Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sücəddinov (Əsgərbəyli) Qorxmaz Məmməd Tağı oğlu (16 aprel 1932, Gəncə – 22 aprel 2010, Bakı) — azərbaycanlı, sovet heykəltaraşı, Azərbaycan SSR əməkdar rəssamı

Qorxmaz Sücəddinov

  • Ana Səhifə
  • Vikipediya
  • Qorxmaz Sücəddinov

Sücəddinov (Əsgərbəyli) Qorxmaz Məmməd Tağı oğlu (16 aprel 1932, Gəncə – 22 aprel 2010, Bakı) — azərbaycanlı, sovet heykəltaraşı, Azərbaycan SSR əməkdar rəssamı (1982).

Qorxmaz Sücəddinov
Doğum tarixi 16 aprel 1932(1932-04-16)
Doğum yeri
  • Gəncə, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 22 aprel 2010(2010-04-22) (78 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti heykəltaraş, rəssam
Mükafatları Azərbaycan SSR əməkdar artisti — 1982
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

Qorxmaz Sücəddinov 16 aprel 1932-ci ildə Azərbaycan SSR Gəncə şəhərində, Kənd Təsərrüfatı İnstitutunun torpaqşünaslıq kafedrasının professoru Tağı Əsgərbəylinin ailəsində anadan olmuşdur. 1937-ci ildə Qorxmazın atası yalan donos əsasında repressiyaya uğramış və sonradan Komi MSSR-də düşərgədə həlak olmuşdur. Stalin öldükdən sonra Xruşovun "mülayim hava" dövründə ölümündən sonra ona bəraət verilmişdir.

Nənəsi, "vətən xaini"nin oğlunun həmişə "təcrid" olunacağından qorxaraq, nəvəsinə öz "Sücəddinov" soyadını vermiş və onu Bakıya gətirmişdir. Burada o, dayısı Yaqub Sücəddinovun ailəsində böyümüş və tərbiyə almışdır.

Müharibədən sonrakı çətin həyat şəraitinə baxmayaraq, oğlanda rəsmə həvəs yaranır və o, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumağa başlayır. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Qorxmaz Lvovdakı Tətbiqi və Dekorativ Sənət İnstitutuna qəbul olunur, oradan Tbilisi Dövlət Rəssamlıq Akademiyasına köçürülür və burada onun mentoru məşhur heykəltaraş Konstantin Mixayloviç Merabişvili olur.

Qorxmaz Sücəddinovun ilk peşəkar işi bu gün Bakı şəhərinin simvollarından biri sayılan "Bəhram Gur" dekorativ fəvvarəsidir. Son işlərindən biri isə – Azərbaycanın xalq artisti, məşhur "qayınana" Nəsibə Zeynalovanın qəbirüstü abidəsi və xatirə lövhəsidir. Bunların arasında isə bütöv bir monumental və dəzgah işləri qalereyası yer alır. Onlar arasındakı dövrdə isə Gəncədə Nizami Gəncəvinin mavzoleyi qarşısında dahi şairin əsərlərinin motivləri üzrə hazırlanmış "Xəmsə" kompozisiyası, Qazaxda "Vidadi və Vaqif" abidəsi, Bakıda Rus Dram Teatrının fasadında Səməd Vurğunun portret barelyefi, Zaqulbada "Abşeron" dekorativ kompozisiyası və s. əsərləri qeyd etmək olar.

Qorxmaz Sücəddinov həyatı boyu çoxsaylı sərgilərin iştirakçısı olmuş, onun əsərlərindən bəziləri, o cümlədən, bürünc və ağacdan hazırlanmış əsərləri: "Musiqi", "Fikirlər", Füzuli, Xəqani, Dədə Qorqud, Cavad xan və Rixard Zorgenin portretləri ölkədə və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Bu və ya digər səbəblərdən sənətkarın bəzi əsərləri bu günlərə gəlib çatmamışdır. Belə ki, Gəncə şəhərinin girişində duran alüminiumdan hazırlanmış əzəmətli "Qız əlində piyalə" heykəli 1990-cı illərin əvvəllərində yoxa çıxmış, Lenin və Qatır Məmmədin heykəlləri isə ideoloji səbəblərdən sökülmüşdür.

Sovetlər dövründə Qorxmaz Sücəddinov uzun illər ərzində Bakıda Politexnik İnstitutunun Memarlıq fakültəsinin təsviri incəsənət kafedrasında rəsm dərsi demişdir. 90-cı illərdə Türkiyədə, əvvəlcə Ərzurumda Atatürk Universitetinin Təsviri incəsənət fakültəsində, sonra isə Kayseridə Erciyes Universitetinin İncəsənət fakültəsində müəllimlik fəaliyyətini davam etdirmiş və burada Rəssamlıq və heykəltaraşlıq kafedrasına rəhbərlik etmişdir. O, Türkiyədə yaşadığı dövr ərzində bu ölkənin görkəmli xadimləri Mustafa Kamal Atatürkün, Memar Sinanın və Yunus Emrenin portret heykəllərini yaratmışdır.

Bakıda vəfat edib və həyat yoldaşının yanında dəfn olunub.

Ailəsi

Həyat yoldaşı — Məmmədova Jozefina
Oğlu — Vahid Sücəddinov
Nəvələri — Sücəddinova Fidan,
Sücəddinova Məryam
  • Bəhram Gur
    Bəhram Gur
  • Bəhram Gur
    Bəhram Gur
  • Bəhram Gur
    Bəhram Gur
  • Xəmsə
    Xəmsə
  • Xəmsə (fraqment)
    Xəmsə (fraqment)
  • Xəmsə (fraqment)
    Xəmsə (fraqment)
  • Xəmsə (fraqment)
    Xəmsə (fraqment)
  • Xəmsə (fraqment)
    Xəmsə (fraqment)
  • Xəmsə (fraqment)
    Xəmsə (fraqment)
  • Abşeron
    Abşeron
  • Vidadi və Vaqif
    Vidadi və Vaqif
  • Qatır Məmməd
    Qatır Məmməd
  • Qız əlində piyalə
    Qız əlində piyalə
  • Füzuli
    Füzuli
  • Yunis Əmrə
    Yunis Əmrə
  • Səməd Vurğun
    Səməd Vurğun
  • Xaqani
    Xaqani
  • Cavad xan
    Cavad xan
  • Kişi portreti
    Kişi portreti
  • Dədə Qorqut
    Dədə Qorqut
  • Vaqif
    Vaqif
  • Richard Sorge
    Richard Sorge
  • Füzuli
    Füzuli
  • Atatürk
    Atatürk
  • Cahangir Zeynalov
    Cahangir Zeynalov
  • Nəsibə Zeynalova
    Nəsibə Zeynalova
  • Nəsibə Zeynalova
    Nəsibə Zeynalova
  • Payız
    Payız
  • Pöhrələr
    Pöhrələr
  • Balet
    Balet
  • Kişi fiquru
    Kişi fiquru
  • Çağırış
    Çağırış
  • Öpüş
    Öpüş
  • Musiqi
    Musiqi
  • Dalğınlıq
    Dalğınlıq
  • Əli və Nino eskizi
    Əli və Nino eskizi
  • Qadın fiquru
    Qadın fiquru
  • Qadın fiquru
    Qadın fiquru
  • Qadın fiquru
    Qadın fiquru
  • Qadın fiquru
    Qadın fiquru
  • Qadın fiquru
    Qadın fiquru
  • Diplom işi _Xaqani
    Diplom işi _Xaqani

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qorxmaz Sücəddinov haqqında məlumat. Qorxmaz Sücəddinov nədir? Qorxmaz Sücəddinov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Zond adaları

  • Fevral 24, 2026

    Cahangir Novruzov

  • Fevral 27, 2026

    Propan

  • Fevral 28, 2026

    Baykonur kosmodromu

  • Fevral 24, 2026

    İçərişəhər metrostansiyası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst