Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dövri mətbuat — müəyyən vaxt ardıcıllığı ilə çap edilən nəşrlər; kütləvi informasiya və təbliğatın əsas vasitələrinin ümumi adı. Dövri mətbuata qəzet, jurnal, d

Dövri mətbuat

  • Ana Səhifə
  • Vikipediya
  • Dövri mətbuat

Dövri mətbuat — müəyyən vaxt ardıcıllığı ilə çap edilən nəşrlər; kütləvi informasiya və təbliğatın əsas vasitələrinin ümumi adı. Dövri mətbuata qəzet, jurnal, dövri məcmuələr, bülletenlər və s. aid edilir.

Mündəricat

Əsas xüsusiyyətləri

Dövri mətbuatın əsas xüsusiyyətləri onun müəyyən edilmiş vaxtda müntəzəm çıxması, bütün nömrələrin eyni ad daşıması, illik nömrə və cildlərin sıra ilə artması, redaktorun və ya redaksiya heyətinin rəhbərliyi ilə buraxılmasıdır; əlavə xüsusiyyətləri: jurnallar üçün – dövriliyi (həftəlik, iki həftədən bir, aylıq, rüblük), hər ildə yeni nömrələrlə çıxması, çap vərəqlərinin qatlanaraq tikilməsi; qəzetlər üçün – dövriliyi (gündəlik, həftədə üç dəfə, həftəlik), illik nömrə ardıcıllığı, iriformatlı kağızdan istifadə, tikilmədən çap olunması və sairədir.

Dövri mətbuatın əsas məqsədi

Sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahı olan mətbuatın xalq kütlələrinin maarifləndirilməsində, milli iqtisadiyyat və mədəniyyətin inkişafında rolu getdikcə artır. Kapitalist formasiyasının məhsulu olan mətbuatın beş əsrdən artıq tarixi var. O, birdən-birə indiki mərhələyə gəlib çatmamışdır, uzun və mürəkkəb yol keçmişdir.

Mətbuat informasiya alıb və vermək üçün yarandığından, onun digər bir adı kütləvi informasiya vasitəsidir. Mətbuat vasitəsi ilə informasiyanı ictimaiyyətə çatdırmaqda məqsəd bunlardır:

• İctimai rəyi formalaşdırmaq;

• Xalqı maarifləndirmək;

• Elm və tərəqqinin yolunu açmaq;

• Mətbuatın inkişafı və tərəqqiyə mane olan qüvvələrə qarşı mübarizəsi və s.

Tarixi

Dövri mətbuat deyəndə ilk növbədə qəzetin yada düşməsi də təsadüfi deyildir. Çünki mətbuat sistemində qəzet daha qədim tarixə malikdir. Dövri mətbuatın ilk nümunələri müxtəlif vaxtlarda, müxtəlif ölkələrdə meydana gəlmiş yenilikləri əks etdirən əlyazma vərəqələri olmuşdur. Venesiyada belə əlyazma vərəqələri «gazzetta» adlanan xırda pul vahidinə satılırdı. Qəzet adı həmin pul vahidindən götürülmüşdür. Çap qəzetlərinin yaranması, əsasən, 17-ci əsrə (Almaniya, Avstriya, Hollandiya, Belçika, Danimarka) təsadüf edir. Rusiyada ilk qəzet 1702-ci ildə çıxan I Pyotrun «Ведомости»dir. Dünyada ilk jurnal Fransada (1665), 17-ci əsrin 2-ci yarısından isə İngiltərə, İtaliya və Almaniyada nəşr olunmuş, Rusiyada 1728-ci ildə buraxılmışdır. Azərbaycan dilində nəşr edilən ilk qəzetlər «Tiflis əxbarı» (1832) və «Qafqazın bu tərəfinin xəbəri»dir (1845). Azərbaycanda milli mətbuatın yaranma tarixi H.Zərdabinin Bakıda (1875, 22 iyul) çap etdirdiyi «Əkinçi» qəzeti ilə başlayır. Azərbaycan dilində ilk jurnal C.Məmmədquluzadənin Tiflisdə çıxardığı satirik «Molla Nəsrəddin» [6(19) aprel, 1906] məcmuəsidir.

Həmçinin bax

  • Mətbuat
  • Qəzet
  • Jurnal

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dövri mətbuat haqqında məlumat. Dövri mətbuat nədir? Dövri mətbuat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Binhemton

  • Fevral 27, 2026

    Potentilla aperta

  • Fevral 25, 2026

    Heybə

  • Fevral 27, 2026

    Vilya-Epekuyen

  • Fevral 28, 2026

    Osmanlı musiqisi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst