Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Naxçıvançay düzənliyi — Azərbaycanın Naxçıvan bölgəsində coğrafi yer. Düzənliyin şimal sərhəddi Xalxal meşəsi yaxınlığından keçərək, Dərələyəz və Zəngəzur dağla

Naxçıvan düzənliyi

  • Ana Səhifə
  • Vikipediya
  • Naxçıvan düzənliyi

Naxçıvançay düzənliyi — Azərbaycanın Naxçıvan bölgəsində coğrafi yer. Düzənliyin şimal sərhəddi Xalxal meşəsi yaxınlığından keçərək, Dərələyəz və Zəngəzur dağlarının cənub yamacları ilə hüdudlanmışdır. Naxçıvançayın kiçik qollarının qobuları ilə və dayaz yarğanlarla mürəkkəbləşmişdir. Bunlardan əlavə, Naxçıvançayın aydın seçilən terrasları düzənliyin qərb və şərq kənarlarına doğru ucalan pillələr yaratmışdır. Belə terrasların sayı 4-ə çatıb, Naxçıvançayın müasir yatağından 2, 10, 13–50 və 70 m hündürlükdə yerləşmişdir.

Düzənliyin əsas hissəsini allüvial-prolüvial çöküntülər təşkil edir. Dördüncü dövr çöküntülərinin qalınlığı düzənliyin dağətəyi hissəsindən Arazın kənarına doğru 10–15 m –dən 35 m-dək artır. Naxçıvan şəhəri ərazisində çöküntülərin qalınlığı 5,8 m-dən 46 m-dək dəyişir.

Düzənliyin Arazkənarı hissəsində sulu çöküntülərin eni 6 km –ədək yaxın bir zolaq şəklində Araz çayı boyunca uzanmışdır. Sulu zolaq düzənliyin şimal-qərb və cənub-şərq hissələrində ensizləşir. Çöküntülərlə müncər olan qrunt sularının yatım dərinliyi şimaldan dağətəyi hissədən cənuba, Araz çayına doğru və düzənliyin kənarlarından mərkəz hissəyə, Naxçıvana doğru azalır. Düzənlik ərazisində qrunt sularının yatım dərinliyi 2,0–30 m arasında tərəddüd edir.

Çöküntülərin süzülmə əmsalı onların litoloji tərkibindən asılı olaraq 1,5 m/sut. arasında tərəddüd edir. Qrunt sularının minerallaşması 1 q/l-ə qədərdir. Suların codluğu 4–9 mq/ekv, temperaturu 11–14°Cdir. Yeraltı axımın mailliyi 0,0025–0,0057 –dir. Sukeçiricilik əmsalı 3–145 m/sut. arasında dəyişir. Suların kimyəvi tərkibi hidrokarbonatlı – kalsiumlu –maqneziumlu və hidrokarbonatlı – sulfatlı maqneziumlu-natriumludur.

Düzənliyin şimal-qərb, Arazkənarı hissəsində qrunt suları əsasən Araz çayı vasitəsilə, qismən də buxarlanma yolu ilə sərf olunur. Həmçinin Naxçıvançayın gətirmə konusu hüdudlarında 20-dən artıq kəhriz və Cəhriçayın məcrasının suları hesabına qidalanan bir çox kəhrizlər mövcuddur ki, onlar da əhalinin su ilə təminatında mühüm rola malikdirlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Naxçıvan düzənliyi haqqında məlumat. Naxçıvan düzənliyi nədir? Naxçıvan düzənliyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qanlı almaz

  • Fevral 27, 2026

    Miluoki

  • Fevral 27, 2026

    Qocasinan

  • Fevral 27, 2026

    E.ə. 675

  • Fevral 18, 2026

    Makao

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst