Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uluğ Məhəmməd xan (tatarca: Oluğ Möxämmät ,d. ? – ö. 1445) – 1419-1420, 1421-1423, 1427-1437-ci illərdə Qızıl Orda xanı, 1438-1445-ci illər arasında Qazan xanlı

Uluq Məhəmməd

  • Ana Səhifə
  • Vikipediya
  • Uluq Məhəmməd

Uluğ Məhəmməd xan (tatarca: Oluğ Möxämmät ,d. ? – ö. 1445) – 1419-1420, 1421-1423, 1427-1437-ci illərdə Qızıl Orda xanı, 1438-1445-ci illər arasında Qazan xanlığının xanı.

Uluq Məhəmməd
Oluğ Möxämmäd
Qazan xanlığının I xanı
1437 – 1445
SonrakıMahmud
Şəxsi məlumatlar
Doğum tarixi 1405(1405)
Vəfat tarixi 1445
Vəfat yeri
  • Kazan, Qazan xanlığı
Fəaliyyəti siyasətçi
Atası Cəlaləddin xan
Uşaqları
  • Mahmud
Ailəsi Çingizlilər
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Çingiz xanın oğlu Cucinin oğlu Toka Temurun nəslindən İçkili Həsənin oğludur. Cabbar Berdi xanın, sonrasında da xanlığı pərdə arxaısnda idarə edəm Edige Mirzənin 1419-cu ildə yaşanan iç müdaxilə nəticəsində öldürülməsindən sonra Qızıl Orda xanı olmuşdur.

1445-ci ildə səfərdən geri dönərkən anidən ölən Uluğ Məhəmməd bəzi fikirlərə görə, oğlu Mahmud (Mahmuted) tərəfindən öldürülmüşdür.

Hakimiyyəti

Ancaq Uluğ Məhəmməd xan xanlığı Cabbar Berdi xanın oğlu Dövlət Verdi ilə ayrı-ayrı idarə etməkdə idi. Sarayda hökm sürən Uluğ Məhəmməd 1420-ci ildə Dövlət Berdinin şəhəri mühasirəyə almasından sonra xanlığın şimalına doğru çəkilməyə məcbur oldu. Bununla birlikdə, hələ Qızıl Orda torpaqlarında təsirini davam etdirən taxt mübarizəsi zamanı Barak xan ilə edilən döyüşü uduzduqdan sonra 1423-cü ildə Litva hersoqu Vytautasa sığınmağa məcbur oldu. 1427-ci ildə Barak xan sui-qəsd nəticəsində öldükdən sonra Krımda öz hakimiyyətini elan edən Dövlət Berdinin üzərinə yürüş edərək onu Krımdan uzaqlaşdırdı. Litva hersoqu Vytautasın dəstəyi ilə Qızıl Orda taxtını yenidən ələ keçirsə də, əvvəl rusların dəstəklədiyi I Seyid Əhməd ilə mübarizə apardı. Sonra da Kiçik Məhəmməd qarşısında dayana bilmərəyək, 1436-cı ildə Krımda hakimiyyət quran Hacı Gərayın yanına sığınmağa məcbur oldu. Ancaq burda da yaşanan narahatlıqdan sonra Uluğ Məhəmməd xan ailəsi və çoxu qadın və uşaqlardan ibarət 3 min tərəfdarımı yanına alaraq Tulaya yaxın kiçik şəhər olan Belevə yerləşdi. Bundan narahat olan Moskva knyazı II Vasilinin onun üzərinə göndərdiyi qoşuna məğlub oldu. Ancaq həmin il 5 dekabrda yenidən yaşanan döyüşdə qalib gələrək Belevə hakim oldu. Bu uğurundan sonra Volqa ətraflarında irəliləyişini davam etdirərək torpaqlarını genişlətməyə başladı. 1438-ci ildə Qazana çataraq, şəhəri ələ keçirdi və daha sonra bölgədəki torpaqları da Qazana qataraq Qazan xanlığının təməllərini atdı. 1439-cu ildə təşkil etdiyi səfərdə Nijni Novqorodu ələ keçirməsindən sonra Kolomna vı Moskvanıın kənar yerlərini yağmaladı. Bir müddət sakit dövr yaşadıqdan sonra yenidən ruslar üzərinə səfər təşkil etdi. Oğlu Mahmud öndərliyindəki ordusu 1445-ci ilin iyulunda Suzdal yaxınlarında baş verən döyüşdə də II Vasilini məğlub edərək əsir aldı. Bu sayədə Moskva knyazlığı Qazan xanlığına tabe hala gətirildi. Bundan əlavə, Moskvanı nəzarəti altında tutmaq məqsədiylə, Meşçerski Qorodets şəhərində xanlıq qurulmasını və başına da oğlu Qasımın soyundan birinin keçirilməsini əmr etdi. Bu xanlıq da sonralar oğlu Qasıma ithafən Qasım xanlığı adı ilə anıldı.

Həmçinin bax

  • Qazan xanlığı
  • Qızıl Orda xanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uluq Məhəmməd haqqında məlumat. Uluq Məhəmməd nədir? Uluq Məhəmməd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Natiq Bağırov

  • Fevral 27, 2026

    Əlhambra sarayı

  • Fevral 23, 2026

    7 aprel

  • Fevral 27, 2026

    Klient (informatika)

  • Fevral 27, 2026

    Hakimiyyəti-milliyyə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst