Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı; "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin pr

Qənimət Zahid

  • Ana Səhifə
  • Vikipediya
  • Qənimət Zahid

Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı; "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti.

Qənimət Zahid
Xalq Azadlıq Partiyasının sədri
 – 1997
ƏvvəlkiYunus Oğuz
SonrakıYunus Oğuz
Şəxsi məlumatlar
Doğum tarixi 10 fevral 1963(1963-02-10) (63 yaş)
Doğum yeri
  • Şamaxı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Azərbaycan Yurddaş Partiyası[d] (1997–?),
  • Xalq Azadlıq Partiyası[d] (1994–1997)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist

Mündəricat

Həyatı və karyerası

Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib. 1994-cü ildə "Yeni Nəsil" Jurnalistlər Birliyini təsis edib və onun ilk sədri olub. 1998-ci ildə "Azad Söz" Jurnalistlər Birliyini təsis edib və onun ilk sədri olub. 2002-ci ildə "Bakı Həftəliyi" adlı qəzet nəşr edib. 2003-cü ildə yenidən "Azadlıq" qəzetinin rəhbərliyinə qayıdıb.

Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunub, 4 il cəza alıb, 2010-cu ilin martın 17-nə qədər həbsxanada olub. Yerli və beynəlxalq hüquq müdaifə təşkilatları onu siyasi səbəblərlə həbs edilən vicdan məhbusu olaraq tanıyıblar. Cəza müddətini 17 saylı cəzaçəkmə müəssisəsində keçirib.

2006-cı ildə Qənimət Zahid Həcc ziyarətində olub.

2012-ci ilin aprel ayının 6-dan başlayaraq efirdə olan "Azərbaycan saatı" adlı həftəlik televiziya proqramının müəllifi və yaradıcısıdır. "Azərbaycan saatı" Azərbaycanda siyasi senzuranı tanımayan ilk televiziya proqramıdır. Ardıcıl və prinsipal jurnalist fəaliyyətinə görə "Sərhədsiz Reportyorlar" beynəlxalq Jurnalist təşkilatının "Dünyanın 100 informasiya qəhrəmanı" siyahısına daxil edilib. 2016-cı ilin oktyabr ayının 8-dən efirə çıxan Turan TV-nin yaradıcısıdır. Turan TV "Azərbaycan Saatı" proqramının bazasında yaradılıb, Azərbaycanın ilk müstəqil peyk televiziyasıdır.

Qənimət Zahidin təşəbüsü iə 2016-cı ildə azərbaycanlı siyasi mühacirlərin AND (Azərbaycan naminə Demokratiya) adlı bir təşkilatı yaradıldı. Təşkilatın təsis yığıncağı 2016-cı ilin sentyabr ayında Strasburqda olub.

Qənimət Zahid eyni zamanda, bədii yaradıclıqla məşğuldur. Həbsxana mövzusunda yazdığı "Ölüm korpusu" adlı romanı ingilis dilinə də çevrilib. "The Death Building" adlı bu kitab Amazon online satış bazası üzərindən satışdadır. 2019-cu ilin sonlarında onun adlı daha bir romanı da Azərbaycanda çap edildi. "Son dərviş" tarixi- fəlsəfi mövzuda, postmodern üslubda yazılmış əsərdir.

2022-ci ilin yanvar ayında Qənimət Zahidin "Canavar" adlı daha bir romanı çap edilib. Bu romanda ötən sərin 70-ci illərindəki bir Azərbaycan sovet kəndinin həyatı təsvir edilir.

Qənimət Zahid "Sərhədsiz Reportyorlar" Beynəlxalq Jurnalist təşkilatının köməyi ilə 2011-ci ildə Fransaya köçüb. Hazırda ailəsi ilə birlikdə Fransada yaşayır.

Səbail Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkən tədbiri seçilib. Cinayət Prosessual Məcəlləsinin 467-13.6 və 467-13.7-ci maddələrinə əsasən, Qənimət Zahid barəsində Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli qərarı ilə qiyabi icraat açılıb.

Şəxsi həyatı

Ailəlidir. 1991-ci ildə Ayəndə Mürsəliyeva ilə ailə həyatı qurub. Dörd övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qənimət Zahid haqqında məlumat. Qənimət Zahid nədir? Qənimət Zahid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Urmiyə

  • Fevral 25, 2026

    Böyük Məzrə

  • Fevral 27, 2026

    FLEK

  • Fevral 27, 2026

    Tulunilər dövləti

  • Fevral 27, 2026

    Monastır

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst