Risaləyi-Nur (osman. رسالهِٔ نور; türk. Risale-i Nur Kulliyati) — məzmunca Quran təfsiri mahiyyətində olan dörd risalənin ümumi adı.
| Risaləyi-Nur | |
|---|---|
| türk. Risale-i Nur Kulliyatı osman. رسالهٔ نور | |
| |
| Müəllif | Səid Nursi |
| Orijinalın dili | türk dili |
| Ölkə | |
Əsər
"Risaləyi-Nur" Bədiüzzaman Səid Nursi tərəfindən 1925-ci ildə yazılmağa başlanmış və 24 ilə tamamlanmışdır. Əsər İslam və iman mövzularını əhatə edən kitablar toplusudur.
Orijinal variantı osmanlı türkcəsi ilə yazılmış bu toplunun ümumi səhifə sayı 6000-ə yaxındır və 15 kitabdan ibarətdir. Bu kitablar aşağıdakılardır:
- Sözlər,
- Ləmələr,
- Şualar,
- İşarətül-İcəz,
- Məsnəviyi-Nuriyə,
- Tarixçəyi-Həyat,
- Barla lahiqəsi,
- Kastamonu lahiqəsi,
- Əmirdağ lahiqəsi,
- Sikkəyi-Təsdiqi-Qeybi,
- Əsayi-Musa,
- Zülfiqar,
- Siracün-Nur,
- Tilsimlər.
Bu əsərlərdəki məqsəd materializm və pozitivizm kimi müasir cərəyanlara qarşı xalqın dini inanclarının qorunması və Quranın elmi nəzəriyyələrin təsiri altında olan müasir insanların anlayacağı şəkildə şərh edilməsidir. Bunların çox az bir hissəsi müəyyən elm sahələrinə həsr edilmişdir.
"Risaləyi-Nur" 1996-cı ildə İstanbulda iki cild halında çap edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Risale-i Nur haqqında məlumat. Risale-i Nur nədir? Risale-i Nur nə deməkdir?
