Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gəncə müqaviləsi (rus. Гянджинский договор) — 1735-ci il martın 21-də Rusiya ilə Səfəvi nümayəndələri arasında imzalanmış müqavilə. Bu müqavilənin şərtlərinə əs

Gəncə müqaviləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Gəncə müqaviləsi

Gəncə müqaviləsi (rus. Гянджинский договор) — 1735-ci il martın 21-də Rusiya ilə Səfəvi nümayəndələri arasında imzalanmış müqavilə. Bu müqavilənin şərtlərinə əsasən rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə üsulu bərpa olunurdu. Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi.

Gəncə müqaviləsi
rus. Гянджинский договор
İmzalanma tarixi 10 mart, 1735
İmzalanma yeri Gəncə yaxınlığı
Qüvvədən düşməsi 1747
İmzalayanlar Nadir xan və Sergey Qolitsın
Tərəflər Çar Rusiyası və Səfəvilər

Müqavilənin tarixi və şərtləri

Müqavilə 10 mart 1735-ci ildə Səfəvilər tərəfdən Nadir xan Əfşar, Çar Rusiyası tərəfdən isə knyaz Sergey Qolitsın tərəfindən imzalanmışdı. Müqavilənin imzalandığı ildə Nadir xan Gəncə qalasını mühasirəyə almışdı və Osmanlı qüvvələri ilə döyüşlər gedirdi. Razılığa da elə Gəncə yaxınlığında Nadir xanın düşərgəsində gəlinmişdi. Lakin 1747-ci ildə Nadir xanın ölümündən sonra Rəşt müqaviləsi və Gəncə müqaviləsi ləğv olundu.

Müqavilənin şərtlərinə görə Nadir xan Rusiyanın düşmənlərini öz düşməni hesab edir və qaytarılan torpaqları bir də heç vaxt Osmanlılara verməməyi öz üzərinə götürürdü. Rusiya isə 19–21 mart 1735-də bütün Xəzəryanı vilayətlərdən (Kürün axarından Dərbəndədək) birdəfəlik çıxmağa razı oldu. Bu andlaşmaya görə, Rusiya Bakını 15 günə, Dərbəndi 2 aya boşaltmalıydı, Nadirsə öhdəsinə götürdü ki, Rusiyanın daimi müttəfiqi olacaq, Bakı və Dərbəndi heç kəsə verməyəcək. Solaq qalası Rusiya və Səfəvi dövlətləri arasında sərhəd oldu. Dövlətlər bir-birindən xəbərsiz Osmanlıyla müqavilə bağlamamağa da razılaşdılar. Lakin Nadir xan 1746-da Osmanlılarla müqavilə bağlayarkən rusların rəyini nəzərə almamışdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gəncə müqaviləsi haqqında məlumat. Gəncə müqaviləsi nədir? Gəncə müqaviləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Nervon (Sevilya)

  • Fevral 23, 2026

    13 may

  • Fevral 27, 2026

    Tula-Buqa

  • Fevral 27, 2026

    Zədə

  • Fevral 27, 2026

    Hindistanlılar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst