirmək də çox çətin idi, çünki yəhərin olmaması, süvarini atın belində çox dayaqsız edirdi. Nizəni qoltuq altında sxımaq ümumiyyətlə mümkün deyildi, çünki sərt əngələ qarşı zərbə katafraktarini atdan sala bilərdi, beləliklə nizə ilə zərbələr üçün atın gücündən istifadə mümkün deyildi, ancaq əl hərəkətindən istifadə edilirdi, bu isə zərbəni çox zəif edirdi.

Qaynaq

  • Военная энциклопедия в 8 томах. 3 "Д" -квартирьер Москва Военное издательство 1995

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Katafraktlar haqqında məlumat. Katafraktlar nədir? Katafraktlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Oxot dənizi

  • Fevral 27, 2026

    İbrahim İlyaslı

  • Fevral 27, 2026

    Mandolina

  • Fevral 26, 2026

    5 mart

  • Fevral 27, 2026

    Debian

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst