Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abaşidze İrakli Vissarionoviç (10 (23) noyabr 1909, Xoni, Kutaisi quberniyası, Rusiya imperiyası – 14 yanvar 1992, Tbilisi) — gürcü şairi, Gürcüstan SSR Elmlər

İrakli Abaşidze

  • Ana Səhifə
  • Vikipediya
  • İrakli Abaşidze

Abaşidze İrakli Vissarionoviç (10 (23) noyabr 1909, Xoni, Kutaisi quberniyası, Rusiya imperiyası – 14 yanvar 1992, Tbilisi) — gürcü şairi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1960), Gürcüstan SSR Dövlət mükafatı Laureatı (1966), Beynəlxalq Nehru mükafatı laureatı (1966), Sosialist Əməyi Qəhrəmanı (1979)..

İrakli Abaşidze
gürc. ირაკლი ბესარიონის ძე აბაშიძე
Gürcüstan SSR Ali Sovetinin sədri
12 iyul 1971 – 14 noyabr 1990
ƏvvəlkiRafael Dvali[d]
SonrakıZviad Qamsaxurdiya
Şəxsi məlumatlar
Doğum adı ირაკლი აბაშიძე
Doğum tarixi 10 (23) noyabr 1909(1909-11-23)
Doğum yeri
  • Xoni, Kutaisi quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 14 yanvar 1992(1992-01-14) (82 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan
Dəfn yeri
  • Didube panteonu
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Tbilisi Dövlət Universiteti
Fəaliyyəti şair, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi poeziya
Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1979
"Lenin" ordeni — 1958 "Lenin" ordeni — 1966 "Lenin" ordeni — 1969 "Lenin" ordeni — 1979 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "Qırmızı əmək bayrağı" ordeni — 1946 "Qırmızı əmək bayrağı" ordeni — 1959 "Xalqlar dostluğu" ordeni — 1984 "Şərəf nişanı" ordeni — 1939 "Əmək igidliyinə görə" medalı — 1960 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Mündəricat

Həyatı

İrakli Abaşidzenin əsərləri 1928-ci ildən dövrü mətbuatda nəşr olunmağa başlamışdır. O, 1931-ci ildə Tbilisi Universitetinin filologiya fakültəsini bitirmişdir və 3 il sonra SSRİ Yazıçılar İttifaqının I qurultayında iştirak etmişdir. O, lavrenti Beriyanın əleyhinə şeir yazdığına görə qısa müddət Stalin repressiyasına məruz qalmış, İslah əmək düşərgəsinə göndərilmişdir. İrakli Abaşidze 1939-cu ildə Ümum-Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvü olmuşdur. İrakli Abaşidze Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur və müharibə illərində hərbi-vətənpərvərlik mövzusunda bir sıra şeirlər yaratmışdır. O, sonralar "Mnatobi" jurnalının baş redaktoru (1946–1953), Gürcüstan Yazıçılar İttifaqı Rəyasət Heyətinin sədri (1953–1967), Gürcüstan SSR Ali Sovetinin sədri (1971–1990), Gürcüstan Sovet Ensiklopediyasının baş redaktoru (c. 1–12, 1975–1987) olmuşdur. 1960-cı ildə ona Gürcüstan Elmlər Akademiyasının akademiki adı verilmişdir. O, həmçinin 1958-ci ildə Amerika Birləşmiş Ştatlarının Livana təcavüzünə qarşı SSRİ-nin kommunist rəhbərliyinin ABŞ və İngiltərə əleyhinə təbliğatının fəal iştirakçısı olmuş və sonralar Xruşovun və Brejnevin səlahiyyətli nümayəndəsi kimi tez-tez həmin ölkərin rəhbərləri ilə aparılan danışıqların iştirakçısı olmuşdur. İrakli Vissarionoviç Abaşidze 1960-cı ildə Yerusəlimdəki Müqəddəs Xaç adlanan gürcü monastırı ekspedisiya təşkil etmiş, bu ekspedisiya zamanı monastırda Şota Rustavelinin freskası aşkar olunmuşdur. O, 1970-ci ildə Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir. İrakli Abaşidze 14 yanvar 1992-ci ildə, 82 yaşında vəfat etmişdir və dövlət səviyyəsində dəfn olunmuşdur.

Yaradıcılığı

İrakli Abaşidze "Rustavelinin izi ilə" (1959), "Fələstin, Fələstin" (1963), "Yaxınlaşma" (1966) şeir silsilələrinin müəllifidir. O, bir çox rus və xarici ölkə şairlərinin şairlərinin (A. S. Puşkin, İ. Vazov, X. Botev, V. Mayakovski, K. Çukovski, B. L. Pasternak, A. A. Tarkovski, Y. A. Yevtuşenko, A. P. Mejirov və b.) şeirlərini gürcü dilinə tərcümə etmişdir. Onun poeziyası gürcü mədəniyyətinin vətənpərvərlik dəyərlərinin inkişafına ciddi təsir göstərmişdir. İrakli Abaşidze Gürcüstanda sovet quruluşuna kifayət qədər loyal münasibət bəsləsə də, o, Zviad Qamsaxurdiyanın Gürcüstanın müstəqilliyi uğrunda mübarizəsinin qızğın tərəfdarı olmuşdur.

Mükafatları

  • Sosialist Əməyi Qəhrəmanı (22.11.1979)
  • 4 Lenin ordeni (17.04.1958; 02.04.1966; 18.12.1969; 22.11.1979)
  • II dərəcəli Vətən müharibəsi ordeni (11.03.1985)
  • 2 Qırmızı Əmək Bayrağı ordeni (24.02.1946; 22.12.1959)
  • "Xalqlar dostluğu" ordeni (16.11.1984)
  • "Şərəf nişanı" ordeni (31.01.1939)
  • "Əməkdə fərqlənməyə görə" medalı (29.08.1960)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İrakli Abaşidze haqqında məlumat. İrakli Abaşidze nədir? İrakli Abaşidze nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ağrı dağı

  • Fevral 27, 2026

    Axıstabad sancağı

  • Fevral 27, 2026

    Muxtar vilayət

  • Fevral 27, 2026

    Kolorado Universiteti

  • Fevral 27, 2026

    Asperger sindromu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst