Xeliserlilər (lat. Chelicerata) — buğumayaqlılar tipinə aid yarımtip.
| Xeliserlilər | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Xeliserlilər | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Ümumi məlumat
Xeliserlilərin əksəriyyəti quru mühitində yaşayır. Onlarda antenna və antenulla tamamilə itmiş və əvəzində xeliser adlanan orqan əmələ gəlmişdir (xeliserlilər-qısqacbığcıqlılar deməkdir). Xeliser bir cüt olub, qısqaclara malikdir və ağzın önündə yerləşmişdir. Xeliserlilərin bədəni iki hissədən - baş-döş və qarıncıqdan ibarətdir. Quruda yaşayan xeliserlilərdə (hörümçəkkimilərdə) qarıncıq buğumlarının birləşməsi prosesi getmişdir, hətta buğumluluq tamamilə itmişdir. Suda yaşayan xeliserlilərdə qarıncığın ön şöbəsi qəlsəmələrlə təchiz olunmuş 6 cüt ətrafa malikdir, dal qarıncıq buğumları isə ətraflardan məhrumdur. Quruda yaşayanlarda isə qarıncıq ətrafları şəklini dəyişərək, tənəffüs orqanlarına - ağciyərlərə, tor ziyillərinə və s. çevrilmişdir.
Təsnifatı
Sinifləri:
- Hörümçəkkimilər (Arachnida)
- Merostomata (Merostomata)
- Dəniz hörümçəkləri (Pycnogonida)
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xeliserlilər haqqında məlumat. Xeliserlilər nədir? Xeliserlilər nə deməkdir?
