Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarayusifli — Azərbaycan Respublikasının Bərdə rayonunun Alpout kənd inzibati ərazi dairəsində kənd.

Qarayusifli

  • Ana Səhifə
  • Vikipediya
  • Qarayusifli

Qarayusifli — Azərbaycan Respublikasının Bərdə rayonunun Alpout kənd inzibati ərazi dairəsində kənd.

Qarayusifli
40°18′52″ şm. e. 47°10′51″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 50 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Qarayusifli xəritədə
Qarayusifli
Qarayusifli

Mündəricat

Tarixi

Kəndi adı Qaraqoyunlu hökmdarı Qara Yusifin adı ilə bağlıdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1863 ildə aparılmış siyahıya alınmasına əsasən Qarayusifli kəndi Yelizavetpol quberniyasının, Cavanşir qəzasının, 1873-cü il siyahıya alınmasına görə, Gəncə qəzasının kəndi kimi qeydə alınmışdır. Qarayusifli kəndi 1863-cü ildə 8 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 55 nəfərdən ibarət Qarayusiflidə 34 kişi, 21 qadın yaşamışdır. 1873-cü ildə aparılmış siyahıya alınmaya əsasən 12 tüstüdən ibarət Qarayusiflinin əhalisinin ümumi sayı 78 nəfər olmuşdur. Həmin ildə aparılmış siyahıya alınmaya istinadən Qarayusiflinin 43 kişi, 35 qadın sakini olmuşdur.

XIX əsrin ortalarında Qarayusifli kəndinin yüzbaşısı Kərbəlayi Alməmməd Əhməd oğlu (1833-...) idi. Onun Gülməmməd (1825-...), Şahməmməd (1843-...) adlı qardaşları olmuşdur. Hal hazırda kəndin əhalisi təxminən 1500 nəfərdir. Alpoud ərazi dairəsinin inzibati binasıda Qarayusifli kəndində yerləşir.

Qarayusifli Azərbaycan Respublikasının Bərdə rayonunun Alpout inzibati ərazi vahidində kənddir. Qarabağ düzündədir.

İkinci Qarabağ müharibəsi zamanı

2020-ci il oktyabrın 27-də saat 16 radələrində Qarayusifli kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulub. 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketi olmaqla beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə endirilən zərbələr nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin vəfat edib, 14 mülki şəxs yaralanıb. Belə ki, kəndin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində 1970-ci il təvəllüdlü Cəfərova Ofeliya Məcid qızı, 1959-cu il təvəllüdlü Əhmədova Aybəniz Əşrəf qızı, 1980-ci il təvəllüdlü İsmayılov Ehtiram Xəlil oğlu, 1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub.

Mədəniyyət

Kənddə tam orta məktəb, klub vardır.

Əhalisi

Tanınmışları

  • Həsən Kərimov — Sosialist Əməyi Qəhrəmanı

Abidələri

  • 20 Yanvar abidəsi *Qarabağ müharibəsi Şəhidlərinin abidəsi

Həmçinin bax

  • Qarayusifli bələdiyyəsi
  • Bərdənin bombalanması

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarayusifli haqqında məlumat. Qarayusifli nədir? Qarayusifli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Böyük Qaramurad

  • Fevral 27, 2026

    Danaya (mifologiya)

  • Fevral 27, 2026

    Mühafizə dəstəsi

  • Fevral 27, 2026

    Niğde

  • Fevral 27, 2026

    Fənn

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst