Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qara gəndəlaş (lat. Sambucus nigra) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü. Kəndəlaş bitkis

Qara gəndəlaş

  • Ana Səhifə
  • Vikipediya
  • Qara gəndəlaş

Qara gəndəlaş (lat. Sambucus nigra) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü. Kəndəlaş bitkisinin Azərbaycanda 2 növü yayılmışdır. Bunlardan biri – qara kəndəlaş adlanır. Təbabətdə ancaq qara kəndəlaşdan istifadə olunur.

Qara gəndəlaş
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Fırçaotuçiçəklilər
Fəsilə:
Adoksakimilər
Cins:
Gəndəlaş
Növ:
Qara gəndəlaş
Beynəlxalq elmi adı
  • Sambucus nigra L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  35324
NCBI  4202
EOL  488731

Mündəricat

Təbii yayılması

Makroneziya, Şimali Afrika, Asiyada İranda, Türkiyədə, Avropada, Cənubi Qafqazda, Ukraynada, Moldovada, Belarusda, Yeni Zelandiyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 4-10 metrə çatan koldur. Gövdələri budaqlı, nazik, oduncaqlı, qabığı və yumşaq məsaməli özəyi vardır. Yarpaqları üzbəüz, iri, uzunluğu 10-30 sm, lələkvarı, 3-7 ədəd uzunsov-yumurtavari xırda yarpaqlardan ibarətdir. Çiçəkləri sarımtıl-ağ rəngli (ayrıca çiçəkləri ağ), diametri 5-8 mm, beşləçəkli, iri, diametri 10-25 sm olan çiçək qruplarına yığılmışdır. Meyvəsi qara-bənövşəyi, giləmeyvə, diametri 5-7 mm olan sulu çəyirdəkdir. May-iyunda çiçəkləyir, meyvələri avqust-sentyabrda yetişir.

Ekologiyası

Yaxşı havalı və quru ərazilərdə bitir. Azərbaycanın torpaq-iqlim şəraitinə davamlıdır.

Azərbaycanda yayılması

Azərbaycanın bir çox rayonlarında — Gədəbəydə, Şamaxıda, Qəbələdə, Qubada, Lənkəranda rast gəlinir.

İstifadəsi

Quru meyvələri qoxusuz, turşaşirin dadlıdır. Qara gəndəlaşın çiçəklərindən və meyvələrindən dərman hazırlanır. Bitkinin müxtəlif hissələrində bioloji aktiv, aşı maddələri, seliklər, pentozanlar, qatranlar, meyvələrində — antosianlar, askorbin turşusu, karotin, yarpaqlarında: quru xammalda — sambuniqrin, qatranlar vardır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qara gəndəlaş haqqında məlumat. Qara gəndəlaş nədir? Qara gəndəlaş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tenerife

  • Fevral 27, 2026

    Sparama

  • Fevral 27, 2026

    S:Türkmənçay müqaviləsi

  • Fevral 27, 2026

    Slavyan

  • Fevral 27, 2026

    Metafizika jurnalı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst