Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vedeno rayonu (Çeçen. Веданан кlошт) Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İn

Vedeno rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Vedeno rayonu

Vedeno rayonu (Çeçen. Веданан кlошт) Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Vedeno kəndidir.

Vedeno rayonu
Веданан кlошт
Bayraq Gerb
Bayraq Gerb

43°05′ şm. e. 46°02′ ş. u.HGYO


Ölkə
  •  Rusiya
İnzibati mərkəz Vedeno
Tarixi və coğrafiyası
Yaradılıb 1923
Sahəsi
  • 956 km²
Saat qurşağı
  • Moskva vaxtı[d]
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 42.150 nəf. (2024)
Rəqəmsal identifikatorlar
Telefon kodu 87134
Rəsmi sayt
Vedeno rayonu xəritədə
Vedeno rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Vedeno rayonu, respublikanın cənub-şərqindəki dağlıq ərazidə yerləşir. Rayonun sahəsi 956 km² təşkil edir. Vedeno rayonu dağlıq bölgədir və buna görə də iqlim şəraiti şaquli rayonlaşma ilə fərqlənir. Bölgənin şimalında 1000 metr hündürlükdə, iqlimi mülayim kontinental, isti yay və mülayim qış, cənubda yüksəlmə ilə əlaqədar olaraq iqlim daha az kontinental olur və rayonda sərin yay və mülayim soyuq qış müşahidə olunur. Rayonun şimal hissəsində dağ-meşə, qəhvəyi, qarışıq-karbonatlı torpaqlar, bölgənin şimal-şərqində dağ-meşə, boz-qəhvəyi torpaqlar inkişaf etmişdir. Bölgənin cənub hissəsində dağ çəmənliyi zəif podzol, dağ çəmən, subalp, dağ çöl torpaqları inkişaf etmişdir.

Əhali

Əhali sıxlığı 1 km²-ə 41.91 nəfərdir. 2010-cu il Ümumrusiya Əhali siyahıyaalmasına görə Vedeno rayonunun milli tərkibini 96,90 % çeçenlər, 0,93 % Ruslar, 0,46 % avarlar, ləzgilər, 0,95 % digərləri təşkil edir.

Bələdiyyə ərazi quruluşu

Vedeno rayonunda kənd yaşayış məntəqələri statusuna malik 19 bələdiyyə daxildir. Rayonda 50 yaşayış məntəqəsi var.

Məkanlar

Ərazidə Kezenoyam gölü dağların ən böyük və yeganə gölüdür ki, dəniz səviyyəsindən 1870 metr yüksəklikdə yerləşir. Gölün dərinliyi 72 metr təşkil edir. Dəniz səviyyəsindən böyüklüyünə və hündürlüyünə görə bu göl Kabardino-Balkariya Mavi gölləri və Abxaziyada Ritsa gölü ilə eynidir. Bir vaxtlar, burada SSRİ Olimpiya komandasının bazası yerləşirdi. Vedeno rayonunda yerləşən Xaraçoy kəndində "Qızların hörgüsü" bulaq mənbəyi mövcuddur. Ertan kəndində Xedi Ziyarat (Şeyx Kunt-Hacı Kişiyevin anası Ziyarat) yerləşir. Vedeno Rayonunda yerləşən Qafqaz cökə parkı, demək olar ki, 150 il əvvəl qurulmuşdur. Tarixçilər və yerli tarixçilər qeyd edirlər ki, Lev Tolstoy bu parkın xiyabanlarını gəzməyi xoşlayırdı.

Ümumilikdə Vedeno rayonunun ərazisində 8 arxeoloji abidələr var. Bunlar əsasən məzarlıq və qüllə komplekslərini aid etmək olar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vedeno rayonu haqqında məlumat. Vedeno rayonu nədir? Vedeno rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sikkəxana

  • Fevral 26, 2026

    II Süleyman

  • Fevral 27, 2026

    Yeddi gözəl

  • Fevral 27, 2026

    Mikologiya

  • Fevral 27, 2026

    Göygöl

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst