Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aydınoğulları bəyliyi — Rum Səlcuqlu dövlətinin çökməsi və dağılmasıyla başlayan Anadolu bəylikləri dönəmində, XIV əsrin əvvəllərində Anadolunun Aydın və çevrəs

Aydınoğulları bəyliyi

  • Ana Səhifə
  • Vikipediya
  • Aydınoğulları bəyliyi

Aydınoğulları bəyliyi — Rum Səlcuqlu dövlətinin çökməsi və dağılmasıyla başlayan Anadolu bəylikləri dönəmində, XIV əsrin əvvəllərində Anadolunun Aydın və çevrəsində qurulmuş bir türk bəyliyi.

Tarixi dövlət
Aydınoğulları bəyliyi
Aydınoğulları Beyliği
Bayraq
Bayraq
Aydınoğulları bəyliyinin ən böyük sərhədləri  Qazi Mehmet Bəyin dövründə sərhədlər Aydınoğlu Qazi Umur bəy fəthləri sonrası sərhədlər
Aydınoğulları bəyliyinin ən böyük sərhədləri  Qazi Mehmet Bəyin dövründə sərhədlər Aydınoğlu Qazi Umur bəy fəthləri sonrası sərhədlər
1300 — 1426
Paytaxt Ayasluğ (Səlcuq)
Rəsmi dilləri Türk dili
Din İslam (Sünni)
İdarəetmə forması Anadolu bəylikləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Malazgird döyüşünü (1071) izləyən illərdə türklərin əlinə keçən bölgə, XI əsr əvvəllərində I xaclı səfərilərinin dalınca Bizanslılar tərəfindən geriyə alındı. 1280-ci ildə Məntəşə bəy tərəfindən fəth edildi. Məntəşə bəyin hakimiyyətində qalan şəhər daha sonra Məntəşə bəyi öldürən Aydınoğlu Məmməd beyin əlinə keçdi və 1308-ci ildə Aydınoğulları bəyliyi quruldu. Dövlətin qurucusu Aydınoğlu Məmməd bəy, Germiyanoğullarıın subaşısıydı (ordu komandiri). Məmməd bəy, əvvəl Germiyanoğullarına bağlı qaldı. Sonra Bizansdan Birgini alıb paytaxt halına gətirdi. Bu şəkildə müstəqilliyini elan etdi. Daha sonra Ödəmiş, Sultanhisar və Ġzmiri də torpaqlarına qatdı. Ayasuluğda (bugünkü Səlcuq) Aydınoğullarının ilk donanmasını qurdu.

Məmməd bəyin 1334-cü ildə ölümündən sonra bəyliyin başına oğulu Umur bəy keçdi. Umur bəy Səlcuq və Ġzmirdə limanlar qurdu, donanmasını gücləndirdi. Saqqız, Bozcaada, Eğriboz, Mora və Rumeli sahillərinə axınlar təşkil etdi. Umur bəy Alaşehiri də torpaqlarına qatınca, Venedik, Cənəviz, Rodos cəngavərləri və Kipr krallığının donanmaları birləşərək hərəkətə keçdi. Birləşmiş xaçlı donanması 1344-cü ildə Ġzmiri ələ keçirdi və Aydınoğulları bu döyüşdə donanmasını itirdi.

Aydınoğulları, Umur bəyin 1348-ci ildə ölməsindən sonra gücünü itirdi. Dənizdən Venedik və Rodos şovalyelerinə, qurudan da Osmanlılara qarşı qoya bilmədi. Ġsa Bəy, 1390-cı ildə torpaqlarını Ġldırım Bayezide buraxaraq Tiredə oturmağı qəbul etdi. 1402-ci ildəki Ankara döyüşündə Ġldırım Bayezidi məğlub edən Teymur Aydınoğullarına köhnə torpaqlarını geri verdi. Bəyliyi əlinə keçirən Cüneyd bəy idarəsində Aydınoğulları bir az daha ayaqda qaldı. Lakin Cüneyd bəy Osmanlı dövləti əleyhində müxtəlif narahatlıqlara qatıldı. Xüsusilə fetret dövründə dəyişik şahzadələrə dəstək təmin etdi və saxta Mustafa üsyanlarında əhəmiyyətli rol oynadı. Ən sonunda Ġzmir yaxınlarındakı sığındığı qalada təslim olmaq məcburiyyətində qaldı və həm özü həm də ailəsi öldürüldü. Beləcə 1426da Aydınoğulları bəyliyi torpaqları II Murad tərəfindən qəti olaraq Osmanlı dövlətinə qatıldı.

Bəyləri

TarixlərAdQeydlər
1308-1334Qazi Məmməd bəyBəyliyin qurucusu.
1334-1348I Qazi Umur bəy 
1348-1360Xızır bəy 
1360-1390İsa bəyOsmanlı dövlətinə qatıldı
1390–1402

1390–1402

Musa bəy
II Qazi Umur bəy 
1402–1403

1403–1426

İzmir bəy

Cüneyd bəy

Tam olaraq Osmanlı dövlətinə qatıldı.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aydınoğulları bəyliyi haqqında məlumat. Aydınoğulları bəyliyi nədir? Aydınoğulları bəyliyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Kron

  • Fevral 27, 2026

    Həmşivəng monastırı

  • Fevral 27, 2026

    Hüdeybiyyə sülhü

  • Fevral 27, 2026

    Amül şəhristanı

  • Fevral 28, 2026

    Dəvət-Qoç (qəzet)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst