Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz; 16 iyun 1945, Kərimli, Gədəbəy rayonu) — Azərbaycanlı aşıq, şair, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2008). Azər

Ulduz Sönməz

  • Ana Səhifə
  • Vikipediya
  • Ulduz Sönməz

Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz; 16 iyun 1945, Kərimli, Gədəbəy rayonu) — Azərbaycanlı aşıq, şair, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2008). Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Aşıq Ulduz Sönməz
Ulduz Əsgər qızı Quliyeva
Təxəllüsü Ulduz Sönməz
Doğum tarixi 16 iyun 1945(1945-06-16) (80 yaş)
Doğum yeri
  • Kərimli, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Uşağı
  • Sədaqət Ulduz
Təhsili
  • Asəf Zeynallı adına Musiqi Məktəbi (–1969)
Fəaliyyəti aşıq, şair, musiqiçi
Üzvlüyü
  • Azərbaycan Aşıqlar Birliyi,
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Yeni Azərbaycan Partiyası,
  • Aşıq Pəri Məclisi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 20082008

Mündəricat

Həyatı

Ulduz Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbin 8-ci sinfindən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuş, 1969-cu ildə Muğam sinfini bitirmişdir. 1964–1971-ci illərdə Sumqayıt şəhər metallurqların C. Cabbarlı adına Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyib. Eyni vaxtda Sumqayıt şəhər radio stansiyasında solist olub.

1971-ci ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Hələ muğam sinfində oxuyarkən Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinin solisti olub və bir çox görkəmli sənətkarlarla yanaşı fəal iştirak edib.

Aşıqlıq fəaliyyəti

Ulduz xanım saz çalmağı Aşıq Sədi Ağstafalıdan öyrənib.

Aşıq Ulduz "Aşıq Pəri" məclisinin ilk üzvü və yaradıcılarından biridir.

2000-ci ildə "Ulduz" ədəbi birliyini və "Qopuz" jurnalını yaradıb. 2000-ci il 18 martda isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Ulduz" Birliyi onun rəhbərliyi altında fəaliyyətə başlayıb. "Ulduz" birliyinin sədri, "Qopuz" jurnalının təsisçisi və baş redaktorudur.

Azərbaycan aşıqlarının IV qurultayının (19.03.1984) və V qurultayının (2008) rəyasət heyətinin üzvü olub. Bu qurultaya hədiyyə olaraq yaratdığı "Sazçı Qızlar" ansamblı cəmiyyətdə böyük hörmət qazanmışdır.

2005-ci ildə Ankarada keçirilən Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayına nümayəndə seçilmişdir.

Aşıq Ulduzun ifasında Azərbaycan Dövlət Televiziyasın və Radiosunun fonotekasında 50-dən çox folklorumuzun nadir inciləri saxlanılır.

"Melodiya", "İlkin", "Böyük şahinlər" və "Bəyaz gecələr" studiyaları tərəfində dörd diski işıq üzü görmüşdür.

Azərbaycan Yazıçılar Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvüdür.

Pedaqoji fəaliyyəti

Aşıq Ulduz ilk olaraq Sultan Hacıbəyov adına Musiqi Kollecində aşıq sənətinin tədrisinə başlamış, saz sinfi açmış və aşıq sənətinin ilk tədris proqramını yazmışdır.

Təltifləri

Aşıq Ulduz dörd dəfə Ümumittifaq festivallar laureatıdır. 1989-cu ildən Sumqayıt Musiqi Texnikumunda müəllimlik müddətində dəfələrlə texnikum və təhsil nazirliyi tərəfindən Fəxri fərman və təşəkkürlər almışdır.

1998-ci ildə Azərbaycan Dövlət Teleradio verilişləri şirkətinin "Qızıl açar-98" mahnı mətninə görə festivalın qalibi diplomuna layiq görülüb.

Ulduz Quliyeva 2008-ci ildə "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb.

1 mart 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Kitabları

  • "Aşıq sənətinin tədris proqramı", Bakı, 1992
  • "Saz demirmi, bəs?", Bakı, 2001
  • "Vüqarımı o dağlardan almışam", Bakı, 2006
  • "Bir bahar axşamı xatırla məni", Bakı, 2012
  • "Mən belə yaşadım sizi bilmirəm", Bakı, 2017
  • "Sənətin parlaq ulduzu", Bakı, 2022

Yaradıcılığı

  • 29 aprel 2000 — Ulduz Birliyinin açılış mərasimi
  • 10 iyun 2000 — Aşıq Ələsgərin 175 illiyinə həsr olunmuş gecə
  • 16 iyun 2000 — "Sözün sehri aldı məni" adlı bədii-gecə
  • 28 avqust 2000 — "Gəl qovuşaq saza bu gün" ədəbi-bədii gecə
  • 29 aprel 2001 — "Ulduz" Birliyinin ildönümünə həsr olunmuş görüş
  • 28 aprel 2004 — Milli geyimlərimiz mövzusunda disskusiya
  • 17 iyun 2004 — "Gəlin Sizə söyləyim…" adlı Dasat gecəsi
  • 12 iyul 2004 — "Gəlin Sizə söyləyim…" adlı Deyişmə gecəsi
  • 5 avqust 2004 — Cənubi ziyalılarla görüş

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ulduz Sönməz haqqında məlumat. Ulduz Sönməz nədir? Ulduz Sönməz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Torino FK

  • Fevral 27, 2026

    Silindr

  • Fevral 27, 2026

    Maks Ştirner

  • Fevral 25, 2026

    Dima Bilan

  • Fevral 27, 2026

    İbn Hövqəl

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst