Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəzi XVIII-XIX əsrlərin elm adamları bu yazı sisteminin ilk nümunələrinə Nəbati hökmdarlarının məzarlarında rast gəlindiyinə inanırdılar. Bu nümunələr isə 328-c

Ərəb əlifbası

  • Ana Səhifə
  • Vikipediya
  • Ərəb əlifbası

Ərəb əlifbası (ərəb. أبجدية عربية‎) — Ərəb dilinin yazı sistemi.

Ərəb əlifbası
Dillər ərəb dili
Yaranma tarixi III-IV
Mənşəyi Finikiya əlifbası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Bəzi XVIII-XIX əsrlərin elm adamları bu yazı sisteminin ilk nümunələrinə Nəbati hökmdarlarının məzarlarında rast gəlindiyinə inanırdılar. Bu nümunələr isə 328-ci ilə tarixlənirdi.

Bu gün isə İslamdan əvvəlki dövrə və İslamın ilk əsrinə aid kitabələrin araşdırılması göstərir ki, ərəb yazısı Nəbati yazısından (bitişik Nəbati yazısı, III-IV əsr) törəmiş və hətta onun inkişaf etmiş davamı hesab edilmişdir. Beləliklə, ərəb yazısı Nəbati və Arami həlqələri vasitəsilə Finikiya yazısı ilə əlaqələnir.

Hərfləri

Nəsx yazı

Ərəb əlifbası 28 hərfdən ibarətdir. Bəzi əlifbalarda "lam-əlif" (لا) 29-cu hərf olaraq göstərilmişdir. Ərəb hərflər iki yerə bölünürlər:

  • Şəmsi hərflər
  • Qəməri hərflər

Hərflərin forması sözün əvvəlində, ortasında və sonunda gəlməsindən asılı olaraq dəyişir. Ərəb əlifbasında yalnız sammit səslər vardır.

İslamın gəlişindən sonra isə qeyri-ərəblərin Quranı daha düzgün oxuması üçün sait səsləri əvəzləyən və hərəkə adlanan işarələr də əlavə edilmişdir. Lakin bu yalnız Qurana xasdır.

Yazı

Ərəb əlifbasında hərflər sağdan sola yazılır və eyni qayda ilə oxunur. Ərəb əlifbasının ilk vaxtlar iki yazı forması mövcud idi. Bunlardan biri VII əsrdə Kufədə meydana çıxmışdı və "Kufi" adlanırdı.

Kufi yazı

Bu növün forması qalın və kobud idi. Bu yazı forması adətən daş və metal kimi səhtlərin üzərinə yazılırdı. Zaman keçdikcə Məkkə və Mədinə də daha incə yazı forması olan "Nəsx" və onun müxtəlif variantları ("Sülüs", "Reyhani" və başqa klassik növləri) meydana çıxdı.

Hal-hazırda isə klassik yazı formaları ilə yanaşı modern formalardan da istifadə edilir.

"Ç" hərfi

Konfiqurasiyaları

Farslar, əfqanlar, türklər (vaxtı ilə) və başqa xalqlar bu əlifbaya dillərinə uğyun olan səsləri (p, ç, g və s.) əlavə edərək bu əlifbanın müxtəlif konfiqurasiyalarını ərsəyə gətiriblər.

Coğrafiyası

Yeganə rəsmi yazı sistemi (tünd yaşıl) və birgə rəsmi yazı sistemi (açıq yaşıl)

Ərəb əlifbası dünyada Latın qrafikasından sonra ən çox istifadə edilən yazı sistemidir. Bu yazı sistemi və onun müxtəlif konfiqurasiyaları Şimali Afrika, Yaxın Şərq və Cənub Qərbi Asiyadakı ölkə tərəfindən rəsmi şəkildə istifadə edilir. Bu dövlətlərə Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya, İran, Əfqanıstan, Pakistan, Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis və Liviyanı misal göstərmək olar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərəb əlifbası haqqında məlumat. Ərəb əlifbası nədir? Ərəb əlifbası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Bakı tramvayı

  • Fevral 22, 2026

    Gürcüstan bayrağı

  • Fevral 24, 2026

    Buryatiya

  • Fevral 10, 2026

    Bağdad

  • Fevral 23, 2026

    1 fevral

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst