Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlk özbək filmi 1908-ci ildə çəkilmişdir. 1924-cü ildə Rusiya-Buxara ortaqlığı olan "Buxkino" təşkil edildi. Növbəti il, 1925-ci ildə "Uzbekqoskino" tresti təşk

Özbəkfilm

  • Ana Səhifə
  • Vikipediya
  • Özbəkfilm

"Özbəkfilm" — 1925-ci ildə Daşkənddə yaradılan kinostudiya.

Özbəkfilm
Ümumi məlumatlar
Tipi açıq səhmdar cəmiyyəti
Sənaye kino istehsalı
Məhsulu film
Təsis tarixi 1925
Baş qərargahın yeri Özbəkistan, Daşkənd. Çilanzar 1 küç.
İqtisadi göstəriciləri
Ümumi gəliri 7,3 milyon sum (2015)
uzbekkino.uz/studios/1
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk özbək filmi 1908-ci ildə çəkilmişdir. 1924-cü ildə Rusiya-Buxara ortaqlığı olan "Buxkino" təşkil edildi. Növbəti il, 1925-ci ildə "Uzbekqoskino" tresti təşkil edildi və "Şərq ulduzu" film fabriki açıldı, 1936-cı ildən adı Özbəkfilm oldu, İkinci Dünya müharibəsi zamanı Daşkənd Film Studiyası adı altında fəaliyyət göstərirdi, 1958-ci ildən Özbəkfilm adı yenidən qayıtdı. 1979-cu ildə kinostudiyaya Kamil Yarmatovun adı verildi.

Özbək bədii filmlərinin tarixi 1925-ci ildə "Şərq ulduzu" kinostudiyasının yaradıldığı vaxtdan başlayır.

Tarixi

İlk özbək fotoqraf və operatoru olan Xudaybergen Devanov (1879-1940) özbək kinosunun banisi hesab olunur. X. Devanov Xivə xanlığının ilk fotoqrafı, sonra isə ilk operatoru olmağı bacarmışdır. 1908-ci ildə Sankt-Peterburqa gedən Xarəzm nümayəndə heyətinin tərkibində Xudaybergen Devanov da var idi. Rusiya İmperatorluğunun paytaxtında X. Divanov tanınmış mütəxəssislərlə foto işinin incəliklərini öyrənirdi. Xivə diplomatik nümayəndəliyi işini başa vurduqdan sonra o, əlavə iki ay staj üçün burada qaldı. X. Divanov, vətəninə müxtəlif foto və kino aksesuarları, o cümlədən PATE markalı 593 nömrəli kino kamerasını gətirdi, bu da 1910-cu ildə Xivə xanı Əsfəndiyarın fayton ilə yola düşməsindən bəhs edən ilk özbək sənədli filmini sərbəst şəkildə çəkməsinə imkan yaratmışdır. Həmçinin, onun "Bölgəmizin memarlıq abidələri" (114 metr, 1913), "Türküstan mənzərələri" (100 metr, 1916) və s. kino lentləri də qorunub saxlanılmışdır. Xudaybergen Devanov tarixi görməli yerləri, minarələri, məscidləri və daha çoxunu lentə almışdır. Onun əməyi sayəsində digər ölkələrin nümayəndələri ilk dəfə Xarəzmın qədim bənzəri olmayan mədəniyyəti ilə tanış oldular.

"Uzbekgoskino" nun yaradıcısı və ilk rejissoru Umar Mukimov idi. O, kiçik film çəkiliş qrupu ilə birlikdə ilk iki səssiz filmi çəkmişdir, birinin adı "Müsəlman qadın" idi. Özbək kinosunun yaranmasında kinematoqrafçılar N.Qaniev, S. Xocayev, Y. Ağzamov, M. Qayumov, M. Doronin, O. Frelix, V. Dobrjanski, A. Dori, aktyorlardan isə Erqaş Hamroyev, Rəhim Pirmuhamedov və Lütfi Sarımsakovanın rolları böyük idi. Rejissor Nəbi Qaniyev özbək kinematoqrafiyasında ilk dəfə "Yüksəliş" (1931), "Ramazan" (1933) və "Cigit" (1935) adlı filmləri peşəkar səviyyəsində çəkmişdir.

O dövrün özbək xalqı üçün ən vacib hadisələrdən bəhs edən "İkinci arvad", "Şəfəqdən əvvəl", "Ravat çaqqalları" filmləri bu onillik ərzində çəkilmişdir. 1916-cı il qiyamından bəhs edən Süleyman Xocayevin "Şəfəqdən əvvəl" (1933) filmi heç yerdə göstərilməmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Özbəkfilm haqqında məlumat. Özbəkfilm nədir? Özbəkfilm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Lesoto

  • Fevral 27, 2026

    Korvinus Universiteti

  • Fevral 27, 2026

    Hötit

  • Fevral 27, 2026

    Abbasabad (Savə)

  • Fevral 27, 2026

    Pan

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst