Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Diazot-monoksid və ya azot 1-oksid (N2O) ilk dəfə 1772-ci ildə Cozef Pristli tərəfindən alınmışdır və onu azaldılmış azot havası adlandırmışdır. Texniki adı şad

Azot-1 oksid

  • Ana Səhifə
  • Vikipediya
  • Azot-1 oksid

Azot-1 oksid duz əmələ gətirməyən oksiddir

Azot-1 oksid
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu N2O
Fiziki xassələri
Sıxlıq 1,98 q/l, 1,967 q/l
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −132 ± 1 ℉, −90,8 °C
Qaynama nöqtəsi −127 ± 1 ℉, −88,48 °C
Buxarın təzyiqi 51,3 ± 0,1 atm
Təsnifatı
CAS-da qeyd. nöm. 10024-97-2
PubChem 948
EINECS-də qeyd. nöm. 233-032-0
SMILES
 
  • N#[N+][O-]
InChI
 
  • InChI=1S/N2O/c1-2-3
    GQPLMRYTRLFLPF-UHFFFAOYSA-N
E nömrəsi E942
RTECS QX1350000
ChEBI 17045
ChemSpider 923
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Tarixi

Diazot-monoksid və ya azot 1-oksid (N2O) ilk dəfə 1772-ci ildə Cozef Pristli tərəfindən alınmışdır və onu azaldılmış azot havası adlandırmışdır. Texniki adı şadlandırıcı-şənləndirici qazdır. Bu da onun keyləşdirici xüsusiyyətə malik olması ilə əlaqədardır. Tərkibində N2O olan hava ilə tənəffüs etdikdə əvvəlcə oyadıcı təsir göstərir, sonra isə keyləşmə baş verir. N2O-nun keyləşdirici təsirini ilk dəfə 1799-cu ildə məşhur ingilis alimi H. Devi müəyyən etmişdir. Belə ki, N2O qarışmış hava ilə tənəffüs etdikdə diş ağrısı aradan qalxır. Devinin bununla bağlı bir çox maraqlı təcrübələri var. Bundan yarım əsr sonra 1844-cü ildə amerikalı diş həkimi X. Uells dişlərin çıxarılmasında N2O- dan ağrıkəsici vasitə kimi istifadə etmişdir. Hazırda diazot-oksidindən miokard (ürəyin əzələ qişası) infarktının əməliyatında ağrıkəsici kimi (80% N2 və 20% O2) istifadə edilir.

Xassələri

N2O rəngsiz, xoşagələn zəif iyli, şirintəhər qazdır. Havadan ağırdır, nisbi sıxlığı 1,527 — dir. Havada həcmcə 0,0005% N2O qazı olur. O, havanın daimi tərkib hissələrindəndir. −88,6°C-də qaynayır, −90,9°C-də bərkiyir, 0°C-də bir həcm suda 1,3 həcm N2O həll olur. Adi şəraitdə 25°C-də bir həcm suda 0,6 həcm azot 1-oksid həll olur. Etil spirtində, efirdə sulfat turşusunda həll olur. Duz əmələ gətirməyən oksiddir. Alovlanmır, amma yanmaya kömək edir. N2O ilə dolu qaba yanan kömürü, kükürdü və fosforu daxil etdikdə onlar yanmaqda davam edir. 0°C-də və 30 atmosfer təzyiqində, həmçinin otaq temperaturunda və 40 atmosfer təzyiqində rəngsiz mayeyədək qatılaşır. 1kq maye azot 1-oksiddən 500 l qaz əmələ gəlir. Müəyyən qatılıqda efir, tsiklopropan, xloretanla qarışıqları partlayıcı təhlükəlidir. Normal şəraitdə N2O kimyəvi inertdir. Qızdırıldıqda oksidləşdirici xassəyə malik olur. Güclü oksidləşdiricilərlə qarşılıqlı təsir zamanı N2O bərpaedici xüsusiyyət göstərə bilər. Yaşıl oksidləşdirici hesab olunur. Çünki oksidləşdirmə prosesində yalnız azot və oksigen ayrılır ki, bunlar da havanın tərkibinə daxildir. Zərərli maddələr ayrılmır. Azot 1-oksid azot 2-oksidin fermentativ və qeyri-fermentativ reduksiyası zamanı əmələ gəlir. In vitro təcrübələrində — yəni şüşədə aparılan təcrübələrlə müəyyən olunmuşdur ki, N2O, NO-nun tiol və ya tiol tərkibli birləşmələrlə reaksiyasından əmələ gəlir. Gepatositlərin sitozolunda NO-dan N2O-nun əmələ gəlməsi müəyyən olunmuşdur ki, bu da bu qazın fizioloji şəraitdə məməlilərin hüceyrələrində əmələ gəlmə mümkünlüyünü fərz etdirir.bakteriyaların orqanizmində azot 1-oksid denitrifikasiya adlanan prosesin gedişində və nitro-oksid – reduktazanın katalizində əmələ gəlir. Əvvəllər hesab olunurdu ki, bu proses məməlilərdə olmayan bir neçə növ bakteriya üçün spesifikdir, ancaq yeni məlumatlar bunun belə olmadığını fərz etdirir. N2O metioninin biosintezini inhibə edir. Diazot-oksidi ammonium –nitratı qızdırmaqla alınır.

Tətbiqi

İstifadə sahəsinə görə azot 1-oksid iki növ bölünür: qida və ya tibbi istifadə üçün və texniki istifadə üçün. Tibbi azot 1-oksid əsasən cərrahiyyə əməliyatlarında narkoz kimi istifadə olunur. Həmçinin qida sənayesində, qənnadı sənayesində propellent –itələyici kimi istifadə olunur. Yeyinti məhsulu kimi E942 indeksinə malikdir. Qablaşdırma qazı kimi istifadə olunur ki, bu da ərzaqların korlanmasının qarşısını alır. Həmçinin daxili yanma mühərrikinin texniki xüsusiyyətlərinin yaxşılaşdırılması üçün tətbiq edilir. Yeganə yanacaq kimi tək komponentli raket mühərriklərində istifadə olunur.

Ədəbiyyat

  1. Abbasov V. M., Məhərrəmov A. M., Abbasov M. M., Əliyev R. Y. "Kimya" 2013
  2. "Characterization of sites occupied by the anesthetic nitrous oxide within proteins by infrared spectroscopy." A Dong, P Huang, X J Zhao, V Sampath, W S Caughey. Journal. Biol. Chem. 1994
  3. ." Interactions of the anesthetic nitrous oxide with bovine heart cytochrome c oxidase. Effects on protein structure, oxidase activity, and other properties." O. Einarsdóttir , W S. Caughey. Journal . Biol. Chem. 1988 263: 9199.
  4. Леонтьев А. В., Фомичева О. А., Проскурнина М. В., Зефиров Н. С. 2001 " Современная химия оксида азота (I)" Успехи химии 70 (2):107–122

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azot-1 oksid haqqında məlumat. Azot-1 oksid nədir? Azot-1 oksid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Termez

  • Fevral 27, 2026

    Semyon Timoşenko

  • Fevral 21, 2026

    Ontario

  • Fevral 27, 2026

    Xanlar Vəliyev

  • Fevral 27, 2026

    1990-cı il

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst