Qalaktik il və ya kosmik il — Günəş sisteminin Süd yolu ətrafında tam bir dövrə vurması üçün lazım olan vaxt. Bir Qalaktik il təxminən 225–250 milyon Yer ilinə bərabərdir. Günəş sistemi Süd yolu qalaktikası ətrafında 828.000 km/saat sürətlə hərəkət edir.
Qalaktik il kosmik və geoloji zaman dövrlərinin başa düşülən olması üçün istifadə olur. Geoloji hadisələr arasındakı zaman fərqinin başa düşülməsində milyard il şkalası mane olur.
Əhəmiyyətli hadisələr Gİ ilə
Qeyd: Aşağıda Gİ 225 milyon il olaraq götürülmüşdür.
Keçmiş
- 55 Gİ əvvəl: Böyük partlayışın baş verməsi.
- 54 Gİ əvvəl: Süd yolu qalaktikasının yaranması.
- 18,4 Gİ əvvəl: Günəşin yaranması.
- 17-18 Gİ əvvəl: Yer üzərində okeanların yaranması.
- 15 Gİ əvvəl: Yerdə həyatın başlaması.
- 14 Gİ əvvəl: Prokariotların ortaya çıxması.
- 13 Gİ əvvəl: Bakteriyaların peyda olması.
- 10 Gİ əvvəl: Qitələrin yaranması.
- 7 Gİ əvvəl: Nüvəlilərin yaranması.
- 6,8 Gİ əvvəl: Çoxhüceyrəlilərin yaranması.
- 2,8 Gİ əvvəl: Kembri partlayışı.
- 1 Gİ əvvəl: Perm-Trias yox oluşu.
- 0.001 Gİ əvvəl: İnsanın yaranması.
Gələcək
- 1 Gİ sonra: Superqitənin yaranması
- 2–3 Gİ sonra: Ayın Yerdən uzaqlaşması, Günəş tutulmasının baş verməməsi.
- 6 Gİ sonra: Günəşin istiliyinin artmağa başlaması.
- 22 Gİ sonra: Andromeda ilə Süd yolu qalaktikalarının toqquşması.
- 25 Gİ sonra: Günəşin partlaması.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qalaktik il haqqında məlumat. Qalaktik il nədir? Qalaktik il nə deməkdir?

